Mirze Qedim Irevaninin Eserlerinin Siyahisi - Wikipedia
XIX əsr Azərbaycan rəssamı Mirzə Qədim İrəvaninin yaradıcılıq irsinə portretlər, rəsm-trafaretlər, divar rəsmləri, zinət əşyaları və şüşə üzərində rəsmlər daxildir. Yalnız üç ölkənin - Azərbaycan, Gürcüstan və Rusiya - muzeyləri öz kolleksiyalarında İrəvaninin əsərlərini saxlayır. Aşağıdakı siyahının tərtib edilməsi zamanı istifadə edilmiş əsas mənbə Natalya Miklaşevskaya tərəfindən yazılmış və "Azərbaycan incəsənəti" (Bakı, 1954) toplusunda çap edilmiş "XIX əsr rəssamları: Mirzə Qədim İrəvani və Mir Möhsün Nəvvab" (rus. «Художники XIX в. Мирза Кадым Эривани и Мир Мохсун Навваб») adlı məqalə olmuşdur. Məqalədə İrəvaninin 23 əsəri haqqında məlumat verilir ki, onlardan da iyirmisi Azərbaycan Milli İncəsənət Muzeyində, ikisi Ermitajda, biri isə Gürcüstan Dövlət İncəsənət Muzeyində saxlanılır. Həmçinin məqalədə XIX əsrin 50-ci illərində İrəvandakı Sərdar sarayı üçün çəkilmiş və hazırda Güsrcüstan Dövlət Muzeyində saxlanan bir neçə böyük portretdə İrəvaninin imzasının olması təsdiq edilir.[1][2][3].
Siyahı
redaktəƏsər | Ad | Texnika / Ölçü (sm) | Qalereya | Təsvir |
---|---|---|---|---|
«Güllər və quşlar» | Azərbaycan Milli İncəsənət Muzeyi, Bakı | Bu rəsm-trafaret vertikal çərçivənin naxışlı hissəsidir. Mərkəzdə yerləşən medalyon ocla formaya malikdir. təsvir stilizə edilmiş bitki budağı şəklindədir. Budaq üzərindəki qızılgüllər və itburnular arasında kiçik quşlar yerləşdirilmişdir. Buketin kompozisiyası medalyonun forması nəzərə alınaraq hazırlanmışdır və Miklaşevskayanın sözlərinə görə bu buketin incəlik və harmonikliyini təmin edir.[4]. | ||
«Qızılgül və qaranquş» | Azərbaycan Milli İncəsənət Muzeyi, Bakı | Bu rəsm-trafaretdə, "Güllər və quşlar" rəsmində olduğu kimi medalyon içərisində güllər və qaranquş təsvir edilsə də, buketi təşkil edən güllər fərqli görünüşə malikdirlər. Bu rəsmdə İrəvani itburnunu böyük zanbaqlarla əvəzləmişdir, sol tərəfdən aşağıda isə günəbaxanı xatırladan çiçək vardır. Buketin yuxarısında isə qaranquş təsvir edilib. Harmoniya, yaxşı fikiləşilmiş incə kompozisiya medalyonun xarakterik xüsusiyyətləridir.[4]. | ||
«Güllər və qırqovul» | Azərbaycan Milli İncəsənət Muzeyi, Bakı | Bu rəsm-trafaret uzunsov kağız üzərində çəkilmişdir.[4]. Yarpaqlar və çiçəkli budaqların sallandığı vaza kənarlarını xatırladan kompozisiya vertikal şəkildə təşkil edilmişdir (fuksiya, lalə və itburnu çiçəklərindən). Qızılğül tumurcuqları kompozisiyaya tamlıq bəxş edir. Kompozisiyanın mərkəzində itburnu və süsən çiçəkləri arasında iki erkək qırqovul yerləşdirilib. İki erkək fazan isə qızılgüllərdən yuxarıda təsvir edilib. Quşların hərəkət və cins elementləri, süsənin rəng çaları, çəhrayı tumurcuqlar və onlara uyğun budaqların rəngləri düzgün verilib.[5]. | ||
«Atlı» | Tempera | Azərbaycan Milli İncəsənət Muzeyi, Bakı | Bu əsərdə təsvir zəif, təxmini və sxematikdir. Miklaşevskinin sözlərinə görə insan və atın təsviri taxta kimi və ya kukla kimi görünür. "Atlı" İrəvaninin dövrümüzə çatmış əsərləri arasında peyzaj və at təsviri olan yeganə əsərdir.[6]. | |
«Kişi xəncər ilə» | Azərbaycan Milli İncəsənət Muzeyi, Bakı | «Kişi xəncər ilə» primitiv birxətli trafaret-rəsmdir. Başı ətrafında nimb, xarakterik haça xəncərlə təsvir olunmuş yaşlı kişi təsvirində, Natalya Miklaşevskaya şiələr tərəfindən müqəddəs kimi qəbul edilən Əlinin təsvir edildiyini güman edir. [6]. | ||
«Dərviş» | Şüşə, yağlı boya 21 × 13,2 |
Azərbaycan Milli İncəsənət Muzeyi, Bakı | Dərviş tamamilə yaşıl fonda təsvir edilib. Dərvişin üzü gənc və saqqalsızdır, sağ yanağında xalı var. Miklaşevskaya həmçinin qeyd edir ki, üz ifadəsinə bic-bic baxan gözlər əlavə edilib. Dərvişin qara saçları düz daranıb və onun çiyinlərinə qədər uzanır.[6] Dərviş qırmızı paltar geyib. Yaxalıq, başmaqlar, kəmər və sivri papaq yaşıl rəngdə təsvir edilib; geyim və papaq qızılla bəzədilib. Onun sağ əli üzərindən zolaqlı şərf keçir. Bu əlində dərviş təbərzin tutur. Dərvişin sol əlində isə kəşkül var. Bu əşyalar bir dərviş üçün vacib ləvazimatlardır. Dərvişin papağının ortasında isə ərəb əlifbası ilə “Allah” yazısı var.[1] | |
«Rəqqasə» | Şüşə, tempera |
Azərbaycan Milli İncəsənət Muzeyi, Bakı | Özünü dəfdə müşayət edən rəqqasə düz yaşıl fonda təsvir edilmişdir. Onun geyiminin rəngləri fonla kontrast təşkil edir. Rəqqasənin əynində kaftan, geniş qırmızı ətək və belinə dolanmış yaşıl kəmər var. Ağ və qızılı kvadratlar, həmçinin dairələrin köməyi ilə paltarların sərhəddini ayıran naxış xətti yaradılmışdır. İfadəli üz geniş xəttlərə malikdir. Rəqqasə qırmızı yanaqlara, sərt vurğulanmış dodaqlar və gözlərə və iki xala malikdir ki, bu da onun qrimli olmasını göstərir. Barmaqlarının ucuna xına qoyulmuşdur. Gur və kifayət qədər qısa saçlar üzü hər iki yandan əhatə edir. Rəqqasənin başında iti uclu yüngül şlyapa var. Rəqs zamanı bədənin hərəkəti düzgün verilib, ayaqların ritmik hərəkəti isə geniş ətəyin qatları ilə göstərilib. Şüşənin arxa tərəfindən çəkilmiş rəsmin üzərinə qızıl kağız hissələri yapışdırılıb. Hazırda altı hissədən ibarət olan portret başqa bir şüşə üzərinə köçürülərək, çərçivəyə salınıb. [1]. | |
«Döyüşçü» | Azərbaycan Milli İncəsənət Muzeyi, Bakı | Zirehli geyimdə təsvir edilmiş "Döyüşçü" yaşıl oturacaq üzərində əyləşmiş vəziyyətdə təsvir edilmişdir. Onun sərt xəttlərlə vurğulanmış üz cizgiləri az ifadəlidir. Böyük oval gözləri geniş qara qaşlarla əhatələnib, böyük qıvrım bığı isə dodağını kölgədə qoyur. Baş geyimi dəmir dəbilqə və çiyinlərə qədər düşən dəmir tordan ibarətdir. Qoşqu şəklində olan ağ parça tirmədir.[qeyd 1] Bu cür parça dəbilqənin başda möhkəm oturması üçün istifadə edilirdi. Dizlik və sinəlik sadə oyma naxışlarla bəzədilmişdir. Metalın traktovkası cüzi kölgələnməyə malik boz rəngdədir. Döyüşçü parlaq-narıncı dizliyə və qara çəkmələrə malikdir ki, bu da Miklaşevskaya tərəfindən döyüşçünün monoxrom geyimində rəngarənglik kimi qiymətləndirilir.[1]. | ||
«Abbas Mirzənin portreti» | Azərbaycan Milli İncəsənət Muzeyi, Bakı | Əsərdə Abbas Mirzə donmuş vəziyyətdə təsvir edilib. Onun üzü gur saqqal və kiçik bığla əhatə edilib. Baş geyimi qara qaraqul papağıdır. Uzun üst geyimi beldən tirmə ilə bağlanmışdır. Kağızın aşağı künc hissəsi itirildiyindən yalnız bir ayağı tam qalmışdır. Tam qalmış ayaq profildən görünsə də, fiqur özü fas təsvir edilmişdir. Miklaşevskaya ehtimal edir ki, ikinci ayaq da oxşar şəkildə təsvir edilmişdi. Bu portret, İrəvainin dövrümüzə çatmış əsərləri arasında böyük formatlı kağızda çəkilmiş və yalnız qara boyadan istifadə edilmiş yeganə əsərdir.[7]. | ||
«Çareviç Aleksandrın həyat yoldaşı ilə portreti» | Azərbaycan Milli İncəsənət Muzeyi, Bakı | Əsərin təsvir edildiyi kağız 2 sm enində ornamental xəttlə çərçivələnib. Çərçivənin qara fonu üzərində İrəvaninin digər əsərlərində də rast gəlinən güllü motiv əks olunub.tumurcuqlar və yarmaqlardan ibarətdir. Naxış rənglərinə və formalarına görə müxtəlif olan çoxsağlı tumurcuqlar və yarpaqlardan ibarətdir. Güllərin göy, ağ, çəhrayı və qırmzı başlıqları növbələşir. Dəqiq təsvirlər və qara fon sayəsində ornament rəngli daşlardan hazırlanmış inkrustasiyaya oxşayır. Aşağı horizontal hissədə demək olar bütün uzunluq boyunca güllər yerinə medalyonlar göstərilmişdir. Medalyonun qara fonu üzərində rus dilində qeyd edilmişdir: "Çəkdi kollej assesoru Kadım bəy". Yazıdan solda, künc tərəfdə rəssamın imzası var: "Çəkdi Kadım bəy". Mərkəzdən kağızın qatlandığı hissədə rəngin qismən tökülməsini nəzərə almasaq, tempera ilə kağız üzərində işlənmiş əsərin saxlanma vəziyyəti yaxşıdır. Aşağı künc tərəfdə yazı olan hissədə kağızın kiçik bir parçası itirilsə də, bu, yazının tam oxunmasına mane olmur.[8]. | ||
«Gənc qadının portreti» | Kağız, sulu boya və tempera 35 × 28 |
Azərbaycan Milli İncəsənət Muzeyi, Bakı | Portret sifəti azacıq qəmgin ifadəli gənc qadını təsvir edir. Üz cizgiləri düzdür, geniş, bir-biri ilə birləşən qara qaşlar böyük, ifadəli qonur gözlərə diqqəti çəkir. Dalğalı telləri çiyinlərinə qədər tökülən tünd şabalıdı saçları düz cərgədə hamar daranıb. Qadın ağ mərmər divarın yanında, xalça üzərində oturan vəziyyətdə təsvir edilib. Baş geyimi tirmə şaldır, tamamlayıcı element kimi saça sancaqla qızılgül bənd edilib.[8] Qadının üzərində qara işləmələrlə haşiyələnmiş və böyük dairəvi yaxalığı olan nazik sarın kofta var. Böyük və kiçik buta naxışı İrəvaninin koftanın üstündə çəkdiyi tirmə cübbənin qırmızı fonunu bəzəyir. Həmçinin geniş göy yubkanın (tuman) bükükləri gözəldir. İpəkdən üz çəkilmiş, böyük mütəkkənin materialı rəssam tərəfindən yaxşı ifadə edilib.[8] Materialın narıncı rənginin ağ cizgi elementləri ilə ahəngi də gözəldir. Vərəqin bütün aşağı hissəsi xalça ilə doldurulub. Xalçanın göy fonunun bitki naxışlarında oxra, yaşıl və ağ rənglərin üstünlüyü diqqət çəkir. Xalça növünün müəyyən edilməsi xalça rəsminin qarışıq ifadə edilmiş xarakterinə görə çətindir. Hər hansı perspektivsiz, tamamilə vertikal şəkildə, İrəvaninin digər əsərləri kimi döşəmə boyu yayılan xalça təsviri verilib. Tətbiq edilən texnika əsaslı surətdə və əsas etibarilə miniatür texnikası ilə oxşarlıq təşkil edir.[8] Tempera və akvarellə işlənilən rəsm dövrümüzə yaxşı qorunmuş şəkildə gəlib çatıb.[9] | |
«Gənc oğlanın portreti» | Kağız, sulu boya 21 × 12 |
Azərbaycan Milli İncəsənət Muzeyi, Bakı | Qədd-qamətli cavan oğlan ornamentlərlə və göy gül-çiçəkli almazlarla zinətləndirilmiş rombabənzər şəbəkə ilə bəzədilmiş divarın fonunda təsvir edilmişdir.[9] Üfüqi zey üzrə yerləşən sarı-qəhvəyi rəngli zolaqda yazı var:
Gənc adamın üzünü uzunluğu çiyinə qədər olan qara saçlar ilə haşiyələnmişdir. Koppuş dodaqlarının dumanlı şəkili sifətə şıltaq ifadə verir. Bu gənc qısa qollu arxalıq geyinib. Geyimin ucunda bitki naxışla bəzədilmiş xətt var. Arxalıq açılmış şəkildədi və onun altında mavi "don" görünür. Tünd göy şalvar geyimə əlavə parlaqlıq verir. Gəncin başında qara materialdan hazırlanmış papaq (dirabi) var. İkirəngli punktur (mavi və qırmızımtıl qəhvəyi) işıq-kölgə effektinin verilməsi üçün istifadə edilib ki, bu da incə üzün təsvir edilməsinə kömək edir. Arxalığın tirmə təsviri ağ və mavi rəngdən istifadə ilə qırmızı fon üzərində kiçik buta təsvirləri ilə yaxşı həyata keçirilmişdir. Portret böyük diqqət və incəliklə sulu boya və temperadan istifadə edilməklə işlənmişdir. Əsər dövrümüzə yaxşı vəziyyətdə çatmışdır. [9]. | |
«Güzgülü triptix» | gips, tempera | Ermitaj, Sankt-Peterburq | Güzgü və miniatür 2.5 sm qalınlığında çərçivə ilə əhatələnmişdir. Çərçivənin taxtadan hazırlanmış daha geniş hissəsini üzləyən gips məhlulu üzərində sadə nəbati oramentlər çəkilmişdir. Güllərin başları çərçivənin daxili gips üzlüyünü əhatə edən oyma naxışlar içərisində toplanmışdır. Metal ilgəklər vintər vasitəiylə triptixin qanadları bir-birinə bərkidilmişdir. Taxta qapılar da gips məhlulu ilə rəsm üçün yararlı səth halına gətirilmişdir. Bu, rəng qatının kifayət qədər yaxşı saxlanma vəziyyətinin təmin olunmasına gətirib çıxarmışdır. Rənglər yalnız lövhələrin kənarlarında və aşağı hissəsində itirilmişdir. Gips məhlulu üzərində tempera ilə rəsm çəkilmiş və lakla üzlənmişdir. Lak köhnəldiyindən saralmışdır ki, bu da ağ fona sarıya çalan qəhvəyi ton verir. Yuxarı və aşağı qanadlarda çəkilmiş rəsmlər identikdir. Təsvirlərinə görə bir-birindən fərqlənən üç lent ornamental çərçivə əmələ gətirir və buketi əhatə edir. Fon, mavi rənglə boyamışdır. Stilizə edilmiş nəbati ornament bir tonda - gümüşü rənglə işlənmişdir. İkinci çərçivədəki ağ çiçəklər mərkəzi ağ hissə ilə harmoniya təşkil edir. Həmin çiçəklər zanbağı xatırladır.[10].
Bərabərölçülü ziqzaq formasında bir-birinə dolanmış budaqlardan ibarət mərkəzi saplaq üərindəki altı ləçəkli güllər bir-birindən oxşar ölçüdə yerləşdirilmişdir. Saplaq burada daha aydın təsvir edilmişdir. Yuxarı qanadın çərçivəsinin eni boyunca uzadılan və demək olar ki, onu tamamilə örtən dərin medalyonlar (kitabələr) mətnlərlə doldurulmuşdur. Sağ və sol tərəfdə iki medalyon, yuxarı və aşağı tərəfdə isə bir medalyon var. Aşağı medalyonda rəssamın adı, digər medalyonlarda isə fars dilində nəsx xətti ilə beytlər qeyd edilmişdir. [qeyd 2] İncə nəbati ornamentli liqatura isə fonu bəzəyir[10]. Sağ medalyonlardakı beytlər yaza, soldakılar isə ağaclara («Allahıın böyüklüyü»nün şahidləri). Birinci beytin müəllifi bilinməsə də, ikinci beyt XIV əsrin məşhur fars şairi Sədiyə məxsusdur[11]. | |
«Mah Tələtin portreti» | Gips məhlulu, tempera | Gürcüstan Dövlət İncəsənət Muzeyi, Tbilisi | Azərbaycan milli geyimində təsvir edilmiş qadın açıq pəncərə (şəbəkə) fonunda təsvir edilib. Pəncərədən mavi səma görünür. Qadın sol əlini bülinə qoyub, sağ əlini isə aşağı sallayıb. Şəbəkənin ortada yerləşən və qaldırıldığına görə qadının başı üzərində imiş kimi görünün orta hissəsi rəngarəng şüşələrlə bəzədilmişdir. Yan pəncərələr üzərində asılmış yaşıl pərdələr aşağıdan yığılaraq əsərin kənarlarına doğru çəkilmişdir. Döşəmə geniş haşiyəli xalça ilə döşənmişdir. Miklaşevskayanın sözlərinə görə, qadının demək olar ki, dairəvi olan üzü xəttləri az marqlı və ifadəsiz olsa da, sözsüz ki, portret uyğunluğunu ötürə bilir. Böyük dəstələrlə çiyinlərə düşən qara saçları qadının üzünü əhatə edir. Baş geyimi yüngül olmaqla güllərdən və zinətli daşlardan və mirvarilərdən hazırlanmış buta ilə bəzədilmiş diademadır. Xanımın istifadə etdiyiyi digər zinət əşyası isə sırğalara bərkidilmişş həmayıldır (buxaqlıq). Sağ əlin şəhadət barmağında böyük üzük var. Sarı qolçaqlı mavi koftanın geniş sinə kəsiyi sarı rəngli ikinci koftanı görməyə imkan verir. Qatlı yaşıl yubka (tuman) və kofta üzərindən isə xanım, dirsəklərə qədər qolları olan tirmə cübbə geyinmişdir. Tİrmənin tünd qırmızı səthi yanaşı düzülmüş butalarla bəzədilmişdir. Diqqətlə və incəliklə işlənmiş nəbati təsvirli lent portreti çərçivə kimi kənarlardan əhatələyir. Çərçivənin aşağı hissəsində yerləşən medalyonun göy səthi üzərində sarı boya ilə yazılır: «Çəkdi kollej asessoru Kadım bəy»[12]. | |
«Qızılgül və bülbül» | Azərbaycan Milli İncəsənət Muzeyi, Bakı | Əsərdə böyük qızılgül, tumurcuqlar və yaşıl yarpaqlar təsvir olunmuşdur. Birinci yarpaq üzərində punktirin olmaması diqqət cəlb edir. Əsərin digər hissələri isə bir və ya iki qat boya ilə işlənmişdir. Yalnız aşağı tərəfdə budağın yaşıllığı saxlanmışdır. Böyük qızılgülün aşağısında bir bülbül təsvir edilmişdir. Əsər yaxşı vəziyyətdə dövrümüzə çatmışdır.[12]. |
Mənbələr
redaktəQeydlər
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 Миклашевская, 1954. səh. 94
- ↑ Əliyev, 2015
- ↑ Искусство стран и народов мира, 1962. səh. 61
- ↑ 1 2 3 Миклашевская, 1954. səh. 90
- ↑ Миклашевская, 1954. səh. 92
- ↑ 1 2 3 Миклашевская, 1954. səh. 93
- ↑ Миклашевская, 1954. səh. 95
- ↑ 1 2 3 4 Миклашевская, 1954. səh. 96
- ↑ 1 2 3 4 Миклашевская, 1954. səh. 97
- ↑ 1 2 Миклашевская, 1954. səh. 98
- ↑ Миклашевская, 1954. səh. 99
- ↑ 1 2 Миклашевская, 1954. səh. 100
Ədəbiyyat
redaktə- Эривани / Под ред. Б. В. Иогансона. — Искусство стран и народов мира (краткая художественная энциклопедия): Советская энциклопедия, 1962. — С. 61.
- Миклашевская Н. М. Художники XIX в. Мирза Кадым Эривани и Мир Мохсун Навваб / Под ред. Полевого В. М.. — Искусство Азербайджана. — Баку, 1954. — Т. IV.
- Əliyev Z. Mirzə Qədim İrəvaninin yaradıcılığı Arxivləşdirilib 2015-05-27 at the Wayback Machine (азерб.) // Каспий : газета. — 2015.