Muhiddin Akyuz - Wikipedia
Mühiddin Akyüz — Mühiddin Paşa (1870, İstanbul – 11 noyabr 1940, Ankara) Türk hərbçi, diplomat, siyasətçi. Qurtuluş müharibəsində iştirak edən yüksək dərəcəli komandirlərdən biridir. Müharibədən sonra diplomat və millət vəkili kimi çalışmışdır.
Mühiddin Akyüz | |
---|---|
türk. Muhittin Akyüz | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1870 |
Doğum yeri | |
Vəfat tarixi | 11 noyabr 1940 |
Vəfat yeri | |
Fəaliyyəti | siyasətçi, diplomat |
Hərbi xidmət | |
Döyüşlər | |
Rütbəsi | Mirliva |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktə1870-ci ildə İstanbulda dünyaya gəlib[1]. Atası, Ədirnə Evkaf mühasibi Şövqü bəy, anası Fatmatüzzəhra xanımdır. 1885–1888-ci illərdə Ali Hərb məktəbini bitirib. Leytenant rütbəsi ilə hərbi xidmətə başlayıb. 1888-ci ildə Ali Hərbi Məktəbində müəllim köməkçisi işinə başladı. 1897-ci ildə Türk-Yunan müharibəsinə qatıldıqdan sonra təkrar Ali Hərbi Məktəbində müəllimliyə qayıdıb və 1905-ci ildə sürgün edilənə qədər bu işi davam etdirib. Tələbələrə padşah II Əbdülhəmid əleyhinə fikirlər aşıladığı səbəbilə 1905-ci ildə rütbəsi geri alındı və əvvəl Fizana, sonra Diyarbəkirə və Ərzuruma sürgün edilib.
1908-ci ildə II Məşrutiyətin elanı ilə verilən amnistiya görə rütbəsinigeri aldı və əvvəlcə Dəniz məktəbinə direktor oldu, sonra Hərbiyyə Nazirliyi Piyada Dairəsi 1-ci şöbə müdirliyinə təyin edildi. 1909-cu ildə Mahmud Şövkət Paşanın yavəri olub, həmin il Bəyoğlu mutasarrıflığına təyin edildi. Bəyoğlu mutasarrıflığı etdiyi dövrdə İttihad və Tərəqqi üzvü Fuad Bəyi (Fuad Balkan) bir idman klubu qurmağa təşviq etmiş, təşkilatını sürətlə təsdiq etdiyi Beşiktaş Osmanlı Gimnastika Klubunun qurucularından biri oldu.
Mühiddin bəy Balkan müharibələri və I Dünya müharibəsinə qoşuldu. 1912-ci ildə polkovnik, 1916-cı ildə general-mayor oldu. I Dünya müharibəsi gedişində dekabr fevral 1916 — fevral 1919-cu illərdə Hicaz korpus komandiri kimi fəaliyyət göstərib. Müharibənin sonunda İngilislər tərəfindən əsir edilib Misirdəki əsir qərargahına aparılıb. 9 sentyabr 1921-ci ildə əsirlikdən qayıtdı və milli mübarizədə iştirak etmək üçün Ankaraya getdi.
Qurtuluş savaşında, noyabr 1921-ci ilə qədər Kastamonu və Bolu hava komandiri, 1 noyabr 1921–7 oktyabr 1922-ci illərdə arasında Adana və hava komandiri olaraq müharibədə rol aldı. Adana və ətrafını Fransızlardan təslim aldıqdan sonra şəhərin sərkərdə və valisi oldu. 7 oktyabr 1922-ci ildə Tehran səfiri, 1925-ci ildə Qahirə səfiri vəzifələrində oldu. 24 sentyabr 1928-ci ildə hərbi xidmətdən ayrıldı və Xarici İşlər Nazirliyində işə başladı. Türkiyə Böyük Millət Məclisinin IV, V və VI dövr Qarsdan millət vəkili seçilmişdir.
İstiqlal Ordeni kavaleri olan Mühitdin Akyüz, 3 oktyabr 1940-cı ildə vəfat etdi. Ankara Hava Şəhidliyində dəfn edilmişdir. Üç övladı var.
Xarici keçidlər
redaktə- Dr. Bilal N. Şimşir, Cumhuriyetin İlk Çeyrek Yüzyılında Türk Diplomatik Temsilcilikleri ve Temsilcileri (1920–1950), Atatürk Araştırma Merkezi Dergisi, Sayı 64–65-66, Cilt: XXII, Mart-Temmuz-Kasım 2006 Arxivləşdirilib 2011-05-21 at the Wayback Machine
- Tuğrul Yenidoğan, Komitacı — BJK'nin Kurucusu Fuat Balkan'ın Anıları, Internethaber.com 11.03.2008
- TBMM Albümü Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine