Musteqillik Parki - Wikipedia
Müstəqillik_Parkı - Haqqında Məlumat
Müstəqillik Parkı — Qazaxıstanın Çimkent şəhərində şəhər parkıdır. O, 2011-ci ilin oktyabrında Müstəqillik Gününün 20-ci ildönümü münasibətilə açılmışdır.[1] Parkın mərkəzi girişi tağla bəzədilib və ərazinin daxilində fəvvarə, çoxsaylı gül kompozisiyaları, Hollandiyadan gətirilən bitkilər var. Mərkəzdə Altın Şanraq adlı abidəni görmək olar. Həmin abidə Qazaxıstan Respublikasının ərazisində yaşayan 137 milləti simvolizə edən 137 metal elementdən yaradılmış qazax xalqının birliyini təmsil edir. Parkda hündürlüyü 50 metr olan böyük bayraq dirəyi quraşdırılıb. Parkı Ordabassı Meydanı ilə birləşdirən böyük dəmir piyada körpüsü şəhərin tarixi keçmişindən müasir tarixinə keçidi simvolizə edir.[2]
Müstəqillik Parkı | |
---|---|
| |
Məlumatlar | |
Ölkə | |
Yaradılıb | 2011-ci ilin oktyabrında |
Xəritədə yeri | |
Vikianbarda əlaqəli mediafayllar |
İstinadlar
redaktə- ↑ "Müstəqillik Parkı - Şirin Teksas Çimkent". 2023-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-09.
- ↑ "Nezavisimosti Parkı". 2023-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-09.