Muslum Maqomayev Parki Moskva - Wikipedia
Müslüm Maqomayev parkı və ya Müslüm Maqomayev park-meydanı — Moskvanın mərkəzində, Bolşaya Nikitskaya və Tverskaya küçələri arasında, Leontievski, Voznesenski və Eliseyevski zolaqları ilə əhatələnmiş, Mərkəzi İnzibati Dairəsinin Presnenski rayonunda kiçik mənzərəli park-meydan. Parka 2018-ci ildə SSRİ xalq artisti, bəstəkar və müğənni Müslüm Maqomayevin adı verilmişdir.[1][2].
Müslüm Maqomayev parkı | |
---|---|
Müslüm Maqomayev park-meydanı | |
| |
Məlumatlar | |
Parkın tipi | istirahət |
Ölkə | |
Yerləşməsi | Moskva, Rusiya |
Yaradılıb | 2018 |
Tabeçiliyi | Moskva meriyası |
Statusu | yerli |
Ən yaxın ictimai nəqliyyat | Oxotnıy Ryad, Tverskaya, Puşkinski, Çexovski metrostansiyaları |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəPark Azərbaycanın Rusiyadakı səfirliyinin binası ilə birbaşa bitişik olduğu üçün tədricən Azərbaycan mədəniyyəti mövzusuna yiyələnib.
İlk olaraq 1991-ci ildə burada indi Azərbaycanın tərkibində olan Gəncə şəhərindən olan orta əsr şairi Nizami Gəncəvinin abidəsi ucaldılıb. Şairin Azərbaycanın Moskvaya hədiyyəsi olaraq Azərbaycan səfirliyinin bilavasitə yaxınlığında ucaldılmış abidəsi iki ölkə arasında mədəni əlaqələri təcəssüm etdirir.
Şairin bürüncdən tökülmüş, əlində kitabla ənənəvi, Moskva abidəsi üçün qeyri-adi, şərq geyimində, mürəkkəb formalı orta-hündür postamentdə oturmuş ifadəli fiquru qısa müddətdə o dövrdə adı olmayan parkın bədii dominantına çevrildi.
Əlavə bəzək üçün Qafqazda (eləcə də Krımda) bulaqların və suqəbuledici fəvvarələrin layihələndirilməsinin köhnə ənənəsinə uyğun bəzədilmiş daş fəvvarə ilə bəzədilmiş abidənin arxasında daş balyustrat qoyulmuşdur.
Təsviri
redaktə2011-ci ildə Nizaminin abidəsinin yanına daha bir abidə əlavə edildi - parkın Voznesenski və Yeliseyevski döngələrinin kəsişməsinə baxan küncündə SSRİ xalq artisti, müğənni və bəstəkar Müslüm Maqomayevin bürünc heykəli ucaldıldı.
Müslüm Maqomayevin abidəsi parkın cənub-şərq hissəsində, böyük musiqiçinin yaşadığı evin yaxınlığında ucaldılmışdır. Royal formasında cilalanmış qranitdən hazırlanmış abidə meydançasında - royalın qabaq divarı üzərində Maqomayevin ifa etdiyi ən məşhur mahnılardan biri olan "Sən mənim melodiyamsan" mahnısının sözləri və notları həkk edilmişdir. Müğənninin tunc heykəli qranit pyedestalda ucalır. Müəllifləri heykəltaraş, Rusiyanın xalq rəssamı Aleksandr Rukavişnikov və Rusiyanın əməkdar memarı İqor Voskresenski olan abidənin hündürlüyü 4,5 metrdən artıqdır.
2018-ci ildə Moskva hökumətinin qərarı ilə parka Müslüm Maqomayevin adı verildi.[1][2]
Park kvadrat perimetri boyu daş parapet üzərində alçaq məchərlə haşiyələnmişdir. Parkda bir neçə skamya var.
Yaxınlıqda, qonşu Bryusov zolağında, Mstislav Rostropoviçin parkı yerləşir.
2018-ci ildə Kiyevdə Müslüm Maqomayev parkı da açılmışdır.[3]
Qalereya
redaktə-
Müslüm Maqomayevin parkdakı abidəsi.
-
Müslüm Maqomayevin parkda abidəsinin açılış mərasimi.
-
Müslüm Maqomayevin parkda abidəsinin açılış mərasimi.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 "В Москве появился сквер им.Муслима Магомаева". Novosti.Az. 2018-01-16. 2018-05-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-16.
- ↑ 1 2 "Сквер в центре Москвы назвали в честь певца и композитора М.Магомаева" (rus). www.mskagency.ru. 2022-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-16.
- ↑ "В Киеве появился сквер Муслима Магомаева" (rus). moscow-baku.ru. 2018-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-16.