Mircan Tebrizi - Wikipedia
Mircan_Təbrizi - Haqqında Məlumat
Mircan Təbrizi — Azərbaycan da doğulmuş məşhur sufi, övliya Kubrəviyyə şeyxi.
Mircan Təbrizi | |
---|---|
Mircan əş-Şafi’i Təbrizi | |
Doğum yeri | Təbriz |
Vəfat tarixi | |
Fəaliyyəti | alim |
Həyatı
redaktəŞafi’i məzhəbinə mənsub fəqih idi. Şah İsmayıl Xətainin Təbrizi ələ keçirməsindən sonra təzyiq və təqibə məruz qaldığı üçün vətəni tərk edib Suriyaya, Hələb şəhərinə getmişdi. Hələbdə yaşamış və burada tədrislə məşğul olmuşdu. H. 934-cü ilin şaban ayında (may 1528) isə Dəməşqə köçmüş və tədris fəaliyyətini burada davam etdirmişdi. Mircan Təbrizi Kubrəviyyə təriqətinə mənsub sufi idi. H. 935-ci ilin məhərrəm ayında (sentyabr 1528) Dəməşqi tərk edərək Azərbaycana getmiş və h. 936-cı ildə (1529) vəfat etmişdi .[1]
İstinadlar
redaktə- ↑ "Orta əsrlərdə yaşamış azərbaycanli alimlər". 2021-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-29.