Mahmud Muxtar Pasa - Wikipedia
Mahmud Muxtar Paşa (türk. Mahmud Muhtar Katırcıoğlu) (1867 - 16 Mart, 1935)[2] — Osmanlı generalı və dövlət xadimi. Əhməd Muxtar Paşanın övladıdır.
Mahmud Muxtar Paşa | |
---|---|
türk. Mahmud Muxtar Paşa | |
| |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | İstanbul, Osmanlı İmperiyası |
Vəfat tarixi | 15 mart, 1935 |
Vəfat yeri | Neapol, İtaliya |
Vətəndaşlığı | |
Atası | Əhməd Muxtar Paşa |
Təhsili |
|
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Türk |
Xidmət illəri | 1885-1917 |
Rütbəsi | Feriki sani |
Döyüşlər | Osmanlı-Yunan müharibəsi (1897), İtaliya-Osmanlı müharibəsi, Balkan müharibələri |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktə1867-ci ildə İstanbulda anadan olmuşdur[3], Rusiya-Osmanlı müharibəsinin Qafqaz cəbhəsi komandiri sədrəzəm qazi Əhməd Muxtar Paşanın oğludur. 1885-ci ildə Hərbi məktəbə daxil oldu, daha sonra Almaniyaya göndərilərək 1888-ci ildə Mets şəhərindəki Hərbi məktəbi bitirdi. Bir leytenant kimi Prussiya Ordusunda xidmət etdi və İstanbula geri döndükdə Hərbi məktəbdəki "Erkanı Harbiye'nin Görevleri" fənnini tədris etdi.[3]
O, 17 sentyabr 1909-cu ildə Aydın qubernatorluğuna təyin edildi və 2 oktyabr 1910-cu ildə Dəniz donanmasında xidmətə başladı və qubernator vəzifəsini tərk etdi. 1913-cü ildə Berlin səfirliyinə təyin edildi.[3]
Əsərləri
redaktəMahmud Muxtar Paşa tarix və siyasət mövzusunda müxtəlif əsərlərin müəllifir.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 LIBRIS. İsveç Milli Kitabxanası, 2016.
- ↑ Harp Akademileri Komutanlığı, Harp Akademilerinin 120 Yılı, İstanbul, 1968, s. 19.
- ↑ 1 2 3 Şerifoğlu, Ömer Faruk, "Mahmud Muhtar Paşa (Katırcıoğlu)" (1999), Yaşamları ve Yapıtlarıyla Osmanlılar Ansiklopedisi, İstanbul:Yapı Kredi Kültür Sanat Yayıncılık C.2 s.69 ISBN 975-08-0072-9