Mihrimah Sultan Iii Muradin Qizi - Wikipedia
Mihrimah Sultan (d. 1579 - ö. ?) — Osmanlı sultanı III Muradın qızı.
Mihrimah Sultan | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | 1625-cı ildən sonra |
Atası | III Murad |
Anası | Safiyə Sultan |
Həyat yoldaşları |
Miraxur Əhməd Paşa Çərkəz Mehmed Əli Paşa |
Ailəsi | Osmanlı xanədanı |
Həyatı
redaktəMihrimah Sultan 1579-cu ildə Topqapı sarayında doğulmuşdur. Anası Safiyə Sultan olsa da, bəzi mənbələrdə yalnışlıqla Şəmsiruhsar Xatun olaraq göstərilir. Adını atasının yenicə vəfat etmiş bibisi Mihrimah Sultandan aldığı bilinir. Hələ 16 yaşında ikən atası vəfat etmiş, qardaşı III Mehmed taxta çıxmışdır. Qardaşının səltənətində evli olub-olmadığı məlum deyil. İlk evliliyinin 21 fevral 1613-cü ildə Miraxur Əhməd Paşayla baş tutduğu bilinsə də, bəzi mənbələrdə Əhməd Paşayla 1599-cu ildə artıq evli olduğu qeyd edilir.
Paşanın 1618-ci ildə vəfat etməsiylə, Mihrimah Sultan elə həmin il Çərkəz Mehmed Paşayla evləndirildi. Ancaq əri nigahdan dərhal sonra Şam bəylərbəyliyi ilə paytaxtdan uzaqlaşdırıldı. 1621-ci ildə Mehmed Paşa qübbə vəzirliyi ilə paytaxta çağırıldı və IV Murad dönəmində sədarətə gətirildi. 9 aylıq sədarətin ardından Tokat ordugahında anidən vəfat etdi və Mihrimah Sultan ikinci dəfə dul qaldı.
Hər iki evliliyindən övladının olub-olmadığı bilinmir. Cənazəsi Aya Sofiyadakı Sultan Murad türbəsinə - atasının yanına dəfn edildi.
Mənbə
redaktə- Sakaoğlu, 2008, p. 218.
- Tezcan, Baki (2001). Searching For Osman: A Reassessment Of The Deposition Of Ottoman Sultan Osman II (1618-1622). pp. 328 n. 18.
- Mandel, 1992, p. 214.