Mirze Nagi Nasiri - Wikipedia
Mirzə Nağı Nasiri və ya Mirzə Nağı Ordubadi (ö. 1731) — Səfəvilər sülaləsinin son dövrlərində məmur kimi çalışmış şəxs. O, məşhur Ordubadi ailəsinə mənsubdur.[1]
Mirzə Nağı Nasiri | |
---|---|
Vəfat tarixi | 1731 |
Həyatı
redaktəMirzə Nağı uzun müddət şah şurasının (məcles-nevis və ya vaqāye'-nevis) katibi vəzifəsində çalışmışdır. O, önəmli risalənin nüəllifi olmuşdur. Bu traktat 1731-ci ildə II Şah Təhmasibin hakimiyyəti illərində tamamlanmışdır. Risalədə imperiyanın təşkili, orqanları, rütbələri və əməkhaqqı sistemi barədə məlumatlar əks etdirilmişdir. Müasir dövrdə bu kitabın əlyazması Hacı Hüseyn ağa Naxçıvani adlı şəxsin əlində idi. Orijinal adı naməlum olan əsərə məzmununa görə "Alqāb va Mavājeb-e Dowreh-ye Salātin-e Safaviyeh" adı verilmişdir. Hacı Hüseyn ağa sonradan bu əlyazmanı Təbriz ktabxanasına hədiyyə etmişdir.
Risalə bu motivdə olan üçüncü risalədir. Risalə bu mövzunu araşdıran elm adamları üçün əsas mənbələrdən biri hesab edilir. Bu mövzulu digər əsərlər isə "Dəstur əl-Mülk" və "Təzkirət-əl Mülk"dür.[2]
Ailəsi
redaktəMirzə Nağı məşhur Azərbaycan ailələrindən biri olan Ordubadi ailəsinə mənsubdur. Ailənin Nəsrəddin Tusinin nəslindən gəlməsi iddia olunur. Ailənin birinci məşhur üzvü Bəhram xan Ordubadi I Şah İsmayıl dövründə Ordubadın kələntəri olmuşdur. Onun oğlu Hatəm bəy Ordubadi I Şah Abbasıb baş vəziri olmuşdur. Onun oğlu Mirzə Talıb xan Ordubadi isə I Şah Səfinin baş vəziri kimi çalışmışdır. Ailənin bir başqa üzvü Mirzə Əbülhüseyn bəy Ordubadi I Şah Səfinin hakimiyyətinin ilk illərində xəzinədar kimi çalışmışdır.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Willem M. Floor. Titles and Emoluments in Safavid Iran: A Third Manual of Safavid Administration. Washington DC: Mage Publishers. 2008. səh. 5. ISBN 978-1933823232.
- ↑ M. Ismail. DASTUR AL-MOLUK. Encyclopaedia Iranica. 2005.