Lele Mustafa Pasanin Qafqaza Yurusu - Wikipedia
Lələ Mustafa Paşanın Qafqaza yürüşü — Osmanlı imperiyasının vəziri Lələ Qara Mustafa Paşa rəhbərliyində 1578-ci ildə başladılan hərbi yürüş. Bu, 1578–1590-cı illərdəki Səfəvi-Osmanlı müharibəsinin ilkin mərhələsi idi.
Qafqaz səfəri | |||
---|---|---|---|
Səfəvi-Osmanlı müharibəsi (1578-1590) | |||
| |||
Tarix | 1578 | ||
Yeri | Cənubi Qafqaz | ||
Səbəbi | Osmanlıların Cənubi Qafqazı almaq istəməsi | ||
Nəticəsi | Səfəvilərin qələbəsi | ||
Ərazi dəyişikliyi | Kartli çarlığının qısa bir müddətlik işğalı | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Səfər
redaktə1578-ci ildəki Qafqaz səfərinin əsas hədəfi o dövrdə əksəriyyəti Səfəvilər dövlətinin hakimiyyəti altında və ondan asılı olan Cənubi Qafqazı Osmanlı suverenliyi altına almaq idi. 7 avqust 1578-ci ildə Osmanlı qoşunları indiki Gürcüstana, Mesxeti-Samstxe atabəyliyinin ərazilərinə soxuldular. Gürcülər torpaqlarını müdafiə etməyə çalışsalar da, daxili münaqişələr qoşunların Osmanlı hücumuna qarşı çətin vəziyyətdə qoymuşdu. 9 avqust 1578-ci ildə Osmanlı ordusu Səfəvi və gürcü qoşunlarını Çıldır döyüşündə məğlub etmişdir. 10 avqust 1578-ci ildə atabət II Manuçarın qardaşı da daxil olmaqla bəzi Samstxe zadəganları Osmanlı vassalı olmaq təklifini qəbul etmiş, atabəyliyin işğalında Osmanlılara kömək etmişdir. Osmanlılar Səfəvilərı qarşı olan hücumlarına davam edirdilər və 24 avqustda Səfəvilər dövlətindən asılı olan Kartli çarlığının paytaxtı olan Tiflis şəhərini aldılar. Kaxeti çarı II Aleksandr 1 sentyabr 1578-ci ildə Osmanlılar sülh müqaviləsi imzalamış, onlara illik xərac verməyə razı olmuşdur. Bundan sonra Lələ Qara Mustafa Paşa Şirvan və Dərbəndə yürüş edir. Cənubi Qafqazı işğal etdikdən sonra Lələ Mustafa Paşa Kartli və Samstxedən keçərək Ərzuruma qayıdır. Bu zaman gürcülər Osmanlılara qarşı bir sıra qiyamlar qaldırır. Səfəvi şahı Məhəmməd Xudabəndə Kartli çarı Şahnəvaz xanı (I Simon) əsirlikdən azad edir. Səfəvilər Şahnəvaz xanın Osmanlılara qarşı vuruşmasını arzulayırdı. Şahnəvaz xan rəhbərliyindəki gürcülər Osmanlı ordusunu darmadağın edirlər və onları Qafqazdan qovurlar.
Mənbə
redaktə- Fəlsəfi, Nəsrallah. در زندگانی شاه عباس اوّل (I). Tehran: انتشارات نگاه. 2012. ISBN 978-964-351-726-7.
- Svanidze, M. ლალა მუსტაფა ფაშას ლაშქრობა ამიერკავკასიაში (1578 წ.) (V). Tblisi: «თსუ შრომები». 1965. səh. 116.
- Cavaxişvilli, İ. ქართველი ერის ისტორია. Tblisi. 1967. səh. 4.
- Gürcüstan Sovet Ensiklopediyası, VII cild, səh. 211, Tbilisi, 1984