London Muqavilesi 1604 - Wikipedia
London müqaviləsi (ing. Trearty of London) — 1604-cü ilin 28 avqustunda (Yuli təqvimi ilə 18 avqust) London şəhərində İngiltərə və İspaniya arasında imzalanan sülh müqaviləsi. Müqavilə İngiltərə ilə İspaniya arasındakı müharibəni bitirmişdir. Müqavilənin müzakirələri Somerset Evində aparıldığından Somerset Evi Konfransı adı ilə xatırlanır.
London müqaviləsi | |
---|---|
| |
Müqavilənin tipi | sülh müqaviləsi |
İmzalanma tarixi | 28 avqust 1604 |
İmzalanma yeri | London, İngiltərə |
Qüvvəyə minməsi | 28 avqust 1604 |
• şərtləri |
İngiltərə ispan ticarət gəmilərinə və holland üsyançılara silah yardımı etməməyi söz verdi. İspaniya İngiltərəyə katolik məzhəbini gətirməməyi öhdəsini götürdü. |
Qüvvədən düşməsi | 1625 |
Tərəflər |
İngiltərə İspaniya |
Dilləri | ingilis dili, ispan dili |
Veb-saytı | Müqavilənin mətni |
Vikianbarda əlaqəli mediafayllar |
Haqqında
redaktəİngiltərə kraliçası I Elizabetin 1603-cü ildəki ölümündən sonra yerinə keçən I Ceyms İspaniya ilə davam edən uzun və yorucu müharibəni bitirmək məqsədilə işlərə başladı. İspaniya İmperatorluğunun qurucusu olan II Filippin dövründə başlayan müharibədə həmin dövrdə orduya komandanlıq edən İspaniya kralı III Filipp bu xəbəri məmnuniyyətlə qarşılamış və danışıqlara başlamaq əmri vermişdir.
İngiltərə-İspaniya müharibəsi Fransız Din müharibələri, Hollandiyadakı Səksənillik müharibə, İrlandiyadakı Doqquz il müharibəsi ilə əlaqəli olub qarışıq müharibədir.
Şərtləri
redaktəMüqavilənin imzalanması ispanlar üçün xeyli üstünlük gətirirdi. İngilislər bir daha İspaniyanın ticarət gəmilərinə hücum etməyəcək və üsyançı hollandlara silah yardımı etməyəcəkdilər. Amma bunun qarşılığında İspaniya İngiltərəyə yenidən katolik məzhəbini gətirməyi çalışmamağı söz verdi. Müqavilənin imzalanmasından sonra 1625-ci ilə kimi İngiltərə və İspaniya sülh içində yaşadılar.
Xarici keçidlər
redaktə- Müqavilənin mətni
- Davenport, Frances Gardiner; & Paullin, Charles Oscar. European Treaties Bearing on the History of the United States and Its Dependencies, The Lawbook Exchange, Ltd., 2004 ISBN 1-58477-422-3, 9781584774228