Muzakire Spitak Rayonu - Wikipedia
Bu, Spitak rayonu məqaləsinin müzakirə səhifəsidir. |
Məqalə prinsipləri
|
Əziz Ələkbərlinin “Qədim Türk-Oğuz yurdu “Ermənistan”” (Bakı, “Sabah” 1994.) kitabının 167-ci səhifəsində yazılır: Hamamlı (Spitak) rayonu – Pəmbək mahalı ərazisində rayon. 1937-ci il dekabrın 31-də yaradılıb. 1949-cu il sentyabrın 26-na qədər Hamamlı, həmin tarixdən etibarən isə Spitak rayonu adlandırılıb. Mərkəzi 1960-cı ildən rayon tabeli şəhər Hamamlı (Spitak). (Qeyd: (səh.168.) həmin rayonun Spitak (Lernantsk) adlı kəndi də var).
Kitabın 169-cu səhifəsində belə bir qeyd də var. Hamamlı adı 26 aprel 1946-cı ildə dəyişirilərək Spitak adlandırılıb (səh.167-dəki tarixlə düz gəlmir).
Fikrimcə (Araz Yaquboglu) əgər tarixlər dəqiq yazılıbsa, texniki səhv yoxdursa onda yaşayış məntəqəsinin adı isə 1946-cı ildə, rayonun adı isə 1949-cu ildə dəyişib. --Araz Yaquboglu (talk) 08:30, 30 aprel 2014 (UTC)
- Yox iş də elə bundadır ki, bu rayon yaradılandan elə Spitak rayonu adlanır. Kitablara uyğun məqalədə dəyişiklik edəcəm. Bir az vaxt tapa bilsəm.--Asparux Xan Bulqar (talk) 12:28, 30 aprel 2014 (UTC)