Mitkevic - Wikipedia
Bu məqalədə daxili keçidlərin artırılmasına ehtiyac var. |
Bu, tənha məqalədir, çünki hansısa məqalədən bu məqaləyə verilmiş keçid yoxdur. |
Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. |
Məlik Namazəliyev — Zəngəzurun qəza rəisi (1906).
Məlik Namazəliyev | |
---|---|
Vəzifədədir | |
1906-cı ildən |
Gorus sahəsinin müsəlmanları 25 iyul 1906-cı ildə Qafqaz canişininə teleqram göndərərək Zəngəzur qəzasının rəisi Mitkeviçin öz vəzifəsinin öhdəsindən gəlməməsindən şikayətlənirdilər. Teleqramda bildirilirdi ki, iyulun 9-da Gorusun müasir silahlarla silahlanmış komitəçiləri (erməni terrorçu partiyaları nəzərdə tutulurdu) Eyvazlar və Davutlu kəndlərinin köçərilərinə qəfildən hücum etmiş, çobanı yaralamışlar. Müsəlmanlar qorxu içərisində qaçaraq Ağudi və Vağudi kəndlərinə sığınmışlar. Ermənilər eyvazlıların 900, davutluların isə 600 qoyununu və 300 iribaşlı heyvanını aparmışlar. Köçərilər arana təhlükəsiz enmək üçün qəza rəisi Mitkeviçə müraciət etmişlər. Mitkeviç onları əmin etmişdir ki, yolların təhlükəsizliyi təmin ediləcək və təqsirkarlar cəzalandırılacaq. Qəza rəisinə inanan köçərilər yola çıxmış, lakin yenidən ermənilərin hücumuna məruz qalmışlar. Pusquda duran ermənilər iki tərəfdən hücum edərək bu dəfə eyvazlıların 50 baş iribuynuzlu heyvanını və 15 xurcununu aparmışlar. Qəza rəisinin heç bir tədbir görmək istəmədiyini görən köçərilər Qafqaz canişinindən onlara vurulan ziyanın ödənməsini və yeni qəza rəisinin təyin edilməsini xahiş etmişdilər. (“Kaspi”, 11 avqust 1906)..[1]
İstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-18.