Lavas - Wikipedia
Lavaş — su, un və duzla emal edilən çörək növü. Kövrək çörəkdən qalın, pidedən nazikdir. Dürmək üçün də istifadə edilir. Türkiyə, Azərbaycan, Gürcüstan və İranda geniş şəkildə yeyilir.
Lavaş | |
---|---|
Aid olduğu milli mətbəxlər | |
Mənşəyi | |
Tərkibi | |
Əsas |
Sözün mənşəyi
redaktəDilçinin sözlərinə görə, "lavaş" sözünün mənşəyi iki hissədən ibarətdir: "lav" və ya "lay" "qat" deməkdir, "aş" isə bütün türk dillərində "qida" anlamı verir. Beləliklə, "lavaş" "qat-qat qida" anlamına gəlir. Lavaş çörəyinin bəzi növlərini quru halda həftələrlə, aylarla saxlamaq mümkündür. Hərbi yürüşlər, səyahət zamanı o cümlədən qışlaq-yaylaq təsərrüfat həyatı sürən çobanlar üçün yola belə çörəyi götürmək əlverişli idi. Quru lavaşı azca nəm etməklə yeməyə hazır vəziyyətə gətirmək olur. Ona bükülmüş pendiri, şoru, qaymağı, yağı atdan enmədən rahatlıqla yemək mümkündür. İçərisi bu cür doldurulmuş lavaş dürmək (dürüm) adlanır. Bu sözə qədim türk mətnlərində rast gəlinir və o, dür/tür — çevirmək, fırlatmaq, eşmək, bükmək türk feli əsası ilə bağlıdır[2].
Hazırlanması
redaktəUn, su, duz qatışıqlı xəmir əl ilə yoğrulduqdan sonra ondan kiçik kündələr düzəldilir. Sonra kündələrdən xəmir taxtası və ya yuxa taxtası adlanan xüsusi dairəvi kiçik masa üzərində oxlov vasitəsilə 2 millimetrlik naziklikdə bəzən isə bundan daha nazik yayılaraq açılır. Açılmış yuxa həm sac üzərində həm də təndirdə yapma üsulu ilə bişirilə bilinir. Sac qalxana bənzəyən çuqundan hazırlanmış qabarıq və çökək səthlərə malik dairəvi bir çanaq olub daş və ya kərpic üzərində qabarıq səthi yuxarı şəkildə yerləşdirilərək altında od qalanır. Lavaş onun qabarıq səthində, əks çökək səthində isə ət, əlavə məhsullar qızardılır. Belə ki, qızmış sacın üzərinə hazırlanmış lavaş yuxası sərilərək bişirilir. Lavaş yuxası həmçinin təndir divarına yapılaraq da bişirilir. Bişirilmə texnikasına gırə lavaş sacüstü və təndir yuxası adlanır.
Təcrübəli Azərbaycan evdar qadınları lavaşın şəffaflaşacaq dərəcədə nazik olmasının vacibliyini bildirirlər. Bundan başqa, Azərbaycan kulinariya mədəniyyətində regionlara görə, lavaşın şəkli dəyişir. Məsələn, Naxçıvanda lavaş o qədər də nazik olmur. O, dairəvi və uzunsov olur, xəmirinə maya qatılır, sacda və təndirdə bişirilir. Lavaşlar bişdikdən sonra sulanır deyə 3 gün, uzaq başı 4 günə xarab olmalıdır. Əgər xarab olmursa, demək xəmirinə vitamin deyilən dərman vurulub. Dərmanlı çörək gec xarab olur. Sulanmamış lavaşı 4–5 ay saxlamaq olur. Sulanmış lavaşlar 4–4 olmaqla bir dənəlik sellofan paketlərə qoyulub, ağzı bağlanır.
Lavaş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs siyahısında
redaktəAzərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və səyi nəticəsində ölkəmizin mədəni irsinin dünyada təbliğ olunması ilə bağlı təşəbbüslər öz müsbət nəticəsinin verməkdədir. Nəhayət, 2016-cı ilin 28 noyabr – 2 dekabr tarixində Efiopiyanın Əddis-Əbəbə şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyanda Azərbaycanın təşəbbüsü ilə Azərbaycan, Türkiyə, İran, Qazaxıstan və Qırğızıstan tərəfindən UNESCO-ya birgə təqdim edilən "Lavaş, katırma, jupka, yufka – nazik çörəyin hazırlanma və paylaşma mədəniyyəti" UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib[3].
İstinadlar
redaktə- ↑ 1 2 Representative List of the Intangible Cultural Heritage of Humanity, Liste représentative du patrimoine culturel immatériel de l’humanité, Lista Representativa del Patrimonio Cultural Inmaterial de la Humanidad (ing.).
- ↑ ""Lavaş" sözünün etimologiyası barədə (hissə 1)". 2023-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-24.
- ↑ "Lavaş, katırma, jupka, yufka – nazik çörəyin hazırlanma və paylaşma mədəniyyəti" (az.). 2020-10-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-10-07.