Mirze Cavad Xan Sededdovle - Wikipedia
Mirzə Cavad xan Hacı Mirzə Cəbbar oğlu Sədəddövlə (1856–1930) — Cənubi Azərbaycanın tanınmış şəxslərindən, ictimai-siyasi xadim. 1893-1896-cı illərdə İranın Belçikada səfiri, 1909-cu ildə 2 ay müddətində İranın baş naziri olmuşdur.
Mirzə Cavad xan Sədəddövlə | |
---|---|
Mirzə Cavad xan Hacı Mirzə Cəbbar oğlu Sədəddövlə | |
İranın 29-cu baş naziri | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Xoy, Cənubi Azərbaycan |
Vəfat tarixi | |
Vəfat yeri | |
Fəaliyyəti | siyasətçi |
Həyatı
redaktəMirzə Cavad xan Hacı Mirzə Cəbbar oğlu Sədəddövlə Xoy şəhərində anadan olmuşdu. Atası təzkirəçi idi. Babası isə Səfərəli Xoyi Cənubi Azərbaycanın tanınmış ziyalılarından idi.
Mirzə Cavad xan Teleqraf idarəsində və qəzet redaksiyasında çalışmışdı. Bir müddət də Təbriz şəhərində "Müzəffəriyyə" mədrəsəsində işləmişdi. Əliqulu xan Müxbirəddövlə Azərbaycana gələndən sonra onun yanına işə düzəlmişdi. Müxbirəddövlə onu teleqrafa rəis təyin etmişdi.
Mirzə Cavad xan sonra Xarici İşlər nazirliyinə daxil olmuşdu. Tehran şəhərində çalışarkən yaxşı əlaqələr qurmuşdu. Müzəffərəddin şah Qacarın hakimiyyətinin ilk illərində səfir göndərilmişdi.
O, Müzəffərəddin şah Qacarı Fransa səfərində müşayiət etmişdi. Əbdülməcid mirzə Eynəddövlənin baş nazirliyi dönəmində Tehrana dönmüş, hökumətdə vəzifə tutmuşdu. Ticarət naziri təyin olunmuşdu.
Mənbə
redaktə- Ənvər Çingizoğlu, Məşrutə ensiklopediyası, Bakı, 2011. 624 səh.
İstinadlar
redaktəHəmçinin bax
redaktəXarici keçidlər
redaktə- http://aftab.kateban.com/entry641.html Arxivləşdirilib 2011-12-09 at the Wayback Machine