Maqnit Sahesi - Wikipedia
Maqnit sahəsi — materiyanın elə növüdür ki, onun aşkara çıxması bu sahəyə gətirilmiş və müəyyən qaydada istiqamətlənmiş elektrik cərəyanına təsir edən mexaniki qüvvə ilə xarakterizə olunur. Elektrik və cazibə sahələri kimi maqnit sahəsinin də özünəməxsus xarakterik xüsusiyyəti vardır. Bu xüsusiyyət ondan ibarətdir ki, o, sahəyə nisbətən müəyyən qaydada istiqamətlənmiş elektrik cərəyanına mexaniki qüvvə ilə təsir edir. Bu xassəyə ancaq maqnit sahəsi malikdir, elektrik və cazibə sahələri bu xassəyə malik deyildir. Maqnit sahəsinə gətirilmiş cərəyanlı naqil hərəkət edirsə, deməli bu hərəkətin əmələ gəlməsinə maqnit sahəsi enerjiyə malikdir. Enerji isə materiyasız mövcud deyil. Deməli o, həm də kütləyə malik olmalıdır. Buradan aydın olur ki, maqnit sahəsi də maddidir. Başqa sahələr kimi maqnit sahəsinin də kütləsini təyin etmək hələ də mümkün olmamışdır. Maqnit sahəsini xarakterizə edən kəmiyyət, maqnit sahəsinin intensivliyidir. Maqnit sahəsinin mənbələri yoxdur, yəni təbiətdə elektrik yüklərinə oxşar maqnit yükləri mövcud deyildir. Cərəyanlı naqilə maqnit sahəsində təsir edən qüvvə Amper qüvvəsi adlanır. Maqnit induksiyası naqilə perpendikulyar olduqda təsir qüvvəsi öz maksimum Fmax qiymətinə çatır. Maqnit sahəsini şimal maqnit qütbündən çıxan və cənub maqnit qütbündə qapanan qüvvə xətləri ilə göstərirlər. Üzərində dəmir qırıntıları olan kağız vərəqəni maqnitin üstündə yerləşdirməklə maqnit sahəsini "görmək olar": qırıntılar maqnit sahəsinin qüvvə xətləri boyunca düzülür.
Yer kürəsinin kütləsi və maqnit sahəsi
redaktəYer kürəsinin Günəşdən məsafəsi, fırlanma sürəti və ya yer üzü formaları ilə yanaşı böyüklüyü də əhəmiyyət daşıyır. Yer kürəsinin kütləsinin sadəcə 8%-nə bərabər olar Merkuri və ya Yer kürəsindən 318 dəfə artıq kütləyə malik olan Yupiterlə Yer kürəsini müqayisə etdikdə planetlərin çox müxtəlif ölçülərə malik olduğunu görürük. Bəs görəsən bu qədər müxtəlif ölçülərdəki planetlər arasında Yer kürəsinin ölçüsü təsadüfən müəyyən edilib?
"Yer kürəsinin ölçüsü lazımi qədərdir. Daha kiçik olsaydı, Yer kürəsinin cazibə qüvvəsi çox zəifləyəcək və atmosferini ətrafında saxlaya bilməyəcəkdi, daha böyük olsaydı, bu dəfə də Yer kürəsinin cazibə qüvvəsi çox artar və bəzi zəhərlli qazları da saxlayaraq atmosferi öldürücü hala salardı…" (F. Press, R. Siever, Earth, New York: W. H. Freeman, 1986, s. 4)Yer kürəsinin kütləsi ilə yanaşı daxili quruluşu da həyat üçün xüsusi nizamlanmışdır. Bu daxili quruluşdakı təbəqələr sayəsində Yer kürəsi maqnetik sahəyə malikdir və bu maqnetik sahə həyatın qorunması üçün çox vacibdir. Press və Siver bu mövzunu belə açıqlayırlar:
"Yer kürəsinin nüvəsi isə çox böyük həssaslıqla tarazlanmışdır və bu nüvə radioaktivliklə qidalanan temperatur motorudur. Əgər bu motor daha yavaş işləsəydi, qitələr indiki formalarda ola bilməzdilər… Dəmir heç vaxt əriməz və mərkəzdəki maye nüvəyə enməzdi və beləliklə Yer kürəsinin maqnetik sahəsi heç vaxt əmələ gəlməzdi. Əgər Yer kürəsinin daha çox radioaktiv yanacağı olsaydı və buna görə də daha sürətli temperatur motoru olsaydı, vulkanik buludlar Günəşi örtəcək qədər qalın olar, atmosfer həddən artıq qatı olar və Yer kürəsinin səthi də demək olar ki hər gün vulkanik partlayışlar və zəlzələlərlə sarsılardı." (F. Press, R. Siever, Earth, New York: W. H. Freeman, 1986, s. 4) Press və Siverin bəhs etdikləri maqnetik sahə həyatımız üçün böyük əhəmiyyətə malikdir. Bu maqnetik sahə, yuxarıda bildirildiyi kimi, Yer kürəsinin nüvəsinin quruluşundan qaynaqlanır. Nüvə dəmir və nikel kimi maqnetik xüsusiyyəti olan ağır elementlərdən təşkil olunmuşdur. Daxili nüvə bərk, xarici nüvə isə maye halındadır. Nüvənin bu iki təbəqəsi bir-birinin ətrafında hərəkət edir. Bu hərəkət ağır metallar üzərində maqnitləşmə təsiri yaradaraq maqnetik sahə əmələ gətirir. Atmosferdən kənara çıxan bu sahə sayəsində Yer kürəsi kosmosdan gələn təhlükələrə qarşı qorunmuş olur. Günəşdən başqa digər ulduzlardan gələn öldürücü kosmik şüalar Yer kürəsinin ətrafındakı bu qoruyucu qalxandan keçə bilmirlər. Xüsusilə də Yer kürəsinin 70000 kilometr uzağında maqnetik halqalar çəkən Van Allen Qurşaqları dünyanı bu öldürücü enerjidən qoruyur.
Sözügedən plazma buludlarının bəzilərinin Xirosimaya atılan atom bombasının 100 milyard mislinə bərabər olduğu hesablanmışdır. Eyni şəkildə Yer kürəsinin maqnetik sahəsi çox şiddətli kosmik şüaların da sadəcə 0,1%-ni keçirir və qalan mində bir faiz şüalar da atmosfer tərəfindən udulur. Bu maqnetik sahəni əmələ gətirmək üçün istifadə edilən elektrik enerjisi bir milyard amperlik axındır və bu bəşəriyyətin bütün tarix boyu istehsal etdiyi eletrik enerjisinin cəminə bərabərdir.
Əgər Yer kürəsinin bu maqnetik qalxanı olmasa yer üzündəki həyat tez-tez öldürücü şüalarla məhv ediləcək, bəlkə də heç mövcud olmayacaqdı. Amma Press və Siverin bildirdiyi kimi, Yer Kürəsinin nüvəsi lazımi formada olduğu üçün Yer kürəsi bu təhlükələrdən qorunur. Başqa sözlə desək, göy üzündə bizim üçün yaradılmış xüsusi qoruyucu qalxan var.
Ədəbiyyat
redaktə- İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.