Mirze Isa Xeyali - Wikipedia
Mirzə İsa Xəyali (30 oktyabr 1850, Ərdəbil, Qacar dövləti — 12 iyul 1917, Lənkəran, Rusiya İmperiyası) — XIX əsr Azərbaycan şairi.[1]
Mirzə İsa Xəyali | |
---|---|
Təxəllüsü | Xəyali |
Doğum tarixi | |
Doğum yeri | Ərdəbil, Qacar dövləti |
Vəfat tarixi | (66 yaşında) |
Vəfat yeri | Lənkəran, Rusiya İmperiyası |
Dəfn yeri | Lənkəran |
Vətəndaşlığı |
Qacar dövləti Rusiya İmperiyası |
Milliyyəti | Azərbaycan türkü |
Təhsili | Xarkov Milli Universiteti |
Fəaliyyəti | şair, yazıçı |
Üzvlüyü | |
Mirzə İsa Xəyali Vikimənbədə |
Həyatı
redaktəMirzə İsa Hacı Məhəmmədrəhim oğlu 30 oktyabr 1850-ci ildə Ərdəbildə doğulmuşdur. İlk təhsilini Ərdəbil mədrəsəsində almış, daha sonra 1868-ci ildə ali təhsil almaq məqsədi ilə Rusiya İmperiyasının Xarkov şəhərinə köçmüş və buradakı Xarkov Milli Universitetində təhsilini davam etdirmişdir. Bir müddət burada yaşamış 1891-ci ildə Lənkərana köçmüşdür. Burada müəllimlik və ticarətlə məşğul olmuşdur. O, 1917-ci ilin 12 iyulunda Lənkəranda vəfat etmişdir,
Xəyali "Fövcül-füsəha " ədəbi məclisinin fəal üzvlərindən idi. Onun bədii irsindən bir neçə qəzəl və digər şeirləri qalmışdır.
Təzkirəsi
redaktəXIX əsr Azərbaycan ədəbiyyatının ilk mənbələrindən bəhs edərkən Mirzə İsa Xəyalinin (1850–1917) "Təzkireyi — Ziyai" əsəri haqqında danışmamaq mümkün deyil. Onun təzkirəsində Ərdəbil və Təbriz şairlərindən Molla Qulaməli Həsrət, Mirzə Əsəd Şəms Ərdəbili, Molla Məhəmməd Mücrim, Mirzə Abdulla Sağəri və başqalarının həyat və yaradıcılığı toplanıb. Burada Cənubi Azərbaycan şairləri ilə birlikdə, S. Ə. Şirvani, M. Ə. Növrəs, M. R. Fəna, F. Kəminə kimi Şimali Azərbaycanda yaşayan sənətkarların bədii irsinə də ayrıca diqqət yetirilib. Bunu da qeyd edək ki, Mirzə İsa Xəyalinin bu təzkirəsi çap olunmayıb. Ona görə də indiyə kimi tədqiqatdan kənarda qalıb.
Yaradıcılığı
redaktəİstinadlar
redaktə- ↑ Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13.
Həmçinin bax
redaktə Ədəbiyyat haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |