Mehisti Qadinefendi - Wikipedia
Məhisti Qadınəfəndi (osman. مہستی خانم; (27 yanvar 1892, Adapazarı – 1964, London) — son Osmanlı xəlifəsi Əbdülməcid Əfəndinin dördüncü xanımı.
Məhisti Qadınəfəndi | |
---|---|
| |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 27 yanvar 1892 |
Doğum yeri | |
Vəfat tarixi | 1964 |
Vəfat yeri |
|
Dəfn yeri |
|
Atası | Hacımaf bəy Akalsba |
Anası | Safiyə xanım |
Həyat yoldaşı | Əbdülməcid Əfəndi (1912–1944) |
Uşağı | |
Ailəsi | Osmanlı xanədanı |
Dini | sünni islam |
Həyatı
redaktəMəhisti xanım 1896-cı ildə Sakaryada dünyaya gəlmişdir. Atası Hacımaf bəy Akalsba əslən abxaz idi. Anasının adı isə Safiyə xanım idi. Özündən başqa Kamil bəy (ö. 1963) və Fevzi bəy adlı iki qardaşı, Zahidə, Ayşə Mihridil (ö. 1969) və Mihrivəfa adlı 3 bacısı vardı.
16 aprel 1912-ci ildə Əbdülməcid Əfəndinin dördüncü xanımı olaraq Osmanlı sarayına alındı. Cütlüyün yeganə övladı olan Dürrüşəhvar Sultan 26 yanvar 1914-cü ildə Çamlıcada dünyaya gəldi. 1924-cü ilin martında əri və uşaqları ilə birlikdə sürgünə getdi. Əvvəlcə İsveçrədə, daha sonra Fransanın Nitsa şəhərində məskunlaşdılar. Yeganə qızı Dürrüşəhvar Sultan 12 noyabr 1931 tarixində Nitsada Heydərabad nizamının oğlu ilə evlənmiş və Heydərabad sarayına gəlin köçmüşdü.
1944-cü ildə əri Əbdülməcid Əfəndinin vəfatından sonra Mehisti xanım Londona köçdü və ölümünə qədər burada yaşadı. 1964-cü ildə ifliclə vəfat etdi və Londonun Brukvild məzarlığında dəfn olundu. Qızı Dürrüşəhvar Sultan da 2006-cı ildə vəfat etdikdə, anasının yanına dəfn edildi.
Mənbə
redaktə- Wendy M. K. Shaw (March 15, 2011). Ottoman Painting: Reflections of Western Art from the Ottoman Empire to the Turkish Republic. I. B. Tauris. p. 87. ISBN 978-1-848-85288-4