Musiqi Psixologiyasi - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Musiqi psixologiyası (ing. Music psychology) — Musiqişünaslığın bir bölməsi olub, musiqi dilinin və musiqi əsərlərinin quruluşunun müxtəlif aspektlərinin öyrənilməsi üzrə akademik dissiplinlər toplusu olmaqla yanaşı, eyni zamanda musiqini psixoloji qavramanın qanunauyğunluqlarını və onun insan psixikasının müxtəlif struktur komponentlərinə təsirini tədqiq edir. Buna görə musiqi psixologiyası araşdırmaları sahəsinə , o cümlədən , müxtəlif profilli sahələrdə, məsələn, Musiqi akustikası , Psixoakustika, Qavrayış Neyropsixologiyası , Qavrayış və Hərəkətin psixofiziologiyası, Estetika, Kulturologiya və s. sahələrdə tədqiqatlar da aid edilə bilər.
Musiqi psixologiyası sahəsində elmi tədqiqatların əsas istiqamətləri aşağıdakılardır :
- Musiqi qabiliyyətlərinin psixologiyası;
- Musiqi duyumunun psixologiyası;
- Musiqi qavrayışının psixologiyası;
- Musiqi yaradıcılığının psixologiyası;
- Musiqi hadisələrinin psixoloji aspektləri.
Yaranma və inkişaf tarixi
redaktəMusiqi psixologiyasının problematikası özü-özlüyündə erkən antik dövrlərdən başlayaraq, musiqi incəsənətinin bütün inkişaf dövrlərində nəzərdən keçirilmişdir.
Musiqi psixologiyası nöqteyi-nəzərindən ən vacib marağı Barokko dövrünün musiqisində yaranmış Affektlər Nəzəriyyəsi kəsb etmişdir ki, onun da araşdırmaçıları İohann İoahim Kvants , Maren Mersen , Afanasi Kirxer, İohann Qotfrid Valter , Klaudio Monteverdi , İohann Mattezon , Ciovanni Battista Bononçini, və Xristian Henrix Şpis olmuşlar. Affektlər nəzəriyyəsinə görə, bəstəkar yaradıcılığının məqsədi affektləri oyatmaq, cuşa gətirməkdir ki, onların qrupları arxasında da müəyyən musiqi üslubları və bəstəkarlıq yazısının digər vasitələri birləşirdilər.Affektlər nəzəriyyəsi təsvir olunurdu Afanasi Kirxerin "Musurgia universalis" (Səs və Musiqi haqqında) risaləsində fikrinə görə, affektlərin ötürülməsi hər hansı peşə texnikasına aid edilmirdi, əksinə, "simpatiya"nı idarə edən hansısa magik, sehrli hərəkət idi ki, o da, "insan ilə musiqi arasında" yaranırdı. Bununla əlaqədar, qeyd etmək lazımdır ki, o dövrün bir çox bəstəkarları , o cümlədən, Klaudio Monteverdi xüsusi olaraq, magiyanı öyrənirdi.
Lakin məhz müstəqil elmi dissiplin qismində musiqi psixologiyası XIX əsrin ortalarından formalaşmağa başladı. Bunun üçün əsas təkan eksperimental psixofiziologiya sahəsində tədqiqatlar və bilavasitə onlarla əlaqədar elmi işlərdəki bütövləşmiş hala gətirilmiş musiqi-duyum qavrayış haqda elmi nəzəriyyə oldu.