Mehmed Ebduleziz Efendi - Wikipedia
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Mehmed Əbdüləziz Əfəndi (26 sentyabr 1901, İstanbul – 19 yanvar 1977, Nitsa) — Osmanlı sülaləsinin beşinci rəisi, Osmanlı şahzadəsi.
Mehmed Əbdüləziz Əfəndi | |
---|---|
محمد عبد العزيز أفندي | |
19 may 1973 – 19 yanvar 1977 | |
Əvvəlki | Osman Fuad Əfəndi |
Sonrakı | Əli Vasib Əfəndi |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Dolmabağça sarayı, İstanbul, Osmanlı imperiyası |
Vəfat tarixi | (75 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Atası | Mehmed Seyfəddin Əfəndi |
Anası | Nəşə-fələk xanım |
Həyat yoldaşı | Bərkəmal xanım |
Uşağı | Xürrəm Sultan |
Ailəsi | Osmanlı xanədanı |
Dini | Sünni, İslam |
Həyatı
redaktəŞahzadə Mehmed Əbdüləziz Əfəndi 1901-ci ildə Dolmabağça sarayında dünyaya gəlmişdir. Atası Sultan Əbdüləzizin kiçik oğlu Mehmed Seyfəddin Əfəndi, anası isə onun ilk xanımı olan Nəşə-fələk xanım idi. 23 yaşında bütün ailəsi ilə birlikdə ölkədən sürgün edildi və əvvəlcə Nitsaya, ardından Qahirəyə köçdü. Nitsada ikən 21 fevral 1929-cu ildə Bərkəmal xanımla (d. 16 mart 1911 — ö. 13 yanvar 1962) evləndi və yeganə qızı olan Xürrəm Sultan (d. 31 dekabr 1939 — ö. 5 mart 1999) dünyaya gəldi. 1953-cü ildə isə ailəsiylə birlikdə yenidən Nitsaya qayıtdı və ölümünədək burada qaldı. 19 may 1973-cü ildə Osman Fuad Əfəndinin vəfatı ilə Osmanlı sülaləsinin rəisi elan olundu. 1977-ci ildə isə 76 yaşında ikən Nitsada vəfat etdi və burada dəfn olundu.