Monqol Ati - Wikipedia
Monqol atı[1] (monq. адуу) — Monqolustan ərazisində yayılmış vəhşi atların yarımcinsi. Bu atlar Çingiz xannın dönəmindən dünyaya məlumdur. Köçəri monqollar yarım milyon olmalarına baxmayaraq 2 milyon at saxlayırlar. Kiçik ölçülərinə baxmayaraq Poni atı ilə hec bir əlaqəsi yoxdur. Monqolustanda bu atlar il boyu açıq səma altında yaşayır. Yayda +30°S qışda isə -40°S şəraitində yaşaya bilir. Atın südündən yerli əhali tərəfindən Kumıs adlanan içki hazırlanır. Atın əti nadir hallarda kəsilərək ətindən istifadə edilir. At əsasən minik üçün istifadə olunur. Bununla belə yerli şəraitdə yarışlarda istifadə edilir. Bundan başqa sahələrdə istifadə edilmir.
Monqol atı | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
XƏTA: latin parametri doldurulmayıb. |
||||
Beynəlxalq elmi adı | ||||
XƏTA HAQQINDA MƏLUMAT Bu parametr doldurulmayıb: latin |
||||
|
Xarici görünüşü
redaktəBu atlar köklü atlar sayılır. Qısa ayalara və iri başa malik olurlar. Xarici görünüşü baxımından Prjevalski atı ilə oxşarlığı vardır. Fərqli cəhətləri quyruğun və atın baş, boyun nahiyəsində olan telləri uzun olur. Rəngi baxımından fərqli olurlar. Əsasən, isə sarının tünd-qəhvəyi çalarlarında olur.
Özünü aparması
redaktəMonqol atları vəziyyətdən çıxma baxımından seçilirlər. Dözümlü, yerli şəraitə tez öyrənən olurlar. Monqolustanta bir çox ərazilərdə at sürüləri sərbəst şəkildə vəhşi həyat sürürlər. İnsana öyrəşın at sahibinə qarşı sədaqətli, dostcanlı və sakit yanaşır.
Dayanmadan 35 km məsafəyə müəyyən vaxt ərzində gedə bilir.
Yetişdirilmə tarixi
redaktəHaradan törəməsi dəqiq məlum deyildir. Artıq 2000 il b.e.ə Mərkəzi Asiya ərazisində artıq atdan minik vasitəsi kimi istifadə edilirdi. Genetik araşdırmalar göstərir bir çox atcinsləri monqol atları ilə çütləşmədən törəmişdir[2][3]
Monqol mətəniyyətində
redaktəAtlar monqol mədəniyyətində mühüm rol oynayır. Xüsusi ilə köçərilər atsız keçinə bilmirlər. At yarışları milli güləşdən sonra ikinci idman növü sayılır. Monqol imperiyasının dünyayın yarısına sahib olmasında monqol atları mühüm rol oynamışdır. Xüsusi ilə İkinci dünya müharibəsində Monqol dövləti tərəfindən SSRİ-yə çoxlu sayda monqol atı yardım məqsədi ilə verilmişdir. Monqollar arasında belə bir deyim vardır: «Atsız monqol, qanadsız quşa bənzər». At ənənəvi olaraq ailədə doğulan oğlan uşağının üç günlüyündə ona hədiyyə edilir. Böyük at ilxısına malik köçəri varlı sayılır. Hər bir adamın öz atı olur. Atını sevən monqollar onları həddindən artıq yormağı xoşlamırlar.
Mənbə
redaktə- Monqol atları Arxivləşdirilib 2006-08-25 at the Wayback Machine
- The Mongolian Horse and Horseman
- The Stallions Mane: The Next Generation of Horses in Mongolia
- Mongolian horse, Department of Animal Science, Oklahoma State University Arxivləşdirilib 2006-08-25 at the Wayback Machine
- The Legend of Khokhoo Namjil
- Монгол адууны онцлог Arxivləşdirilib 2016-10-21 at the Wayback Machine
İstinadlar
redaktə- ↑ Монгол аты // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: Мисир—Прадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 43.
- ↑ Удина И. Г.:Компьютерный анализ D-петли митохондриальной ДНК. Изменение у азиатских пород лошадей. Arxivləşdirilib 2022-03-31 at the Wayback Machine. В: Третья международная конференция по биоинформатике регуляции и структуры генома (BGRS 2002)
- ↑ Tozaki və b.:.Yapon və Asiya atlarnın genetik bağlılığı. Arxivləşdirilib 2008-09-07 at the Wayback Machine