Mollaisaqli - Wikipedia
Mollaisaqlı — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 11 iyun 2002-ci il tarixli, 341-IIQ saylı Qərarı ilə İsmayıllı rayonunun Mollaisaqlı kəndi Hacıhətəmli kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Mollaisaqlı kənd inzibati ərazi dairəsi yaradılmışdır.[1]
Mollaisaqlı | |
---|---|
40°41′03″ şm. e. 47°52′50″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 391 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəKəndin yaranma tarixi ilə bağlı belə bir etimaloji fikir var ki, Molla İsaq və Hacı Hətəm qardaşları bir vaxt Quba rayonundan köçüb İsmayıllıya gəlmiş, burada yurd salmış və maldarlıqla məşğul olmuşlar. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra onlar bu yerlərdə məskunlaşmışlar. Məhz Mollaisaqlı və Hacıhətəmli kəndlərinin adı da həmin qardaşların adı ilə bağlıdır.[2]
Mədəniyyət
redaktəKəndin özünəməxsus adət-ənənəsi və folkloru var. Burada "Hapıt" folklor qrupu fəaliyyət göstərir.[3]
Əhalisi
redaktəƏhalisi əsasən haputlulardan ibarətdir.[4] Əhalisi 1092 nəfərdir ki onunda 512 nəfəri kişi, 580 nəfəri qadındır.
Şəxsiyyətləri
redaktə- Baba Vəziroğlu — şair
İstinadlar
redaktə- ↑ "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 11 iyun 2002-ci il tarixli, 341-IIQ saylı Qərarı". 2022-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-21.
- ↑ Aygün Zeynallı. "İsmayıllı rayonunun toponimləri", "Tərcüməşünaslıq və onun müasir dövrdə rolu" respublika tələbə elmi-praktik konfranslarının MATERİALLARI. Qafqaz Universiteti Nəşri, Bakı, 2011. səh. 5-6. Arxivləşdirilib 2012-01-07 at the Wayback Machine (az.)
- ↑ “Hapıt” folklor qrupu[ölü keçid]
- ↑ "Azərbaycanın müasir etnik palitrası". 2011-10-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-09-17.
Xarici keçidlər
redaktə- BANU - Günel xanımın təqdimatında: bu dəfə İsmayıllıda 27.10.2012 (az.)
Həmçinin bax
redaktə İsmayıllı rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |