Mehemmed Huseyn Fezlullah - Wikipedia
Bu məqalənin neytrallığı şübhə doğurur. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Məhəmməd Hüseyn Fəzlullah (ərəb. محمد حسين فضل الله; 16 noyabr 1935[1][2][…], Nəcəf – 4 iyul 2010[3][1][…], Beyrut) — alim, müctehid.
Məhəmməd Hüseyn Fəzlullah | |
---|---|
ərəb. محمد حسين فضل الله | |
Doğum tarixi | 16 noyabr 1935[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 4 iyul 2010[3][1][…] (74 yaşında) |
Vəfat yeri | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəMəhəmməd Hüseyn Fəzlullah 1935-ci ildə İraqın Nəcəf şəhərində anadan olmuşdur. Təxminən doqquz yaşında ikən elmlər hövzəsində təhsil almış, 16 yaşında ikən artıq hövzədən kənarda əlavə dərslərdə iştirak etmişdir.
Müəllimləri və təhsili
redaktəMəhəmməd Hüseyn Fəzlullah Nəcəfdəki Böyük Elmlər Hövzəsinin nəzdində böyüyüb boya-başa çatmışdır. Dini elmləri də erkən yaşlarından öyrənməyə başlamışdır. Doqquz yaşında ikən atasından dərs almışdır. 16 yaşında isə "xaric" dərslərdə iştirak edən Fəzlullah o dövrdə Hövzənin böyük alimlərindən şiə mütəfəkkirləri Seyyid Əbülqasim Xoyi, Seyyid Möhsin Həkim, Mahmud Şöhrəvərdi və Şeyx Hüseyn Hillidən dərs almış, Molla Sədra əl-Badkubinin xüsusi mühazirələrini dinləmişdir. Hüseyn Fəzlullah öz elmi səviyyəsi ilə parlayan tələbələrdən sayılırdı. Bu xüsusda qeyd edilir ki, Məhəmməd Baqir əs-Sədr Fəzlullahın bir araşdırmasına dair elmi hesabatları Fəzlullahın elmi səviyyəsi ilə tanış olmaq üçün əl-Xuiyə təqdim etmişdi. Bu da öz növbəsində, sonralar əl-Xuidə Fəzlullaha qarşı böyük inam yaratmışdı. Artıq əl-Xui müctəhid-alimlərə tapşırılan işləri ona həvalə edirdi. Fəzlullah barəsində deyilir ki, o, müzakirə xarakterli iclaslarda, toplantılarda o dərəcədə fərqlənirdi ki, o dövrdə Nəcəfin müxtəlif yerlərindən tələbələr, onun həmyaşıdları bu müzakirələrdə iştirak edər, ona sual verərdilər. O, elm dünyasına Fiqh və Üsul professoru olaraq qədəm basmışdı. Sonra Nəcəf Elmlər Hövzəsində Fiqh və Üsul professoru kimi tədrislə məşğul olmağa başlamışdı. Artıq 20 ildir ki, Şeyx Fəzlullah kənar tədqiqatların tədris işini aparır və verdiyi dərslərdə İslam dünyasının müxtəlif yerlərindən, o cümlədən ərəb ölkələrindən olan çox-saylı tələbələr iştirak edir.
1966-cı ildə İraqdan Livana köçən Məhəmməd Hüseyn Fəzlullah orada İslam Şəriəti İnstitutu Hövzəsinin əsasını qoyur. İslami xətlə getdiyi üçün ona qarşı sui-qəsdlərə cəhd edilmişdir. Livanda xütbə və mühazirələrlə çıxış edən Fəzlullah bir-sıra xeyriyyə cəmiyyətinin və Yetimlər üçün Xeyriyyə fondunun yaradıcısıdır.
Dini avtoritetliyi və fikirləri
redaktəŞeyx Məhəmməd Hüseyn Fəzlullah şiə fiqhində ictihad dərəcəsinə nail olanlara verilən Ayətullah adını daşıyır. Onun bütün fitvaları üç hissəlik "Şəriət hüququ" kitabında toplanıb. Onun ictihadi görüşləri ilə Nəcəfin və Qumun bir-çox alimlərinin görüşləri arasında fikir ayrılığı mövcuddur. Bir-çoxlarının onun dini avtoritetliyini qəbul etməməyi ilə yanaşı, ictimaiyyət arasında şeyxi dəstəkləyənlər də çoxluq təşkil edir. Şiə fiqhinə görə müsəlman qadın xüsusunda olan fitva və fikirləri özünəməxsusluq ifadə edir ki, bundan dolayı da bir-çox alim onunla razılaşmır. Bu tip fitvalar sırasına Fatimənin qabırğasının sındırılması, evinin yandırılması, məsumluq və b. mövzular daxildir. Ola bilsin ki, Hüseyn Fəzlullah özünün bu fikirlərində böyük şiə alimi Şeyx Müfiddən təsirlənib.
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Muhammad Husayn Fadlallah // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 Muhammad Husain Fadlallah // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ 1 2 http://www.nytimes.com/2010/07/05/world/middleeast/05fadlallah.html.