Lox Ness Golu - Wikipedia
Lox Ness (ing. Loch Ness, şot.kelt Loch Nis) — Şotlandiyanın sahəsinə görə ikinci ən böyük gölü. Şirin sulu olan bu göl su həcminə görə ölkədə birincidir.
Lox Ness | |
---|---|
ing. Loch Ness, şot.kelt Loch Nis | |
| |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 15,8 m |
Eni | 1,5 km |
Uzunluğu |
|
Sahəsi | 56 km² |
Həcmi | 7,5 km³ |
Su tutumu | 1775 km² |
Dərin yeri | 226,96 m |
Orta dərinliyi | 132 m |
Minerallaşma tipi | şirin |
Yerləşməsi | |
57°18′ şm. e. 4°27′ q. u.HGYO | |
Ölkə | Böyük Britaniya |
Region | |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Ümumi xarakteriska
redaktəGöl Qreyt Qlen yüksəkliyində yerləşib. İndiyə qədər bütün dünyanın geoloqları Qreyt Qlenin tektonik quruluşu haqqında mübahisə edirlər. Göl üzərində olan böyük dalğalara, köpüklərə, tez-tez təkrar olunan zəlzələlər təsir edir. Buzlaq mənşəli olan bu gölün şəffaflığı o qədərdə yüksək deyil. Səbəb torf ehtiyatının yüksək konsentrasiyasıdır. Gölün kənarında Urkxart qəsəbəsi və qəsri yerləşir.[1] Lox Ness gölü hal hazırda Kaledon kanalının bir hissəsidir. Kanalın tikintisi zamanı gölün səviyyəsi 3 m. qaldırılmış.Səbəb kanalda olan ümumi hərəkəti asanlaşdırmaq olub.[2] Uzunluğu 37 km olan göldə bir təbii ada olsa da, çoxlu sünü adalar var. Bu adalar əslində krannoqlardı. Krannoqlar tarixən insanların yaşayış yerilər olmuş.
Fauna və flora
redaktəBöyük Britaniyanın ən zəngin fauna və florasına malik olan bu göldə Qızılbalıqlar, İlan balığı, Kumja, Durnabalığı və s geniş yayılmışdır. Göl ətrafında palıd, göyrüş, adi fındıq və şam ağacı bitkiləri üstünlük təşkil edir. Gölün ətrafındakı heyranedici mənzərələr istənilən turisti heyran qoya bilər.
Lox Ness əjdahası
redaktəGöl təkcə öz gözəlliyi ilə məşhur deyil. Lox Ness gölü dünyanın ən sirli yerlərindən biri hesab olunur. Bu isə Lox Ness bədheybətinin – Nessinin sayəsindədir. Təəssüf ki, hələ heç bir mütəxəssis göl üzərində qurulmuş videokameralara baxmayaraq onun mövcudluğunu sübut edə bilməmişdir.
Şəkillər
redaktə-
Lox Ness gölü və Kaledon kanalı
-
Urquhat qəsri
-
Dores çimərliyi
-
Beinn Bachaidh zirvəsindən gölün görünüşü.
İstinadlar
redaktə- ↑ "Озеро Лох-Несс". 2023-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-03.
- ↑ "Ness, Loch". 2011-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-04.