Mezmun Marketinqi - Wikipedia
Məzmun marketinqi — onlayn hədəf auditoriyası üçün məzmunun yaradılması, dərc edilməsi və yayılmasına yönəlmiş marketinq forması.[1] Məzmun brendlər üçün hədəf auditoriyaya çatmaq, onlarla qarşılıqlı əlaqə yaratmaq və sərfəli müştəri hərəkətləri təmin etmək məqsədilə istifadə edilən mühüm marketinq növü olan məzmun marketinqinin əsasını təşkil edir.[2]
Keyfiyyətli məzmun
redaktəKeyfiyyətli məzmun brendlərə rəqibləri ilə daha güclü rəqabət aparmaq imkanı tanıyır. Baxmayaraq ki, dizayn bu məzmunun mühüm elementi kimi qəbul olunur, onun əsas xüsusiyyəti oxucular üçün faydalı olmasıdır. Keyfiyyətli məzmun hazırlamaq üçün bir sıra vacib addımlara əməl etmək lazımdır. Bu addımlara hədəf auditoriyanın təhlili, açar sözlərin araşdırılması, məzmun formatının düzgün seçilməsi, həmçinin şəkil və videolardan istifadə daxildir. Yüksək keyfiyyətli məzmun brendlərə "Google" və "Yandex" kimi axtarış sistemlərində daha çox görünürlük qazandırır. Bu, korporativ və e-ticarət saytlarına daha çox ziyarətçi cəlb etməyə imkan verir. Buna görə də, hər bir brend məzmun marketinqinə xüsusi diqqət yetirməlidir.[3]
Prinsipləri
redaktəMəzmun hazırlamadan əvvəl brend hədəf auditoriyasını dəqiq müəyyən etməlidir. Hədəf auditoriya, brendin reklam və tanıtım fəaliyyəti ilə çatmaq istədiyi müştəri qrupudur. Bu analiz, auditoriyanın hansı mövzularda araşdırma apardığını və hansı açar sözlərdən istifadə etdiyini aşkar etməyə kömək edir. Məzmun istehsalına başlamazdan əvvəl rəqiblərin araşdırılması vacibdir. Rəqiblərin hansı mövzularda yazdıqları, hansı açar sözlərdən istifadə etdikləri və back linkləri necə əldə etdikləri kimi məlumatlar məzmun strategiyasını inkişaf etdirməkdə kömək edir. İnternetdə məhsul və xidmət axtaran insanlar müəyyən açar sözlərdən istifadə edirlər. Düzgün açar sözlər seçmək auditoriyaya daha sürətli çatmağa imkan verir. Açar sözləri araşdırmaq üçün "Semrush", "Ahrefs" və "Keywordtool" kimi alətlərdən istifadə edilə bilər. Seçilmiş açar sözlər məzmunda oxucuları sıxmayacaq şəkildə, təbii formada yerləşdirilməlidir. Məqalə və ya paylaşım başlıqları oxucuların marağını çəkməli və açar sözləri ehtiva etməlidir. Əsas başlıqlarla yanaşı, alt başlıqlar da istifadə edilməli, bu, məzmunu daha oxunaqlı və strukturlaşdırılmış edir. Mövzunu dəstəkləyən yüksək keyfiyyətli şəkil və videolar məzmunun daha təsirli olmasına kömək edir. Xüsusən məhsul icmalları, müqayisələri və xüsusi günlərə aid məzmunlarda vizual elementlərin düzgün seçilməsi vacibdir.[4]
İstinadlar
redaktə- ↑ Pulizzi, Joe; Barrett, Newt. ""Get Content Get Customers"-Turn Prospects into Buyers with Content Marketing". NSB Management Review. 2 (2). February 2010: 98–100. İstifadə tarixi: 29 October 2018.
- ↑ "Məzmun Marketinqi Nədir? | Keyfiyyətli Məzmun Necə Hazırlanmalıdır?". 12 fev 2022.
- ↑ "Rəqəmsal məzmun istehsalı: son məhsul nədir? | Martech Zone".
- ↑ "PROGRO - "Rəqəmsal məzmun yaratmaq üçün multimedia alətlərindən necə istifadə etmək olar?" mövzusunda seminar keçiriləcəkdir". progro.az.