Mir Hidayet Hesari - Wikipedia
Mir Hidayət Hesari (1930, Culfa, Şərqi Azərbaycan ostanı – Tehran) — İranda tanınmış azərbaycanlı alim.
Mir Hidayət Hesari | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Culfa |
Vəfat tarixi | ? |
Vəfat yeri | Tehran |
Həyatı
redaktəMir Hidayət Hesari 1930-cu ildə Güney Azərbaycanın Culfa şəhərində doğulub.
Mir Hidayət Hesari fevralın 10-da vəfat edib. O, uzun sürən xəstəlikdən sonra Tehranda vəfat edib[1].
Fəaliyyəti
redaktəMir Hidayət Hesari İranda məşhur azərbaycanlı cərrah və alim doktor Cavad Heyətin baş redaktorluğu ilə Azərbaycan və fars dillərində buraxılan “Varlıq” jurnalının əməkdaşlarından olmuş Mir Hidayət Hesari Azərbaycan və fars dillərində onlarla əsərin müəllifidir.
İranda Azərbaycan dili, ədəbiyyatı və folklorunun tanınmasında böyük əməyi olan alim Azərbaycan və fars dillərində çıxan “Aşıqlar məclisi”, “Mənzum türkcə “Şahnamə”, “Azərbaycan folkloru” (3 cilddə), “Günəşsiz günlər” (şeir divanı), “Azərbaycan nağılları və onların Avropa xalqlarının ədəbiyyatındakı oxşarları”, “Türkcə qədim tibb kitabları”, “Füzulinin biblioqrafiyası”, “Füzulinin məmduhları”, “İranda türkcə əlyazma kitablar”, “Türk qadınları tarixdə”, “Azərbaycan dilində atalar sözləri”, “Azərbaycan dilində tapmacalar”, “Azərbaycan dilində deyimlər”, “Dədə Qorqud Kitabını incələyək”, “Fars dilində türk sözləri”, “Kiçik hekayələr toplusu” və başqa kitabların müəllifidir.
Həmçinin bax
redaktə[[Azərbaycan şair və yazıçılarının siyahısı ]]
İstinadlar
redaktə- ↑ "İranda tanınmış azərbaycanlı alim vəfat edib". 2013-06-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-09-16.