Muceddid - Wikipedia
Mücəddin (ərəbcə: مجدد) - İslamda zamanla köhnəlmiş şeylərin dinlə əlaqəsini yenidən bərpa edən, gücləndirən şəxslər üçün istifadə olunan termin.
Etimologiyası
redaktəLüğətdə "yeniləmək, yeni bir yol açmaq" mənalarındakı təcdid (ərəbcə: تجديد), bir işi yaxud bir şeyi qətiyyətlə və metodiki olaraq yenidən və əslinə, mənşəyinə uyğun formada yeniləməyi bildirir. Təcdidi həyata keçirən şəxsə "mücəddid" deyilir. İhyə (ərəbcə: إحياء) kəlməsi oxşar mənada istifadə olunsa da təcdid qədər rəğbət görməmişdir.
Mənası
redaktəTəcdidi, "dində dəyişiklik edilərək bəzi şeylərin çıxarılıb, yerinə yeni şeylərin əlavə edilməsi" mənasında olmayıb, "zamanla zəifləmiş şeylərin dinlə əlaqəsini yenidən gücləndirilməsi" mənasındadır.[1][2] Təcdid sözünün bu günkü mənasını qazanmasında Məhəmməd peyğəmbərin aşağıdakı hədisinin[3] mühüm rolu olmuşdur:
“Allah bu ümmətə hər yüz illiyin əvvəlində dində yenilənmə edəcək bir nəfər göndərər.”[4]
Digər məsələlərdə istifadəsi
redaktəTəcdid, İslamda şübhəli və ya təzələnmə ehtiyacı duyulan dəstəmaz, nikah və əqidə üçün də istifadə olunur.
Mücəddid adlandırılan alimlər
redaktəMücəddid adlandırılan alimlərin bəziləri aşağıdakılardır:
- Əbu Hənifə
- Şah Vəliyullah
- Əbu Həmid əl-Qəzali
- İmam Rəbbani
- Şəvqani