Merkez Federal Dairesi - Wikipedia
Mərkəz Federal Dairəsi (rus. Центра́льный федера́льный о́круг) — Rusiya Federasiyası federal dairələrindən biri.
Mərkəz Federal Dairəsi | |
---|---|
54°31′59″ şm. e. 37°37′01″ ş. u.HGYO |
|
Ölkə | |
İnzibati mərkəz | Moskva |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 13 may 2000 |
Sahəsi |
|
Əhalisi | |
Əhalisi |
|
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
İqtisadiyyatı
redaktəRusiya Federasiyasının Avropa hissəsinin mərkəzini əhatə edir. Tərkibinə Moskva, Tver, Tula, Yaroslavi, Bryansk, Vladimir, İvanova, Kaluqa, Kostroma, Oryol, Ryazan, Smolensk vilayətləri daxildir. Sahəsi 485 min km²–dir. Əsas təbii ehtiyatları qonur kömür, torf, fosforit, dəmir filizidir. Rusiyanın geniş istehsal profili mühüm emal sənaye rayonudur. Ümumrusiya miqyasında yüksək inkişaf etmiş maşınqayırma (əsasən, nəqliyyat maşınqayırması, dəzgahqayırma, elektrotexnika və elektronika), yüngül (əsasən, toxuculuq), kimya (xüsusilə rezin) sənayesi, həmçinin tikinti materialları istehsalı ilə tanınır. Elmi-texniki və layihə işləri üzrə ixtisaslaşmışdır. Mühüm kənd təsərrüfatı rayonudur. Taxıl, tərəvəz, istehsalı inkişaf etmişdir. Geniş nəqliyyat şəbəkəsinə malikdir. Ölkə paytaxtı Moskva burada yerləşir. Əhalisi 10 mln nəfərdən coxdur. Rusiyanın ən iri sənaye, elm-texniki mərkəzidir. İri avtomobil, dəzgahqayırma və digər müəssisələri vardır. 5 dənizə çıxmaq imkanı yaradılmışdır.