Mehdi Bagirov Hekim Cerrah - Wikipedia
Mehdi_Bağırov_(həkim-cərrah) - Haqqında Məlumat
Mehdi Bağırov Abbas oğlu (20 dekabr 1915, Naxçıvan – 27 mart 2004, Naxçıvan) — həkim-cərrah. Səhiyyə əlaçısı, SSRİ xalq həkimi və Azərbaycan SSRİ əmakdar həkimi olmuşdur.
Mehdi Bağırov | |
---|---|
Mehdi Bağırov Abbas oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Naxçıvan, Naxçıvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | (88 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı |
Rusiya imperiyası→ AXC→ SSRİ→ Azərbaycan |
İş yeri | |
Təhsili | Azərbaycan Dövlət Tibb İnstitutu |
Mükafatları |
|
Tibbi fəaliyyəti
redaktə- 1941-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki Tibb Universiteti) müalicə profilaktika fakültəsini bitirmiş;
- 1941–1945-ci illərdə Böyük Vətən müharibəsində Kiyev hərbi dairəsində xidmət etmiş, Berlinədək döyüş yolu keçmiş, minlərlə döyüşçünü həyata və cəbhəyə qaytarmış;
- 1946-cı ildə ordudan tərxis olunduqdan sonra Naxçıvanda cərrah işləmiş, muxtar respublikada cərrahiyyənin bünövrəsini qoymuşdur. Moskvada həkimləri Təkmilləşdirmə İnstitunun urologiya kafedrasında elmi axtarışlar apararaq, Naxçıvan MSSR-də böyrək daşı xəstəlikləri və onların müalicəsi mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş;
- 1946–1966-cı illərdə, eyni zamanda, Naxçıvan Tibb Məktəbində cərrahiyyədən dərs demiş;
- 1959-cu ildə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin baş cərrahı vəzifəsində işləmiş;
- 1959-cu ildə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir.[1]
Mükafatları
redaktəXalq arasında böyük nüfuzu olan Mehdi Bağırov hələ 1959-cu ildə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilərək, müxtəlif orden və medallarla təltif edilmişdir. Lenin ordeni, Qırmızı ulduz, Xalqlar dostluğu və s. ordenlərlə təltif edilmişdir.[2]
İstinadlar
redaktə- ↑ NE, I cild,, 2005. səh. 75-76
- ↑ "Nehrəm kəndi". 2023-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-05.