Mariya Daskina Medduks - Wikipedia
Mariya "Maşa" Daşkina Medduks (ukr. Марія «Маша» Дашкіна Меддукс; 1986[1], Kiyev[1]) — Ukrayna müasir rəqqasə və rəqs müəllimi. O, "Martha Graham Dance Company"nin tərkibində keçmiş baş rəqqasə olmuş, "Veyk-Forest Rəqs Festivalı"nın yaradıcısı və direktorudur.
Mariya Daşkina Medduks | |
---|---|
Doğum tarixi | 1986[1] |
Doğum yeri | |
Fəaliyyəti | rəqqasə, müəllimə |
Təhsili |
|
Həyatı
redaktəMariya Daşkina Medduks Ukraynanın paytaxtı olan Kiyev şəhərində anadan olmuşdur. O, uşaq yaşlarında klassik balet üzrə təhsil almış, Vaqanova üsulu ilə məşq etmişdir. Medduks gənc yaşlarında ABŞ-a köçmüş, Florida ştatının Mayami şəhərində yerləşən "Tomas Armor Gəncliər Baleti"ndə Rut Vayzenin rəhbərliyi altında təhsil almışdır. O , Yeni Dünya İncəsənət Məktəbini bitirmişdir.[2]
2007-ci ildə Daşkina Medduks Nyu-Yorkda "Martha Graham Dance Company"ə qoşulmuş və nəticədə baş rəqqasə olmmuşdur.[3][4] O, Marta Qrehemin əsərlərində bir çox baş rollarda, o cümlədən "Appalaç baharı"nda Gəlin, "Labirint"də Ariadna, "Mələklərin Diversiyası"nda Qırmızı geyimli qadın, "Mübariz Bağça"da Həvva, "Sevgililərin söhbəti" duetində çıxış etmiş, "Ölümlər və Girişlər"də nümayiş olunan rollarda rəqs etmiş, "Chronicle"da Küçədəki addımların rəhbəri, "Gecə Səyahəti"ndə Xorun rəhbəri, "Fedra"da Artemida və "Serenata Morisca"da solo olmuşdur. Daşkina Medduks Qrehemin əsərləri ilə yanaşı, Larri Keyqvin, Riçard Mov, Luka Vegetti, Lar Lyuboviç, Bulareyaunq Paqarlava, Adonis Foniadakis, Anna Sokolov, Robert Vilson və Azur Barton kimi müasir xoreoqrafların əsərlərini də ifa etmişdir. Onun çıxışları Miki Orihara və Suzan Kikuçi tərəfindən idarə olunan, "Dance Spotlight" tərəfindən hazırlanan yeni başlayanlar üçün Marta Qrehem texnikası haqqında təlimat videosunda nümayiş etdirilmişdir.[2][5]
Daşkina Medduks "Dance Magazine", "Dior Magazine", "Broadway Dance Magazine" jurnallarında nümayiş etdirilmiş, Ceys Bartokun rejissoru olduğu "Qalxmaq üçün yıxıl" filmində çəkilmişdir.[6] O, həmçinin rəqs fotoqrafları üçün modellik etmiş, Gilyermo Likurqonun "Desert çiçəyi" və Ken Brovar və Debora Orinin "Hərəkət sənəti" kitablarında yer almışdır.[5][7]
Daşkina Medduks Marta Qrehem Müasir Rəqs Mərkəzində, Yeni Dünya İncəsənət Məktəbində, Tomas Armor Gənclər Balletində, Qrinsboro Şimali Karolina Universitetində, Elon Universitetində və Los-Anceles Kolbern Məktəbində balet və müasir rəqsdən dərs demişdir. O, 2017-ci ildə ARTS Veyk-Forest tərəfindən və Veyk-Forest Parklar və İstirahət Departamenti ilə əməkdaşlıqda təqdim olunan Veyk-Forest Rəqs Festivalını təsis etmişdir. Medduks onun direktoru kimi fəaliyyət göstərir.[2]
Daşkina Medduks rəqqaslıq tələbələri üçün qeyri-kommersiya təqaüd fondu olan "Dancing Angels Foundation"ın səfiridir.[2][8] Daşkina Medduks 2018-ci ildə Alto-Xonio ən yaxşı rəqqasə mükafatının laureatı olmuşdur.[5]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 https://armourdance.org/wp-content/uploads/2021/03/Community-In-Motion-Program-Overview.pdf.
- ↑ 1 2 3 4 "About". Masha.Dance. 4 March 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 April 2019.
- ↑ "Masha Dashkina Maddux — NYC Dance ProjectNYC Dance Project". NYC Dance Project. 18 November 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 April 2019.
- ↑ "Anne Souder, soloist". Dance Magazine. 6 March 2019. 5 October 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 April 2019.
- ↑ 1 2 3 "Masha Dashkina Maddux". Wake Forest Dance Festival. 18 November 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 April 2019.
- ↑ "MASHA DASHKINA MADDUX". 5 February 2016. 19 October 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 April 2019.
- ↑ "Ken Browar and Deborah Ory - Masha Dashkina Maddux, Principal Martha Graham Dance Company, Dress by Dior (2018) - Available for Sale - Artsy". Artsy.net. 18 November 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 April 2019.
- ↑ "Ambassador". Dancing Angels Foundation. 6 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 April 2019.