Mikayil Xidirzade - Wikipedia
Mikayıl Ellaz oğlu Xıdırzadə (1911, Miskinli, Yelizavetpol qəzası – 1944, Vitebsk vilayəti) — Azərbaycanlı riyaziyyatçı alim, Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin ilk azərbaycanlı dekanı[2] [3].
Mikayıl Xıdırzadə | |
---|---|
Doğum tarixi | 1911 |
Doğum yeri | |
Vəfat tarixi | 1944 |
Vəfat yeri | |
Vəfat səbəbi | müharibə |
Dəfn yeri | |
Təhsili | |
Tanınmış yetirmələri | Qoşqar Əhmədov, Əmir Həbibzadə, H. Ağayev, M. Kərimov, K.Kərimov və,s [1] |
Həyatı
redaktəMikayıl Xıdırzadə 1911-ci ildə Gədəbəyin Miskinli kəndində anadan olub.[4][5][3][6][7][8][9]
Elmi fəaliyyəti
redaktəGədəbəyin Miskinli Kənd 1-saylı tam orta məktəbində orta təhsilini başa vurduqdan sonra Azərbaycan Politexnik İnstitutuna daxil olmuşdur.[1]1932-ci ildə Azərbaycan hökumətinin Təhsil haqqında qərarına əsasən, təhsilini davam etdirmək üçün Azərbaycandakı ali məktəblərdən Moskva Dövlət Universitetinə müsabiqə yolu ilə göndəriləcək tələbələr seçilmiş və onların arasında Azərbaycan Politexnik İnstitutu Mexanika fakültəsinin 2-ci kursunu əla qiymətlərlə yekunlaşdıran Mikayıl Xıdırzadə də olmuşdur. O, 16 tələbə arasında seçim imtahanlarından müvəffəqiyyətlə çıxan və Moskva Dövlət Universitetinin Mexanika – riyaziyyat fakültəsinə qəbul edilmiş iki tələbədən biri olmuşdur.[4]. O, Sovet dövründə Moskva Dövlət Universitetinə daxil olmuş ilk azərbaycanlı olub[2][3]. Burda oxuduğu zaman müəllimləri onu Mixayıl Lomonosova bənzədir və Mikayıl müəllimə "Mixayıl" deyə səslənirlər[7]. 1937-ci ildə ali təhsilini bitirdikdən sonra Mikayıl Xıdırzadə Bakıya dönmək istəyir, lakin müəllimləri ona icazə vermir[5]. Mikayıl Xıdırzadə daha sonra Azərbaycana qayıdır[8], 1937-ci ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində müəllim, 1938-ci ildən isə dekan kimi çalışıb[6]. Mikayıl Xıdırzadə fakültənin ilk Azərbaycanlı dekanı olub.[9]
Hərbi xidməti
redaktə1936-cı ildən başlayan, SSRİ-də baş verən Böyük təmizləmə zamanı Mikayıl Xıdırzadənin adını represiya siyahısına əlavə edirlər[4]. 1941-ci ildə Böyük Vətən Müharibəsi başlayarkən səfərbərliyə cəlb olunmamaq hüququna malik olmasına baxmayaraq, Mikayıl Xıdırzadə könüllü olaraq ordu sıralarına yazılıb və cəbhəyə yollanıb[8]. Topçu bölüyünün komandiri olub[7]. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə, "Qırmızı Ulduz" ordeni və müxtəlif medallarla təltif edilmişdir. Onun "Qırmızı Ulduz" ordeni ilə təltif olunması haqqında olan 12 mart 1943-cü il 16 / 11 saylı əmrdə deyilir : " SSRİ Ali Sovetinin qərarı ilə döyüş tapşırıqlarını nümunəvi və igidliklə yerinə yetirdiyinə görə M. E. Xıdırzadə "Qırmızı ulduz" ordeni ilə təltif edilsin "[1] . M. Lomonosov adına Moskva Dövlət Universitetinin – müəllimləri və rəhbərliyi Mikayıl Xıdırzadənin döyüşlərdə olduğunu öyrənirlər[7]. Və onun arxasınca heyət göndərirlər ki, Mikayıl müəllimi gətirsinlər[8], lakin Mikayıl Xıdırzadə 1944-cü ildə Belarusiyanın Vitebsk vilayətinin Lioznen rayonu Zazıbı kəndinin müdafiəsi zamanı hərbi tapşırığı yerinə yetirərkən həlak olmuş və Zazıbı kəndi yaxınlığında dəfn olunmuşdur.[6][1]
Belarusiya, Vitebsk vilayətinin, Zazıbı kəndi yaxınlığında dəfn olunmuşdur. Dəfn olunanların siyahısında 4420 № — li qəbir Mikayıl Xıdırzadəyə məxsusdur.[1]
İrsi
redaktəOğlu Zaur Xıdırzadə xatirəsini əbədiləşdirmək üçün Miskinli kənd qəbiristanlığında Mikayıl Xıdırzadənin atasının və qardaşlarının yanında məzar daşını qoydurur.[4]
29 sentyabr 2012-ci ildə Gədəbəy rayon Mədəniyyət evində 100-illik yubleyinə həsr edilmiş tədbir keçirilmişdir.[2][10]
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısının 31 iyul 2014-cü il tarixli, 205 — nömrəli Sərancamı ilə Gədəbəy şəhərində küçlərin birinə Mikayıl Xıdırzadənin adı verilmişdir[3].
Mükafatları
redaktəÖlümdən sonra Sovet İttifaqı Ali Sovetinin Rəyasət heyətinin qərarı ilə 26 fevral 1946 və 15 avqust 1947-ci illərdə orden ilə təltif edilmişdir.[4][5][3][6][7][8][9]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 "Arxivlənmiş surət". 2021-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-09.
- ↑ 1 2 3 "Arxivlənmiş surət". 2021-07-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-19.
- ↑ 1 2 3 4 5 https://pressklub.az/?p=93266[ölü keçid]
- ↑ 1 2 3 4 5 "Arxivlənmiş surət". 2021-07-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-19.
- ↑ 1 2 3 "Arxivlənmiş surət". 2021-07-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-19.
- ↑ 1 2 3 4 "Arxivlənmiş surət". 2021-07-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-19.
- ↑ 1 2 3 4 5 "Arxivlənmiş surət". 2021-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-19.
- ↑ 1 2 3 4 5 "Arxivlənmiş surət". 2021-07-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-19.
- ↑ 1 2 3 "Arxivlənmiş surət". 2021-07-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-19.
- ↑ "Gədəbəydə riyaziyyatçı alimin yubileyi qeyd edilib". 2012-10-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-09-12.