Mollali Qafan - Wikipedia
Mollalı — Ermənistan Respublikasının cənubunda, keçmiş Qafan rayonu ərazisində, Gığı dərəsində yerləşən kənd.
Tarixi Zəngəzur əraziləri | |
Gığı dərəsi | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | Ermənistan |
Bölgə |
Mərz: Sünik mərzi Rayon: Qafan rayonu (1930-1995) |
İnzibati mərkəz | Qafan |
Ləğv edilib | 1939 (Qovşud kəndinə birləşdirilib) |
İndiki adı | rəsmi sənədlərdə Qovşud adı ilə adlandırılır |
Adının dəyişdirilmə tarixi | 1939 |
Əhalisi |
17[1] ailə (1950-ci illər) 46[2] (1931) |
Azərbaycanlılar yaşamış kənd Qafan şəhərindən 15 km şimal-qərbdə Gığıçayının orta axarında, çayın bilavasitə sağ sahilində yerləşir.[3][4] Mollalı kəndi Qovşud kəndi ilə qonşu, birləşmiş kənd olduğundan rəsmi sənədlərdə Qovşud adlanır.[1]
Tarixi
redaktə1939-cu ilə qədər ayrı kənd olmuş, 1939-cu ildən sonra Qovşud kolxozu ilə birləşərək kənd ləğv edilmişdir. İkinci dünya müharibəsindən sonra yenidən bərpa edilən kənd 17 təsərrüfatdan ibarət olmuşdur.
Qovşud kəndi çay kənarına enəndən sonra Mollalı kəndi ilə qarışıq kənd olmuş, bütün sənədlərdə Qovşud kimi adlandırılmışdır.
1918-ci il qırğınları vaxtı kənd dağıdılmış, əhalisinin sağ qalanları Naxçıvana pənah aparmışdır. Ermənistanda sovet hökuməti qurulandan sonra salamat qalan əhali öz yerlərinə qayıtmışlar. 1950-ci illərdən sonra kənddə tikinti işləri getmiş və orada əvvəldən yaşayanlar öz yerlərinə qayıtmışlar.[1]
Adı
redaktəToponim qaraçorlu türk tayfasının əliyanlı tirəsinə mənsub olan mollalı etnonimindən əmələ gəlmişdir. Etnotoponimdir, quruluşca sadə toponimdir.[2]
Əhalisi
redaktəMollalı kəndində 1897-ci ildə 34 nəfər, 1914-cü ildə 156 nəfər yaşamışdır. 1918-ci il hadisələri vaxtı kəndi tərk etməli olan azərbaycanlıların geri qayıdış Ermənistanda sovet hökumətinin qurulmasından sonra mümkün olur. Mollalıda 1922-ci ildə 45 nəfər, 1926-cı ildə 38 nəfər, 1931-ci ildə 46 nəfər azərbaycanlı əhali yaşamışdır.[2]
1988-ci il deportasiyası zamanı bölgənin digər azərbaycanlı əhalisi kimi mollalılar da kəndi tərk etməli olurlar.
Siyahıyaalınma ili və müvafiq sayımların yekunlarına əsasən Mollalı kəndində əhalinin sayı | ||||||
---|---|---|---|---|---|---|
illər | 1897 | 1914 | 1922 | 1926 | 1931 | 1950-ci illər[1] |
say | 34 | 156 | 45 | 38 | 46 | 17 ailə |
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 Səməd Qarayev. «Qazangöl həsrəti», Bakı, "Azərbaycan Nəşriyyatı", 2002. səh. 332.
- ↑ 1 2 3 İbrahim Bayramov. «Qərbi Azərbaycanın türk mənşəli toponimləri» Arxivləşdirilib 2018-09-20 at the Wayback Machine, Bakı, "Elm" nəşriyyatı, 2002. səh. 229. ISBN 5-8066-1452-2 Arxivləşdirilib
- ↑ Akif Muradverdiyev. «Zəngəzur. Tariximizin yaddaşı» Arxivləşdirilib 2022-04-05 at the Wayback Machine, Bakı, "Xəzər" nəşriyyatı, 2007. səh. 424-425.
- ↑ Sabir Əsədov. «Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası» Arxivləşdirilib 2021-01-18 at the Wayback Machine (kiril əlif. «Ермәнистан азәрбајҹанлыларынын тарихи ҹоғрафијасы»), Bakı, "Gənclik" nəşriyyatı, 1995. səh. 150. ISBN 5-8020-0852-0