Musabeyli Fuzuli - Wikipedia
Musabəyli — Azərbaycan Respublikasının Füzuli rayonunun Pirəhmədli kənd inzibati ərazi dairəsində kənd.[1]
Musabəyli | |
---|---|
39°28′21″ şm. e. 47°10′45″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Tarixi
redaktəMusabəyli kəndi XIX yüzilin ikinci yarısında yaranmışdır. 1875-ci ildə Mirzənağılı obasından Şıx Musa İsmayıl oğlu (1841--?), Şıx İsa İsmayıl oğlu (1846--?), Nüzgar kəndindən Qasım Kərbəlayı Əhməd oğlu (1834--?), Hüseyn Kərbəlayı Əhməd oğlu (1836--?), Məmməd Kərbəlayı Əhməd oğlu (1858--?), Rza Kərbəlayı Əhməd oğlu (1870--?), Qaracallı obasından Məmməd Gülməmməd oğlu (1836--?), Zeynal Gülməmməd oğlu (1842--?), Qəhrəman (1844--?), Bayram Gülməmməd oğlu (1854--?), Hüseyn Gülməmməd oğlu (1856--?), Abbas Yusif oğlu 1816--?), Məmməd Yusif oğlu (1828--?) köçüb əski Xırdapara-Dizaq mahalının ərazisində məskunlaşmışdı. Kənd Şıx Musa Ismayıl oğlunun şərəfinə Musabəyli adlandı.
17 oktyabr 2020-ci ildə Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilmişdir.[2]
Toponimikası
redaktə- Musabəyli oyk., diiz.
- Ağsu r-nunun Qaraqoyunlu i.ə.v.-də kənd. Şirvan düzündədir. Yaşayış məntəqəsi XIX əsrdə Musa- bəy adlı şəxsə məxsus ərazidə salındığı üçün belə adlandırılmışdır. R-nun ərazisində Musa- bəyin adı ilə bağlı bir neçə mikrotoponim də qeydə alınmışdır,
- Düzənlikdədir. Yerli məlumata görə, yaşayış məntəqəsinin əsasmı Musabəy adlı şəxs qoyduğu üçün kənd onun adı ilə adlandırılmışdır.[3]
Əhalisi
redaktəİqtisadiyyatı
redaktəƏhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq olub.
Həmçinin bax
redaktəXarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ "Füzuli azad edildi - Ali Baş Komandan elan etdi + Video". qafqazinfo.az (az.). 17 oktyabr 2020. 2020-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 oktyabr 2020.
- ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427