Muradxanli Imisli - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Muradxanlı — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd. Kənd əhalisinin sayı 4433 nəfərdir ki, onun da 2301 nəfəri kişi, 2132 nəfəri isə qadındır. 1954 - cü ilə qədər köçəri həyat tərzi keçirmiş Muradxanlı, Əlipənahlı, Buludlu və Tanırqullar adlanan tərəkəmə kəndləri birləşdirilərək indiki yerdə daimi məskunlaşmışlar. Müstəqillik illərinə qədər İmişli rayonunun Ağamalılar kəndi də Muradxanlı kəndinin ərazisinə daxil idi. Sonradan Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə İmişli rayonunun Ağamalılar kəndi Muradxanlı kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Ağamalılar kənd Soveti yaradılmışdır. [1]Kənddə iki tam orta məktəb, mənəniyyət evi və bir 25 çarpayılıq xəstəxana mövcuddur. Kənd əhalisinin əsas məşğuliyyəti heyvandarlıq əkinçilik və ovçuluqdur.
Muradxanlı | |
---|---|
39°55′44″ şm. e. 47°57′06″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | İmişli rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 4.433 nəfər |
Muradxanlı neft yatağı
redaktəMuradxanlı kəndi ərazisində Muradxanlı neft yatağı fəaliyyət göstərməkdədir. Hazırda neft yataqların hər biri işlənmədədir. Muradxanlı neft yatağı Yevlax-Ağcabədi çökəkliyinin şimal-şərq hissəsində, Kürdəmir şəhərindən 30 km cənubda yerləşir. Yatağın Zərdab sahəsi Muradxanlı neft yatağından şimal-qərbdə, Kür çayının sahilində, Zərdab şəhərindən 7 kilometr cənub-şərqdə yerləşir. Zərdab sahəsinin xeyli hissəsi bataqlıq və şoranlıqlarla örtülüb. Struktur 1943-cü ildə qravimaqnit kəşfiyyatla aşkar edilib, 1975-ci ildə ÜDN üsulu (ümumi dərinlik nöqtəsi ) ilə qazımaya hazırlanıb. Onu da əlavə edək ki, Muradxanlı(imişli), Cəfərli(imişli)və Zərdab Neft Yataqlarının Daxil Olduğu Blokun Bərpası, Kəşfiyyatı, İşlənməsi və Hasilatın Pay Bölgüsü haqqında (“Saziş”) “Zenit Aran Oil Company” (“Zenit”), SOCAR-ın Ortaq Neft Şirkəti (“ONŞ”) və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında, 16 mart 2016-cı il tarixində imzalanıb və 11 avqust 2016-cı il tarixindən qüvvəyə minib. Qeyd edək ki,Muradxanlı neft yatağında 550-600 işçi çalışır.
Yataqlardan cari ildə hasilatın 0,11 milyon barrel olacağı planlaşdırılır. Bu il yataqlar bloku üzrə Dövlət Neft Fonduna (ARDNF) daxilolmaların 0,07 milyon dollar təşkil edəcəyi nəzərdə tutulur.
Qeyd edək ki, 2016-cı il martın 16-da SOCAR və “Zenith Aran Oil Company Limited” şirkətləri arasında “Muradxanlı”, “Cəfərli” və “Zərdab” neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalanıb. Sazişdə “Zenith” şirkəti 80 faizlik, bütünlükdə SOCAR-a məxsus Ortaq Neft Şirkəti isə 20 faizlik iştirak payına malikdirlər. Saziş 25 il müddətində qüvvədə olacaq. “Muradxanlı”, “Cəfərli” və “Zərdab” yataqları ümumilikdə 642,4 kvadratkilometr ərazini əhatə edir. “Zenith Aran Oil Company Limited” bütövlükdə Kanadanın “Zenith Energy Ltd.” şirkətinə məxsus olan ortaq şirkətdir.
“Muradxanlı” neft yatağı Yevlax-Ağcabədi çökəkliyinin şimal-şərq hissəsində, Kürdəmir şəhərindən 30 kilometr cənubda yerləşir. Gömülmüş Muradxanlı qalxımı qravimaqnit və seysmik kəşfiyyat üsulları ilə aşkar olunub və 1968-ci ildə qazımaya daxil edilib. 1971-ci ildə sahədə üst təbaşirin vulkanik süxurlarından sənaye əhəmiyyətli neft alınıb. “Cəfərli” yatağı Mil düzənliyi ərazisində, “Muradxanlı” yatağından 7 kilometr cənub-şərqdə yerləşir. Sahədə 1949-cu ildən 1982-ci ilədək fasilələrlə qravimetrik və seysmik kəşfiyyat işləri aparılıb, 1982-ci ildə struktur dərin kəşfiyyat qazımasına hazırlanıb. “Zərdab” sahəsi isə “Muradxanlı” neft yatağından şimal-qərbdə, Kür çayının sahilində, Zərdab şəhərindən 7 kilometr cənub-şərqdə yerləşir. Struktur 1943-cü ildə qravimaqnit kəşfiyyatla aşkar edilib, 1975-ci ildə qazımaya hazırlanıb.
fauna və flora
redaktəKənddə yarımsəhra və quru çöllərdə quraqlıq heyvanlarından dovşan, tülkü, çaqqal, canavar, cəld kərtənkələ, qırmızıquyruq qum siçanı, Kiçik Asiya qum siçanı, ərəb dovşanı, quru tısbağası, gürzə, koramal, çöl siçanı və s.-ə rast gəlmək olar. Qamışlıqlarda və sahil zonalarında çöl donuzu, qamışlıq pişiyi, çaqqal, su siçovulu, su ilanı, bataqlıq qunduzu, quşlardan vağ, soltan toyuğu, bəzgək, turac, qırqovul, qızılqaz, kəklik, ördək, qaşqaldaq yaşayır. Kəndin arazisindən axan çaylarda çəki, çapaq, ilan balığı, sıf, xəşəm, naxa və bobla kimi balıq növləri vardır. Tuğay meşələrində heyvanat aləmi çöl donuzu, dovşan, tülkü, çaqqal, porsuq, kirpi, ilan, kərtənkələdən ibarətdir. Bu ərazilərdə bayquş, ağacdələn, qu-qu quşu, qaratoyuq və s. quşlar məskən salır. Ölkənin digər düzənlik meşələrində və dağətəyi kolluqlarda həmçinin , çüyür, vaşaq, sincab, , vəhşi pişik, yenot, sağsağan, sarıköynək, ağacdələn yaşayır. Meşələr heyvanlar aləmi ilə ən zəngin ərazilərdir. , qarapaça, , dələ, vaşaq, meşə pişiyi, köpkər, porsuq, sincab, oxlu kirpi, çöl donuzu vardır. Meşələrdə ağacdələn, kəklik, turac, qaraleylək, qartal, bülbül, Qafqaz tetrası, Zaqafqaziya qırqovulu kimi quşlara və s. heyvanlara rast gəlinir. Çəmənliklər dovşan, tülkü, , qar siçanı, qarapaça, canavar, çaqqal, Xəzər uları, Qafqaz uları, kərkəs üçün yaşayış yeridir. Bu ərazilərdə quşlardan toğlugötürən, göyərçin, kəklik, bildirçin, alacəhrə, sürünənlərdən gürzə, kələz, quru qurbağasına rast gəlinir. Şirin sulu göllərdə çoxlu miqdarda köçəri və daimi yaşayan quşlara rast gəlinir.
çöllüklər yayı quraq keçən yarım səhra və quru çöl iqlimlidir. Əsasını boz və şoran torpaqlar təşkil etsə də, Muradxanlı düzənliklərinin relyefi hamardır. Ucsuz-bucaqsız, suvarılmayan şoran torpaqların bitki örtüyü də yarımsəhra tiplidir. Kilometrlərlə uzanan saksaul kolluqları tez-tez yulğun topalıqları ilə əvəzlənir. Ərazidə ən çox bitən bitkilətdən olan dəvəayağı bitkisi çiçəkləyən zaman çöllüyə əsrarəngiz gözəllik verir. Nisbətən sulu qobularda isə biyan və acıyovşan sıxlıq təşkil edir.
Əvvəllər bu çöllüklərindən yalnız heyvandarlıq, xüsusən də qışlama məqsədi ilə istifadə olunurdu. Bitki örtüyü qışı mülayim keçdiyi üçün, demək olur ki, soyuq fəsillərdə də həm yarımsəhranın vəhşi heyvanlarını, həm də ev heyvanlarını yemləməyə şərait yaradırdı.
Sovetlər dönəmində ərazinin relyefi dərindən öyrənildi, landşaftı araşdırıldı. Müxtəlif dövlət proqramları təsdiqləndi. Aqrar layihələrin həyata keçirilməsinə başlanğıc verildi. Beləliklə, böyük çöllərin insan müdaxiləsinə məruz qalan istismar dövrü başladı. Bu Mil-Muğan torpağının bir hissəsi olan Muradxanlı kəndinin fəth olunması demək idi.
İstinadlar
redaktəÖnəmli şəxsləri
redaktəAbbasov Elbrus Əlqan oğlu (1960-2023) uzun illər kəndin bələdiyyə sədri olmuşdur. Fəaliyyətdə olduğu illərdə kənddə yeni artezyan quyusu, su təmizləmə stansiyası, qurunt sularının yığılması üçün korrektor (15km) və yaşıllaşdırma sahəsi yaradılmış, eləvə də qaz xəttinin çəkilməsi, asfalt örtüyünün salınması, beton suvarma kanallarının çəkilməsi və digər işlər görülmüşdür.
Demoqrafiya
redaktəKənd əhalisinin tamamı tərəkəmələrdən ibarətdir. Qarapapaqlar və ya digər adı ilə Tərəkəmələr — Şimali Qafqazda Dərbənd, Gürcüstanda Kvemo-Kartli, Azərbaycanda Qazax, İranda Sulduz və Türkiyədə isə ümumi olaraq Şimal-şərqi Anadoluda yaşayan Azərbaycanlılara bağlı bir tayfa.
İmişli rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |