Marzili - Wikipedia
Marzılı (əvvəlki adı: Marzıgi) — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 11 iyun 2002-ci il tarixli, 341-IIQ saylı Qərarı ilə Yevlax rayonunun Havarlı kənd inzibati ərazi dairəsi tərkibindəki Marzıgi kəndi Marzılı kəndi adlandırılmışdır.[1] Kənddə 4 illik ibtidai məktəb fəaliyyət göstərir.
Marzılı | |
---|---|
40°42′34″ şm. e. 47°08′01″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Tarixi
redaktəMarziki - Yevlax rayonunun Havarlı inzibati ərazi vahidində kənddir. Düzənlikdə yerləşir. Yerli dialektdə Marzığı kimi tələffüz olunur. Bəzi tədqiqatçılara görə, oykonim fars dilindəki mərzək (bataqlıq) sözündən və -ı şəkilçisindən ibarət olub, “bataqlıq” mənasındadır. Kənd X əsrin əvvəllərində Şəki-Zaqatala zonasında yaşayan bir qrup qaraqoyunlu ailəsinin Marziki adlı köhnə kənd yerində məskunlaşması nəticəsində yaranmışdır. 2002-ci ildən kəndin adı Marzılı kimi rəsmiləşdirilmişdir.[2]
İstinadlar
redaktə- ↑ "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 11 iyun 2002-ci il tarixli, 341-IIQ saylı Qərarı". 2022-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-21.
- ↑ Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. II cild. Bakı, “Şərq-Qərb”, 2007, 304 səh.
Yevlax rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |