Muzakire Imadeddin Nesimi Arxiv 1 - Wikipedia
Bu, keçmiş müzakirələrin arxividir. Zəhmət olmasa, bu səhifədəki məzmunu dəyişdirməyin. Bunun yerinə, buradakı müzakirələrə istinad edə bilərsiniz. Yeni bir müzakirəyə başlamaq istəyirsinizsə, cari müzakirə səhifəsindən istifadə edə bilərsiniz. |
Məndə sığar ikən cahan, mən bu cahanə sığmazam,
Gövhəri laməkan mənəm, kövnü məkanə sığmazam.
Bu beytdə ki, ikən sözü iki sözü ilə əvəz olunmalıdır. Ədəbiyyat kitablarının əksərində məhz bu cür verimişdir. Xarici keçdilər bölümündəki səhifədə həmçinin iki yazılmışdır. istəsəniz Google-də (istəsəniz yahoo və s.) Məndə sığar sözünü axtarışa verin. Bu zaman mən yalnız bir yerdə iken gördüm, qalan bütün versiyalarda iki yazılmışdı.
Burada iki cahan sözü maddi və mənəvi dünya deməkdir. Bu sözün dəyişilməsi beytin mənasını təhrif edir. Beytin bütövlükdə mənası isə belədir: İki cahan (maddi və mənəvi) içimə sığmış mən isə bu dünyaya sığmıram. Məkansız gövhər mənəm, varlığa və məkana sığmaram.
Lazımdırsa əlavə mənbə də gətirə bilərəm--A_M_D 07:44, 22 Yanvar 2007 (UTC)
Mən məqalədə bu sözü xüsusiylə qalın (bold) yazdım ki, bu məqama fikir verilsin. Mən 100% bilirəm ki, originalda məs "ikən" sözü istifadə olunub. Təsüflər olsun ki, əksər nəşrlərdə bu söz "iki" sözü ilə əvəz olunub. 20-ci illərin kitablarında belə bir səf olub və bu səf indiyə dək bütün nəşrlərdə təkrarlanır. Yaxşı olardı ki, Wikipediyada bu səf düzəldilsin, çünki burdakı məqalələrin bir təməl mənbə olması prinsibi bunu tələb edir. Bir də ki, özünüz illərcə vərdiş etdıyiniz steriotiplərdən kənarlaşaraq, bu iki cümləni birdə oxuyun:
Məndə sığar iki cahan, mən bu cahanə sığmazam,
Gövhəri laməkan mənəm, kövnü məkanə sığmazam...
Sizin təbirinizlə:
İki cahan (maddi və mənəvi) içimə sığmış mən isə bu dünyaya sığmıram.
Məkansız gövhər mənəm, varlığa və məkana sığmaram
Nəsiminin original mətni:
Məndə sığar ikən cahan, mən bu cahanə sığmazam,
Gövhəri laməkan mənəm, kövnü məkanə sığmazam...
Mənası:
O zaman ki bütün kainat məndə sığıb, mən bu dünyaya sığa bilmərəm.
Mən haşiyəsiz (çərçivəsiz) gövhər (cəvahiratın şahı) ikən (yani sərhədi olmayan ən dəyərlı varlıq olduğum halda), hüdudu olan məkana (fəzaya, dünyaya) sığa bilmərəm...
Sizcə ikinci variant daha məntiqli deyil mi? Nəsiminin fəsəfəsinə daha uyğun deyil mi? Məqalənin FƏLSƏFƏSİ bölümündəki bu cümləyə uyğun gəlir: “Mən” hər şeyə şamildir, ona şamil olan isə yoxdur.
--STOMATOLOQ 4:28, 23 Yanvar 2007 (AZT)
Doğrusu mənə elə gəlir ki, iki sözü beytin mənasının daha da zəngin edir. Amma ümumi məxrəcə gəlmək üçün bunu öz subyektiv fikrim kimi qəbul edirəm - və sizin fikrinizin həqiqi olmasına inanıram. Lakin burada bir əlavə şərt var, Siz bu qəzəlin orijinal versiyasında məhz ikən sözünün olduğuna hansı mənbə gətirə bilərsiz. Bu çox vacib məqamdır. Çünki tamamilə başqa bir istifadəçi hansı mənbəyə əsasən ikən yazıldığını soruşa bilər. Mənbə yoxdursa bunu iki qəbul etməliyik.
Amma Vikipediyanın prinsiplərinə görə bir mövzuya dair bir neçə versiya varsa demək hər bir versiya eyni dərəcədə əks olunmalıdır. Siz mənbə göstərsəniz məqalədə ikən sözünü saxlayıb - iki sözünü 20-ci illərin səhvi kimi izah edərik. Yox tutarlı mənbəniz yoxdursa onda əksinə iki yazıb ikən haqqında əlavə məlumat verərik məncə belə daha düzgün olar.
Maraqlı bir faktı üzə çıxartdığınız üçün təşəkkürlər--A_M_D 07:43, 23 Yanvar 2007 (UTC)
- Mövzu ilə əlaqədar Stamotoloq mənbə göstərmədiyindən ikən sözü iki sözünə dəyişməyi labüd hesab edirəm. Sonda ikən haqda məlumat verməklə bu problemi tam həll etmək olar.--A_M_D 19:17, 3 Mart 2007 (UTC)
İmadəddin Nəsimi məqaləsindəki plagiat haqqında
İmadəddin Nəsimi məqaləsindəki fəlsəfəsi bölməsi AMEA-nın müxbir üzvü,fəlsəfə elmləri doktoru,professor Zakir Məmmədovun "Azərbaycan fəlsəfəsi tarixi" kitabından köçürüldüyü üçün tamamilə plagiatdır. İmza: A.Zakirqızı — Bu imzasız yazı 217.25.18.146 (m) tərəfindən əlavə edilib;
Zakir Məmmədovun kitabından plagiat olan hissə
İmadəddin Nəsimi məqaləsinin fəlsəfəsi hissəsi Zakir Məmmədovun "Azərbaycan fəlsəfəsi tarixi" kitabından (1994) plagiat edilmişdir.(səh.267-268). — Bu imzasız yazı 85.132.106.214 (m) tərəfindən əlavə edilib;
Nəsiminin abidələri çoxdur lakin abidə onun özüdür — Bu imzasız yazı 85.132.73.45 (m) tərəfindən əlavə edilib;
sence necedi
yaxsi??? Muzaqilhesenli (müzakirə) 14:41, 31 oktyabr 2019 (UTC)