Marta Cumalo - Wikipedia
Marta Stepanovna Çumalo (ukr. Марта Чумало) — Ukraynalı feminist, hüquq müdafiəçisi, gender eksperti və psixoloq. Qadın Perspektivləri təşkilatının həmtəsisçisi və sədr müavini. Olof Palme mükafatı laureatı (2023).
Marta Çumalo | |
---|---|
Vətəndaşlığı |
SSRİ Ukrayna |
Təhsili | |
Fəaliyyəti | gender studies scholar, psixoloq, feminist[d] |
Mükafatları | Olof Palme Mükafatı |
Həyatı
redaktəMarta Çumalo 1993-cü ildə fizika ixtisası üzrə İvan Franko adına Lvov Milli Universitetini bitirib. Ardınca o, Regionlararası Personal İdarəetmə Akademiyasında psixoloq, ali təhsil müəssisələrində psixologiya müəllimi ixtisası üzrə təhsil alıb (2013).[1]
Tələbə olarkən Marta müəllimi tərəfindən cinsiyyətçilik və cinsi təcavüz halları ilə üzləşib. Daha sonra o, nəqliyyat şirkətində işləyərkən əmək bazarında qadınlar arasında bərabərsizlik olduğu qənaətinə gəlib. 1996-cı ildə o, kiçik biznesin inkişafı üzrə qadınlar üçün təlimçilər hazırlamaq üçün Britaniya-Ukrayna layihəsində təlimi tamamlayıb. Təhsil aldığı müddətdə özü ilə həmfikir qadınlarla tanış olub, onlarla birlikdə İrina Vilde adına Qərbi Ukrayna Regional Qadın Resursları və İnformasiya və Sosial-İqtisadi Uyğunlaşma Mərkəzini yaradıb.[2]
1998-ci ildə Lvovda digər qadınlarla birlikdə 20 ildən çox çalışdığı “Qadınların Perspektivləri” ictimai təşkilatını təsis edib. Təşkilatda Marta Çumalo sədr müavini vəzifəsini tutur və layihə rəhbəridir.[2] "Qadınların Perspektivləri" təşkilatı təsis edildiyi gündən o, məişət zorakılığı və insan alveri ilə mübarizə məsələləri üzərində işləyir. O, feminizm tərəfdarıdır və Ukraynada gender bərabərliyinin yaradılmasını dəstəkləyir.[3]
Marta Çumalo 2017-ci ildən o, Ukrayna qadınlarının hüquqlarının təmin edilməsi üzrə Avropa Qadın Lobbisinin (ing. European Women's Lobb) köşə yazarıdır. Marta Çumalo Ukrayna CBT Terapevtləri Assosiasiyasının və Ayrı-seçkiliklə Mübarizə Koalisiyasının üzvüdür. O, Avropa Şurası, BMT İnsan Hüquqları Şurası və ATƏT-in sertifikatlı təlimçisidir. Marta Çumalo “Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Milli Platformalarında İstifadə üçün Gender Auditlərinin aparılmasına dair Bələdçi”nin həmmüəllifidir.[2]
2014-cü ildə Rusiya-Ukrayna müharibəsi başlayandan və 2022-ci ildə Rusiyanın Ukraynaya genişmiqyaslı işğalından başlayaraq Marta Çumalo müharibənin nəticələri haqqında cəmiyyəti məlumatlandırmaq və onun qurbanlarının reabilitasiyası ilə məşğuldur.[4]
2020-ci ildə o, “insan hüquqları uğrunda mübarizədə görkəmli nailiyyətlərə” görə Hollandiya səfirliyindən İnsan Hüquqları Laləsi Mükafatını alıb.[3]
2023-cü ildə Marta Çumalo Ukraynadan bu mükafatın ilk qalibi olmaqla, Olof Palme Mükafatına layiq görülüb.[5]
İstinadlar
redaktə- ↑ "Чумало Марта". expertky.povaha.org.ua (ukrayna). Archived from the original on 2019-04-11. İstifadə tarixi: 2023-03-13.
- ↑ 1 2 3 Марценюк Тамара. "Інтерв'ю з Мартою Чумало про підтримку жінок і феміністичний активізм у Львові". Гендер в деталях (ukrayna). 2018-09-11. 2019-04-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-13.
- ↑ 1 2 "Правозахисниці Тетяна Печончик та Марта Чумало отримали премію від посольства Нідерландів". LB.ua (ukrayna). 2020-12-11. 2023-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-13.
- ↑ Лебедина Оксана. "Украинка Марта Чумало стала лауреатом шведской премии имени Улофа Пальме в области прав человека". zn.ua (rus). 2023-01-09. 2023-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-13.
- ↑ "Марта Чумало – лауреатка премії Олафа Пальми". Центр гендерної культури (ukrayna). 2023-01-10. 2023-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-13.
Xarici keçidlər
redaktə- Марта Чумало «Жінки у глибоких сільських районах сприймають насильство щодо них як норму» Arxivləşdirilib 2019-10-31 at the Wayback Machine, 27 листопада 2017 року.
- Марта Чумало «В українському соціумі бути не такими дуже складно.», Prostir.ua, 2 квітня 2015 року.
- «Сексизм і насильство щодо жінки — дві проблеми суспільства» Arxivləşdirilib 2019-04-22 at the Wayback Machine, uk:Громадське радіо, Марта Чумало в ефірі від 2015.
- «Якої допомоги потребують жінки, котрі зазнали насильства?» Arxivləşdirilib 2019-04-23 at the Wayback Machine, Громадське радіо, Марта Чумало в ефірі від листопада 2018.
- «Три погляди на секс-роботу в Україні» Arxivləşdirilib 2019-04-22 at the Wayback Machine, Марта Чумало в Феміністичній майстерні, 18 грудня 2016 року.
- «Не місце для бойових дій», інтерв'ю з Мартою Чумало про uk:домашнє насильство, Центр інформації про права людини Arxivləşdirilib 2019-07-25 at the Wayback Machine, 11 травня 2016 року.
- Сайт громадської організації «Жіночі перспективи» Arxivləşdirilib 2019-04-14 at the Wayback Machine
- Інтерв'ю з Мартою Чумало про підтримку жінок і феміністичний активізм у Львові Arxivləşdirilib 2019-04-03 at the Wayback Machine, uk:Гендер в деталях, 11 вересня 2018 року.
- Марта Чумало: Синдром набутої безпорадності Arxivləşdirilib 2019-04-22 at the Wayback Machine, про сімейне насильство для порталу Інтерв'ю з України Arxivləşdirilib 2019-04-22 at the Wayback Machine, 11 травня 2018 року.
- Зґвалтування у шлюбі: Чому ви не винні секс чоловікові Arxivləşdirilib 2019-04-22 at the Wayback Machine, інтерв'ю-лікбез для порталу WoMo.ua Arxivləşdirilib 2019-03-29 at the Wayback Machine.