Mehemmed Suxarto - Wikipedia
Suxarto (ind. Haji Muhammad Soeharto, Haji Muhammad Suharto, yav. Haji Muhammad Soeharto; d. 8 iyun 1921, Kemusuk – ö. 27 yanvar 2008, Cakarta, İndoneziya) — İndoneziyanın keçmiş prezidenti
Suxarto | |
---|---|
ind. Haji Muhammad Soeharto yav. Haji Muhammad Soeharto | |
28 iyul 1966 – 12 mart 1967 | |
Prezident | Sukarno |
Əvvəlki | təsis edildi |
Sonrakı | ləğv edildi |
Qoşulmama Hərəkatının 16-cı Baş katibi | |
7 sentyabr 1992 – 20 oktyabr 1995 | |
Əvvəlki | Dobrica Ćosić |
Sonrakı | Ernesto Samper |
1968 – 1973 | |
Əvvəlki | Abdul Haris Nasution |
Sonrakı | Maraden Panqqabean |
1965 – 1967 | |
Əvvəlki | Pranoto Reksosamudro |
Sonrakı | Maraden Panqqabean |
1-ci Silahlı Qüvvələr və Strateji Qoruq (KOSTRAD) Komandiri | |
6 mart 1961 – 2 dekabr1965 | |
Əvvəlki | təsis edilib |
Sonrakı | Ömər Virahadikusuma |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri |
Kemusuk, Cokcakarta Sultanlığı |
Vəfat tarixi | (86 yaşında) |
Vəfat yeri | Cakarta |
Vəfat səbəbi | böyrək çatışmazlığı[d] |
Partiya | |
Fəaliyyəti | siyasətçi, hərbi qulluqçu |
Atası | Kertosudiro |
Anası | Sukirah |
Həyat yoldaşı | Siti Hartina (e.1947) |
Uşağı |
Siti Hardiyanti Rukmana (Tutut)[1] Sigit Harjojudanto Bambang Trihatmodjo Siti Hediati Hariyadi (Titiek) Hutomo Mandala Putra (Tommi) Siti Hutami Endanq Adininqsih |
Dini | sünni islam |
Hərbi xidmət | |
Döyüşlər | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəMəhəmməd Suxarto 1921-ci il iyunun 8-də Cakarta sultanlığında kiçik məmur ailəsində anadan olub. Bankda kontor xidmətçisi işləyib. 1940-1942-ci illərdə Hollandiya müstəmləkə ordusuna hərbi xidmətə qəbul olunaraq çavuş rütbəsi alıb. 1943-1945-ci illərdə yaponların yaratdığı orduda rota komandiri olub. 1945-1949-cu illərdə Hollandiya hökmranlığından xilas olmaq üçün aparılan müharibə zamanı batalyona komandirlik edib. 1950-ci ilin sonunda diviziya, 1960-cı ildə briqada komandirilyinə yüksəlib. Dörd il sonra isə ona general-mayor rütbəsi verilib. Sukarnonun prezidentliyi dövrünün (1963-1965) son illərində Suxartoya İndoneziya ordusunun strateji komandirliyi tapşırılıb.
1966-cı ilin mart ayında tələbələrin Kommunist Partiyası əleyhinə keçirdiyi nümayişlərdən istifadə edən Suxarto hakimiyyətə rəhbərliyi üzərinə götürüb.
1967-ci ilin mart ayında prezident səlahiyyətlərini icra etməyə başlayıb, bir il sonra mart ayında prezident seçilib. Bundan sonra 1973, 1978, 1983, 1988, 1993 və 1998-ci illərdə həmin vəzifəyə seçilib. Onun prezidentliyi illərində İndoneziyada avtoritar bir rejim yaradılıb.
1998-ci ildə Cənub-Şərqi Asiyada, o cümlədən İndoneziyada kəskin maliyyə böhranı yaranandan sonra Cakartada və ölkənin digər şəhərlərində hakimiyyət əleyhinə nümayişlər başlayıb. Suxarto məhz bu aksiyalar nəticəsində həmin ilin mayında istefa verməyə məcbur olub.
Xarici keçidlər
redaktə- [1] Arxivləşdirilib 2012-01-11 at the Wayback Machine
- ↑ Berger, Marilyn. "Suharto Dies at 86; Indonesian Dictator Brought Order and Bloodshed". The New York Times. 28 January 2008. 2 December 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 May 2019.