Kulon Olcu Vahidi - Wikipedia
Kulon (azərbaycanca işarəsi: Kl; beynəlxalq işarəsi: C ) — elektrik yükünün (elektrik miqdarı) ölçü vahidi, həmçinin Beynəlxalq vahidlər sistemində (BS) elektrik induksiyasının seli (elektrik yerdəyişmə seli ) vahidi[3] və Beynəlxalq sistemdə xüsusi adı və təyinatı olan törəmə vahiddir.[4]
Kulon | |
---|---|
Ümumi məlumatlar | |
Ölçdüyü anlayış | elektrik yükü[1][2] |
Adını daşıyır | Şarl Kulon |
BS-in alimin şərəfinə adlandırılan törəmə vahidlərlə bağlı qanunlarına uyğun olaraq kulon vahidinin adı cümlənin əvvəlində olmadıqda adi hərflərlə, onun işarəsi isə həmişə baş hərflə yazılır. İşarənin belə yazılışı kulondan istifadə edərək yaradılan digər törəmə vahidlərin işarələnməsində saxlanılır. Məsələn, elektrik yerdəyişmə vahidinin işarəsi "kvadrat metrdə kulon" Kl/m2 kimi qeyd olunur.
Tərifi
redaktəKulon — 1 saniyə müddətində naqildən keçən 1 A cərəyan şiddətinə bərabər yükün miqdarıdır. Kulon BS-in əsas vahidləri ilə aşağıdakı kimi ifadə olunur:
- 1 Kl =1 A·s.
Kulon sistemdənkənar amper-saat vahidi ilə aşağıdakı bərabərliklə əlaqələndirilir:
- 1 Kl = 1/3600 amper-saat.[5]
Elementar elektrik yükü ( dəqiqliklə elektronun yükünə bərabərdir) 1,602 176 6208(98)×10−19 Kl-dur.[6] Elektronun 6.24151 ×1018 yükü 1 Kl-a bərabərdir.
Tarixi
redaktəKulon elektrik yükünün ölçü vahidi olaraq ilk dəfə Elektriklərin 1-ci Beynəlxalq Konqresində qəbul edildi (1881-ci il, Paris ). Fransız fizik və mühəndisi Şarl Klonun şərəfinə kulon adlandırıldı.[7] 1946 — cı ildə Beynəlxalq Ölçü və Çəki Komitəsi (BÖÇK) klonun müasir tərifini qəbul etdi.[8] 1960 — cı ildə çəkilər və ölçülər üzrə XI Baş konfransının qərarı ilə Kulon Beynəlxalq Vahidlər Sisteminə daxil edilmişdir.[9]
Artan və azalan vahidlər
redaktəBS-in standart prefikslərinin köməyi ilə düzəldilmişdir.
Artan | Azalan | ||||
Vahid | Adı | İşarəsi | Vahid | Adı | İşarəsi |
101 Kl | dekaklon | daKl | 10−1 Kl | desiklon | dKl |
102 Kl | hektoklon | hKl | 10−2 Kl | santiklon | cKl |
103 Kl | kiloklon | kKl | 10−3 Kl | millklon | mKl |
106 Kl | meqaklon | MKl | 10−6 Kl | mikroklon | µKl |
109 Kl | qiqaklon | GKl | 10−9 Kl | nanoklon | nKl |
1012 Kl | teraklon | ТKl | 10−12 Kl | pikoklon | pKl |
1015 Kl | petaklon | PKl | 10−15 Kl | temtoklon | fKl |
1018 Kl | eksaklon | EKl | 10−18 Kl | attoklon | aKl |
1021 Kl | zettaklon | ZKl | 10−21 Kl | zeptoklon | zKl |
1024 Kl | iottaklon | İKl | 10−24 Kl | ioktoklon | yKl |
İstinadlar
redaktə- ↑ 6.5.3 // Quantities and units—Part 1: General (ing.). 1 ISO, 2009. P. 18. 41 p.
- ↑ SI A concise summary of the International System of Units, SI (ing.). 2019.
- ↑ Деньгуб В. М., Смирнов В. Г.. Единицы величин. Словарь-справочник. М.: Издательство стандартов. 1990. 67. ISBN 5-7050-0118-5.
- ↑ Table 3. Coherent derived units in the SI with special names and symbols Arxivləşdirilib 2015-09-23 at the Wayback Machine (ing.) на сайте Международного бюро мер и весов
- ↑ Внесистемную единицу ампер-час часто применяют для выражения ёмкости аккумуляторов
- ↑ Поэтому нецелесообразно применять иоктокулон
- ↑ Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907. //
- ↑ CIPM, 1946: Resolution 2. Definitions of electric units. Arxivləşdirilib 2008-07-25 at the Wayback Machine (ing.) на сайте Международного бюро мер и весов
- ↑ Resolution 12 of the 11th meeting of the CGPM (1960) Arxivləşdirilib 2013-05-14 at the Wayback Machine (ing.) на сайте Международного бюро мер и весов