Momine Xatun - Wikipedia
Möminə Xatun (v. 1175, Naxçıvan) — Səlcuqlu sultanı II Toğrulun həyat yoldaşı olmuşdur. II Toğruldan Arslan adlı bir oğlu olmuşdur. 1135-ci ildə II Toğrulun ölümündən sonra hakimiyyətə keçən Sultan Məsud onu Şəmsəddin Eldəniz ilə evləndirmişdir. Şəmsəddin Möminə Xatunla evlənmədən öncə, oğlu Arslanın atabəyi olduğu dövrdə də onun etimadını qazanmış, onun məsləhətlərini nəzərə alaraq saray çəkişmələrinə qarışmamışdır. Möminə Xatunun ikinci evlilikdən iki oğlu — Məhəmməd Cahan Pəhləvan və Qızıl Arslan və adı bilinməyən bir qızı olmuşdur. Hakimiyyət işlərində hər iki ərinə məsləhət verən bu xanım həmçinin Şəmsəddinin oğlu Arslanla münasibətlərində vasitəçi rolu oynayaraq ara müharibələrin qarşısını almışdır. 571-ci il rəbiüləvvəl ayının ortalarında (19.09.-18.10.1175) ərindən bir ay əvvəl Naxçıvanda vəfat etmişdir. Şəmsəddin Eldəniz onun qəbri üstündə məqbərə tikdirməyə başlamış, lakin bu işi oğlu Məhəmməd Cahan Pəhləvan tamamlamışdır.[1] Salnaməçi Sədrəddin əl-Hüseyni "Əxbar əd-doulət əs-Səlcuqiyyə" ("Səlcuqilə dövləti haqqında məlumat") əsərində onun haqqında qeyd edirdi:
Möminə Xatun | |
---|---|
| |
Vəfat tarixi | |
Vəfat yeri | Naxçıvan |
Həyat yoldaşları |
II Toğrul (1132-1134) Şəmsəddin Eldəniz (1136-1175) |
Uşaqları |
Məhəmməd Cahan Pəhləvan Qızıl Arslan qız (adı bilinmir) |
Möminə xatun həmişə Şəmsəddin Eldənizi ölkə səyahətlərində müşayiət edirdi; dövlət əhəmiyyətli məsələlərin həllində onun fikri ilə hesablaşırdılar. Möminə xatun xalq arasında da böyük hörmətə layiq idi, çünki ölkə vətəndaşlarının tale və maraqlarına biganə deyildi; mədəniyyətin, maarifin inkişafına köməklik edirdi. Bu ağıllı və hörmətəlayiq qadının şərəfinə Naxçıvanda nadir və möhtəşəm məqbərə tikilmişdir.[2]
Filmoqrafiya
redaktəHəmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Ziya Bünyadov. Azərbaycan Atabəylər Dövləti (1136-1225-ci illər). Bakı: Şərq-Qərb. 2007. ISBN 978-9952-34-066-2. (#accessdate_missing_url)
- ↑ "CƏMİYYƏTİN QENDER ŞƏKLİ İNTİBAH ŞƏRTLƏRİNDƏ: ŞƏRQ VƏ AVROPA" (PDF). Azərbaycan Gender İnformasiya Mərkəzi. 2021-03-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 21 avqust 2016.