Metexi Korpusu - Wikipedia
Metexi körpüsü (gürc. მეტეხის ხიდი) – Tbilisi şəhərində Kür çayı üzərində yerləşən və Qədim Tbilisi və Metexi rayonlarını birləşdirən körpüdür. Körpü şəhərin ən qədim keçididir.
Metexi körpüsü | |
---|---|
gürc. მეტეხის ხიდი | |
41°41′25″ şm. e. 44°48′36″ ş. u.HGYO | |
Keçid | piyadalar üçün |
Üslubu | Tağ körpü |
Material | dəmir, beton |
Memar | Serqo Demçineli |
Açılışı | 1951 |
Vikianbarda əlaqəli mediafayllar |
Yerləşməsi
redaktəKörpü Vaxtanq Qorqasalı və Avropa meydanlarını birləşdirir. Körpü yaxınlığında Metexi kilsəsi, Rike parkı və çar Vaxtanq Qorqasalı heykəli yerləşir. Axın boyunca yuxarıda Sülh körpüsü, aşağıda isə 300 araqvinli körpüsü (Ortaçal SES-in bəndi üzərində) yerləşir.
Tarixi
redaktəBelə hesab edilir ki Metexi dərəsi üzərindən keçid, şəhərin salınması dövründən mövcud olmuşdur. Tbilisi haqqında məlumat verən bir çox mənbələrdə körpü qeyd edilir həmçinin şəhərin Vaxtuşi Baqrationi tərəfindən 1735-ci ildə tərtib edilmiş ilk planında da körpü göstərilmişdir.[1]
Bu ərazidə yerləşən körpü, uzun əsrlər boyunca şəhərin iki hissəsini birləşdirən yeganə keçid olmuşdur. Strateji əhəmiyyət daşıdığına görə, körpü dəfələrlə həm şəhər uğrunda döyüşlər zamanı yadelli işğalçılar, həm də şəhəri müdafiə etməyə çalışan yerli əhali tərəfindən dağıdılmışdır. Çar Baqratın rəhbərliyi ilə ərəblərin şəhərdən qovulması, Cəlaləddin Mənguberdinin və 1795-ci ildə Ağaməhəmməd şah Qacarın yürüşləri zamanı körpü tamamilə dağıdılmışdır. Körpünün taxtadan inşa edilməsi də bununla əlaqəli idi. Belə ki, lazım olduğu halda taxta körpünü asanlıqla dağıtmaq və ya sökmək, sonra isə yenidən bərpa etmək mümkün idi. Taxta Metexi körpüsü tərəfləri iki qaya üzərində dayanan bir aşırmlı körpü idi.
Körpünün ətrafındakı ərazilərdə ticarət sıraları və anbarlar, həmçinin dini tikililər – Konstantin və Yelenanın həyətində Ağtala yepiskoplarının kilsəsi və Şah Abbas məscidi (1522-ci ildə Tbilisinin Səfəvi şahı I İsmayıl tərəfindən ələ keçirilməsindən sonra əsası qoyulmuşdur) inşa edilmişdir. 1797-ci ildə növbəti dəfə bərpa edilən körpü 1805-ci ildə sökülür. Həmin ildəcə keçidin bərpa edilməsi üçün Metexi təpəsində iki körpü inşa edilir – Metexi və Avlabari körpüləri (həmçinin Yuxarı və Aşağı Meydan körpüsü adları istifadə edilirdi[2]).
1821-ci ildə Avlabari körpüsü mühəndis Moris Destremin layihəsi əsasında yenidən inşa edilir. 27.7 metr uzunluğa malik olan bir aşırımlı taxta körpünün tərəfləri daş təməl üzərində dayanırdı.[3] 1870-ci ildə Metexi və Avlabari körpüləri müvafiq olaraq Ordiş və Zazemanın layihələri əsasında dəmirdən yenidən qurulur.
1951-ci ildə iki körpünün yerinə yeni dəmir-beton konstruksiyalı bir körpü inşa edilir. Mühəndis Q. Çomaxidze və memar S. Demçinellinin layihəsi əsasında inşa edilmiş Metexi körpüsünə monumentallıq verilməsi üçün onun hər iki tərəfində bir cüt obelisk ucaldılır. Yeni körpünün inşası zamanı ətraf ərazilərdəki bir neçə tarixi-memarlıq abidəsi, o cümlədən Zubalaşvili karvansarası və Şah Abbas məscidi dağıdılır. Son dövrlərdə şəhər hakimiyyəti körpü ətrafındakı ərazinnin XX əsrin I yarısındakı tarixi simasının bərpa olunması təşəbbüsü ilə çıxış edir.
2010-cu ildə körpü yaxınlığında, Kürün sol sahilində Rike parkı salınmışdır.
Konstruksiya
redaktəKörpü, iki tağvari aşırıma malikdir. Sahil boyunca keçidin yalnız çayın sol tərəfində mümkün olmasına görə, körpü qeyri-simmetrikdir: çayın üstü 43 metrlik aşırım ilə örtülüb, sol sahildə isə 25.6 metrlik ötürücü tağ inşa edilib.[4]
Körpü, avtomobil nəqliyyatı və piyadaların hərəkəri üçün nəzərdə tutulub. Avtomobil nəqliyyatı üçün nəzərdə tutulmuş hissə altı xəttlidir. Piyada keçidi hissələrini əhatə edən çəpərlər çuqundan tökmə yolu ilə hazırlanıb və büton təməl üzərində yerləşdirilib.
İstinadlar
redaktə- ↑ "План царевича Вахушти". 2018-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-29.
- ↑ Москвич, Г. Г. Иллюстрированный практический путеводитель по Кавказу. Одесса. 1896. 360. 2018-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-29.
- ↑ Николаи, Л. Ф. Краткие исторические данные о развитии мостового дела в России. СПб. 1898. 64, 65. 2019-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-29.
- ↑ Архитектурный ансамбль мостов Тбилиси, 1975
Xarici keçidlər
redaktə- Мост Метехи //Парламентская библиотека Грузии (gürc.)