Krivan Dagi - Wikipedia
Krivan (slovak. Kriváň, pol. Krywań) — Slovakiya ərazisində yerləşən, Yüksək Tatra dağlarının ən yüksək zirvələrindən biri. Zirvə ümumən Karpat dağlarına aiddir. Krivan 200 ildir Slovakiyanın simvolu və milli qürur mənbəyidir. 2009-cu ildən dövrüyyədə olan ölkənin 1, 2 və 5 qəpiklərinin üzərində Krivan dağı təsvir olunmuş.[2]
Krivan dağı | |
---|---|
slovak. Kriváň | |
| |
Ümumi məlumatlar | |
Dağ sistemi | Yüksək Tatra |
Mütləq hündürlüyü | 2494[1] |
İlk fəthi | 1722 |
Yerləşməsi | |
49°09′50″ şm. e. 20°00′10″ ş. u.HGYO | |
Ölkə | Slovakiya |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Adın mənası
redaktəİlk dəfə Krivan adına 1639-cu ildə rast gəlinir. Sözün kökü kriv olub əyri, çevrilmiş mənası verir.
Coğrafiyası
redaktəDəniz səviyyəsindən hündürlüyü — 2494 metrdir. Üç Stydniçki qəsəbəsindən hündürlük — 1353 metrdir. Krivan dağı şərqdən Vajes vadisi ilə əhatələnmiş və burada Krivan Zelyonıy pleso gölü yerləşir. Göldən Ağ Vah çayı başlayır və çay ölkənin ən uzun çayı olan Vahın (406 km) qollarından biridir. Dağ maqmatik süxur olan qranodioritdən təşkil olunmuş. Bu süxurlar bloklar şəklində dağın cənub hissəsində cəmlənmiş. Pleystosennin və Holosennin eroziyaları dağda özünü aydın göstərir.
1000 metrdən 2000 metrə qədər ərazilərdə orta illik temperatur + 4 °C-dir. Yüksəyə qalxdıqca göstərici — 1 °C-qədər enir. Yağıntılar 100 metr hüdürlükdə 50–60 mm, zirvədə isə 2000 mm olur.[3] Qar örtüyü il ərzində çox qalır. Turistlər üçün ən elverişli mövsüm payız aylarıdır.[4]
Flora və faunası
redaktəEnliyarpaqlı ağaclar 1300 metr yüksəkliyə qədər yayılıb. 1300–1550 metr yüksəklikdə küknar və mamırlar üstünlük təşkil edir. 1550 metr yüksəklikdən alp çəmənlikləri başlayır və bəzi yerlərdə şam ağaclarınada rast gəlinir. 2300 metrə qədər ərazilərdə ot bitkiləri üstünlük təşkil etsədə, daha yüksəkdə artıq bitki örtüyü yoxdur. Ərazi nival bölgə hesab olunur. Heyvanat aləmindən qarapaça, marmot, qonur ayı, canavar və vaşaq geniş yayılıb.
Turizm
redaktəKrivan Slovakiyanın ən asan çıxılan zirvələrindən biridir. Adətən dağa Ştrbske-Pleso gölündən qalxırlar. Məhs yol turistlər üçün çox çətinlik yaratmır və yüksək hazırlığa ehtiyac yox. Daha çətin marşurut isə tatra avtomaqistralından Üç Stydniçki qəsəbəsinə qalxan yoldur. 1447 metr yüksəklikdə yerləşən Yamskoe pleso gölü sahilindən aşırımla zirvəya qalxılır.
İstinadlar
redaktə- ↑ "Peakbagger.com". 2012-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-24.
- ↑ "Монеты Словакии / Словацкие монеты". 2018-01-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-24.
- ↑ "Klimatické pomery Slovenskej republiky". 2022-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-24.
- ↑ "Podnebie". 2022-01-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-24.