Mahmud Mirze Sefevi - Wikipedia
Sultan Mahmud Mirzə Səfəvi — I Təhmasibin Zal bəy gürcünün bacısı Xanpərvər bəyimdən olan oğlu, Sultan İmamqulu Mirzənin və Xanış Sultanın doğma qardaşı, Səfəvi şahzadəsi.
Sultan Mahmud Mirzə | |
---|---|
Doğum tarixi | |
Vəfat tarixi | |
Vəfat yeri | Qəzvin |
Vəfat səbəbi | Boğdurulma |
Uşağı | Şahzadə Məhəmmədbağır Mirzə |
Atası | I Təhmasib |
Anası | Xanpərvər bəyim |
Atasının ölümündən sonrakı taxt mübarizəsində qardaşı İsmayılın tərəfdarlarından idi. Şahzadə Heydərin öldürülməsindən sonra Şahzadə İsmayıldan bir müddət xəbər alınmadığı üçün ögey bacısı Pərixan Sultan tərəfindən taxta namizədliyi önə sürülmüşdür, lakin az sonra İsmayılın Qəhqəhə qalasından çıxması xəbəri paytaxta çatdı və bu məsələ unuduldu.
Şah İsmayıl taxta çıxdıqdan sonra onun əmriylə 24 fevral 1577-ci il tarixində digər qardaşları və iki yaşlı oğlu ilə birlikdə öldürülmüşdür. Edam zamanı kəndir onun boğazındakı damarları yaxşı sıxmadığından az sonra ayılmışdır, lakin Şah İsmayılın əmri ilə təkrar boğularaq edam edilmişdir.