Muzakire Kalinino Rayonu - Wikipedia
Müzakirə:Kalinino_rayonu - Haqqında Məlumat
Bu, Kalinino rayonu məqaləsinin müzakirə səhifəsidir. |
Məqalə prinsipləri
|
Əziz Ələkbərlinin “Qədim Türk-Oğuz yurdu “Ermənistan”” (Bakı, “Sabah” 1994.) kitabının 73-cü səhifəsində yazılır: Vorontsovka (Kalinino) rayonu – Dağ Borçalısının Loru mahalı ərazisində rayon. 1937-ci il dekabrın 31-də yaradılıb. Son zamanlar adı dəyişdirilib Taşir rayonu qoyulub. ərazisi 690 kv.km-dir. Rayon mərkəzi şəhər tipli Vorontsovka (Kalinino) qəsəbəsidir (1961-ci ildən şəhər tipli qəsəbədir). Vorontsovka adı 3 mart 1935-ci ildə dəyişdirilərək Kalinino adlandırılmışdır. --Araz Yaquboglu (talk) 08:28, 30 aprel 2014 (UTC)
- Hörmətli Araz bəy bu kitabda --- Информационно-Статистический отдел при секретариате президиума верховного совета Армянской ССР. Армянская ССР: Административно-территориальная деление на 1-ое января 1948 года, Издание первое. Армгосизадать, Ереван, 1948 --- Sovet hakimiyyəti qurulandan bu ölkədə edilmiş bütün ad dəyişmələri tarixləri ilə verilib, həmçinin rayonların təşkili tarixi, dəqiq sahəsi, rayondaxili bütün ərazi vahidlərinin (kənd, qəsəbə və şəhər sovetlikləri) tərkibinə daxil olan məntəqələrin adı və həmin vahidləri dəqiq ərazisi göstərilib. Mən prinsip olaraq yalnız ilkin mənbələrə istinad edirəm: son zamanlar yazılan kitablarda (keçmiş haqqında) həddən ziyadə təhrif və yalnışlar vardır. Hörmətlə !--Asparux Xan Bulqar (talk) 12:18, 30 aprel 2014 (UTC)