Muqeddes Stepanos Kilsesi Bazarkend - Wikipedia
Müqəddəs_Stepanos_kilsəsi_(Bazarkənd) - Haqqında Məlumat
Müqəddəs Stepanos kilsəsi — Kəlbəcər rayonu Bazarkənd kəndi ərazisində yerləşən tarix-memarlıq abidəsi. XII–XIII əsrlərə aid olan abidə birnefli bazilikasına malikdir. Müqəddəs Stepanos kilsəsi Qafqaz Albaniyasının Vaçar adlı yaşayış məntəqəsində saxlanılmış çoxsaylı abidələrdən biridir.
Müqəddəs Stepanos kilsəsi | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Kəlbəcər |
Yerləşir | Bazarkənd |
Aidiyyatı |
Alban Həvari Kilsəsi Erməni Qriqoryan Kilsəsi |
Tikilmə tarixi | XII-XIII əsrlər |
Üslubu | Qafqaz Albaniyasının memarlığı |
|
Memarlıq xüsusiyyətləri
redaktəVaçar ərazisində yerləşən birnefli bazilika olan Müqəddəs Stepanos kilsəsinin tağtavanı tağlı kəmərlə möhkəmləndirilmişdir. Relyefin qeyri-hamar olması səbəbiylə giriş qapısı cənub tərəfdə yerləşdirilmişdir.[1]
Kilsənin altarı döşəmə səviyyəsindən yüksəkdə, yarımdairəvi dərinlikdə yerləşdirilmiş, iki tərəfində isə kvadrat formalı nişlər yaradılmışdır. Tikilinin ikiqatlı binəsi yaxşı yonulmuş daşlarla üzlənmişdir.[1]
İstinadlar
redaktə- ↑ 1 2 Мкртчян, 1989. səh. 24
Ədəbiyyat
redaktə- Мкртчян, Ш.М, Историко-Архитектурные Памятники Нагорного Карабаха, Ереван, 1989