Mis Dovru - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Mis dövrü, mis-daş dövrü, xalkolit (yun. χαλκός — mis + λίθος — daş kəliməsindən), eneolit (lat. aeneus — mis + yun. λίθος — daş kəliməsindən) — bəşəriyyətin inkişafının bir dövrü, neolitdən (daş dövrü) tunc dövrünə keçid mərhələsi. Termini ilk dəfə 1876-cı ildə beynəlxalq arxeoloji konqresdə macar arxeoloq Ferens Pulski Tompsenin ilkin təsnifatlandırmasının dəqiqləşdirilməsi üçün irəli sürmüşdür. Bu təsnifatlandırmada daş dövrünün ardınca birbaşa tunc dövrü gəlirdi[1].
Eneolit daş dövrünün sonu – metal əsrinin başlangıcı hesab edilən b.e.ə. VI—IV minillikləri əhatə edir. Bu dövr üçün aşağıdakı xüsusiyyətlər xarakterikdir:
- insanlar ilk dəfə metalla tanış oldular və mis emalına başladılar, ancaq mis yumşaq olduğuna və az tapıldığına görə daşı sıxışdıra bilmədi;
- qəbilədə qadınların mövqeyi get-gedə zəifləyir və cəmiyyətin həyatında icma ağsaqqalları şurası mühüm rol oynayır;
- yığıcılıqdan fərqli olaraq qəbiləni bitki qidası ilə daha yaxşı təmin edən toxa əkinçiliyi, maldarlıq və sənətkarlıq daha da inkişaf etdi, mənzillər və təsərrüfat tikililəri çay kənarında çiy kərpicdən və möhrədən dairəvi planda inşa olunurdu;
Bəşəriyyət daş dövründən mis dövrünə,qədəm qoyraq inkişaf etmişdir.Alimlərin əksəriyyəti metal dövrünün e.ə IV minilliyin əvvəlində başladiğını ehtimal etsə də, ayrı-ayrı ərazilərdə bu mərhələ xeyli sonra başlamışdır.Lakin harda baş verməsindən aslı olmayaraq,istənilən halda metal əmək alətlərinin meydana gəlməsi Qobustanda olduğu kimi,həyat tərzinin ciddi surətdə dəyişməsinə səbəb olurdu.İnsanlar artıq darısqallaşmış beşiyə siğmayan körpə kimi,minilliklər boyu sığındıqları qayaları daha fəal surətdə tərk etməyə başlayırdı.Arxeoloqların fikrincə,insanın mislə ilk tanışlığı külçələr vasitəsilə baş verib.Onların emalı prosesində insanlar zərbə nəticəsində parçalanmayan külçələrin deformasiyaya uğramasına diqqət yetirmişlər.Yəni müəyyən bacarıq olduqda onlara zəruri şəkil vermənin mümkünlüyü,eyni zamanda materialın möhkəmliyinin artdığı dərk edildi.Mis kifayət qədər yumşaq material olsa da,ondan hazırlanan məmulatlar asanlıqla təmir edilir və onların istifadə muddəti xeyli uzanirdi.Üstəlik misdən düzəldilən silah və əmak alətləri daha kəskin və iş prosesində rahat,ovda və düşmənlə çapışmada daha öldürücü idi.
Azərbaycan ərazində tunc dövrünün başlanğıcı adətən e.ə V minilliyin sonlarına aid edilir. Bu,Xəzər dənizin sahillərində,Qafqazın dağətəyi və dağlıq ərazilərində,həmçinin Ön Asiya yaylalarının şərq hissəsində yaşayan qəbilələrin iqtisadi ,ictimai,mədəni,daha sonra isə siyasi həyatında olduqca ciddi dəyişikliklər dövrü idi. Mis filizləri ilə zəngin olan Azərbaycan tunc dövründə metallurgiya və metal emalının mərkəzinə çevrilir.Arxeoloji qazıntılar zamanı mis əridən kürələrin qalıqları,tökmə formaları,istehsal alətləri ve tullantıları aşkar edilmişdir.Tapıntıların sayı burda metallurgiya prosesinin yaxşı təşkil olunduğunu və genişmiqyaslı xarakter daşıdığını göstərir.Mis hasil edilir,mis-arsenli tunc əridilir,həm isti,həm də soyuq döymədən istifadə edən coxsaylı emalatxanalarda isə tunc baltalar,bıçaqlar,ox ucluqları,qadın və kişi bəzək əşyaları hazırlanırdı.Azərbaycan tarixçələri arasında belə bir fikir mövcuddur ki,e.ə III minilliyin sonu- II minilliyin əvvəllərində bu məmulatlar hətta Şərqi Avropaya ixrac edilirdi.
Duluşçuluq sənəti bu dövürdə geniş yayılır.Doğrudur,duluşçu kürəsindən hələlik nadir hallarda istifadə olunurdu.Məmulatlar əsasən əl ilə hazırlansa da,onların çeşidi daima artırdı.Artıq təsərrüfatda forma və ölçülərinə görə müxtəlif olan qablar,səhəng,piyalə və digər əşyalar işlənirdi.Daha sonrakı dövürdə,akademik Vəli Əliyevin müəyyən etdiyi kimi,naxışlı keramikanin üzərində insan,heyvan,quş və mifik varlıqlar təsvir olunmağa başlayır. Əhliləşdirilmiş heyvan sürülərinin sayı artırdı.İnsanlar yağ və digər süd məhsullarını əldə etməyi öyrənir,inək,qoyun,keçi,donuz bəsləyirdi.Eyni zamanda tarixçilərin qeyd etdiyi kimi,xırda buynuzlu mal-qaranın ümumi çəkisi tədricən artırdı.Nəticədə yeni və geniş otaqlar tələb edən köçürmə maldarlıq meydana gəlirdi.Ona görədə dağətəyi və dağ rayonları daxil olmaqla yeni ərazilər mənimsənilirdi.Təsərrüfatda at və uzunqulaqdan daha geniş istifadə edilirdi. [2]