Mihara Dagi - Wikipedia
Mihara dağı (三原山, Mihara-yama?) – Yaponiyanın İzuoşima adasının mərkəzində yerləşən aktiv vulkan.
Mihara dağı | |
---|---|
Mihara-yama (三原山?) | |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 764 m |
Yerləşməsi | |
34°43′28″ şm. e. 139°23′41″ ş. u.HGYO | |
Ölkə | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
1986-ci ildə baş verən püskürmə zamanı lava sütunları 1,6 kilometr yüksəkliyə qədər çatmış, lava çayları və lava gölləri əmələ gəlmişdir.[1] Vulkan sakitləşənə qədər adanın 12.000 nəfərlik əhalisi başqa yerlərə köçürülmüşdür.[1]
İntiharlar
redaktəMihara dağı Yaponiyadakı populyar intihar bölgələrindən biri kimi tanınır.[1] 1920-ci illərdə vulkan konusundakı bir nöqtənin kraterə tullanmaq və intihar etmək üçün əlverişli olduğu üzə çıxmışdır.[1] Tezliklə həmin nöqtə "İntihar nöqtəsi" kimi tanınmağa başlamışdır.[1] 1933-cü ildə 944 nəfər Mihara dağının kraterində intihar etmişdir.[1] Növbəti iki il ərzində 350 nəfər ziyarətçi intihar edən şəxsləri seyr etmək üçün vulkana səyahət etmişdir.[1]
Yaponiya hökuməti intiharların qarşısını almaq üçün İntihar nöqtəsinin ətrafına çəpər tikdirmiş və adaya təktərəfli bilet almağı qadağan etmişdir.[1]
Populyar mədəniyyətdə
redaktə1984-cü ildə çəkilmiş "Qodzillanın qayıdışı" filmində Yaponiya hökuməti Qodzillanı Mihara dağında həbs etməyə qərar verir.[1] 1989-cu il istehsalı "Qodzilla Biollanteyə qarşı" filmində Qodzilla Mihara dağındakı qaynar qəfəsindən qurtulmağı bacarır.[1]
Koci Suzuki tərəfindən yazılmış "Halqa" romanının və film adaptasiyasının personajı Şizuko Yamamura intihar etmək üçün Mihara dağının kraterinə tullanır.[1]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 "Mount Mihara". Atlas Obscura (ingiliscə). 28 may 2013. (#archive_missing_date) tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 sentyabr 2022.
Xarici keçidlər
redaktə- "İzuoşima: Yaponiyadakı aktiv vulkanların milli katoloqu" (PDF). - Yaponiya Meteorologiya Agentliyi