Mustafa Celebi I Mehmedin Oglu - Wikipedia
Mustafa Çələbi ya da Kiçik Mustafa Çələbi (1408, Osmanlı imperiyası – 1422) — 5-ci Osmanlı padşahı I Mehmedin ikinci oğludur.[1]
Mustafa Çələbi | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Amasiya, Osmanlı imperiyası |
Vəfat tarixi | |
Atası | I Mehmed |
Ailəsi | Osmanlı xanədanı |
Həyatı
redaktəAnasının kim olduğu məlum deyil. Eyni illərdə yaşayan İldırım Bəyazidin oğlu Mustafa Çələbi ilə qarışdırılmamalıdır. Gənclik illərini digər şahzadələr kimi sancaqlarda keçirmişdir. Atası I Mehmedin vəfatından sonra meydana gələn Şahzadə Böyük Mustafa üsyanı siyasi vəziyyəti dəyişmiş, bundan qorxan Mustafa Çələbi lələsi Şərabdar İlyas bəyin də təşviqi ilə Qaramanoğullarına sığındı.
Karaman və Gərmiyan bəyləri ilə birlikdə Həmid elindən hərəkətə keçən Kiçik Mustafa Bursanı mühasirəyə aldı. Bursa şəhərinin ağsaqqalları Kiçik Mustafanın lələsi Şərabdar İlyasa heyət göndərərək geri çəkilməyini məsləhət gördü. Məsləhətə riayət edən Kiçik Mustafa bu dəfə də İznikə yönəldi və 40 günlük mühasirədən sonra şəhəri ələ keçirdi. Kiçik Mustafa burada İbrahim Paşa sarayına çəkildi və özünü sultan elan etdi.[2]
Bütün bu özbaşınalıqdan sonra II Murad 6 sentyabrda Konstantinopol mühasirəsini qaldırdı və Anadoluya keçdi. Şahzadənin lələsi Şərabdar İlyas bəy ələ alındı və 1423-cü ilin fevral ayında qoşunlar İznikə daxil oldu. Bu vaxt hamamda olan Kiçik Mustafa lələsi tərəfindən saraydan gizlicə qaçırıldı və II Murada təhvil verildi. Kiçik Mustafa boğularaq edam edildi. Cəsədi İznikdən kənarda bir əncir ağacından asıldı, daha sonra Bursaya aparıldı və burda Yaşıl Türbəyə dəfn olundu.[2]
İstinadlar
redaktə- ↑ Almaz, Dr. Hasan, Şükrullah bin Şihâbeddîn b. Ahmed b. Zeyneddîn Zekî — Behcetü't-Tevârîh [İnceleme-Metin-Tercüme], Ankara, 2004, s. 391, YÖK Tez Merkezi Tez No: 141180, Mostar Yayınları, İstanbul, 2010, ISBN 978-605-5455-20-0
- ↑ 1 2 Sakaoğlu, Necdet "Murad II", (1999) Yaşamları ve Yapıtlarıyla Osmanlılar Ansiklopedisi, C.2 s.235–238 İstanbul:Yapı Kredi Kültür Sanat Yayıncılık, ISBN 975-08-0073-7.