Krit Emeliyyati - Wikipedia
Krit əməliyyatı (almanca: Luftlandeschlacht um Kreta, yunanca: Μάχη της Κρήτης) və ya digər adı ilə Merkuri əməliyyatı İkinci dünya müharibəsi ərzində Yunanıstanın Krit adasında baş vermiş hərbi münaqişə.
Krit əməliyyatı | |||
---|---|---|---|
İkinci dünya müharibəsi | |||
Tarix | 20 may - 1 iyun 1941 (13 gün) | ||
Yeri | Krit, Yunanıstan | ||
Nəticəsi | Vermaxt qoşunları qalib gəldi[1][2] | ||
Ərazi dəyişikliyi | Krit adası Üçüncü Reyx qoşunları tərəfindən ələ keçirildi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
Əməliyyat ərzində 500-dən çox yerli yunan vətəndaş öldürülüb | |||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Krit əməliyyatı dünya tarixində paraşütçülərin iştirak etdiyi ən böyük hərbi əməliyyat hesab olunur və hələ də bütün dünyada paraşüt diviziyalarına taktiki cəhətdən tədris olunur. Hər nə qədər müttəfiq qoşunların Market Garden əməliyyatında daha çox sayda paraşütçü iştirak etsə də, həmin əməliyyatda zirehli birliklərdən istifadə olunduğuna görə, hava dəstəyi xaricində heç bir dəstək olmadan baş tutan bu alman hücum əməliyyatı ən böyük hava endirmə (paraşütçü) əməliyyatı olaraq qəbul edilir.[4][5]
25 aprel 1941-ci ildə Adolf Hitler tərəfindən imzalanan 28 saylı direktivlə Krit adasına hücum planı təsdiqlənir. Merkuri əməliyyatı kod adı ilə hazırlanan plana əsasən bu döyüş əməliyyatında Alman ordusunun 7-ci Paraşüt diviziyası, 5-ci dağ-atıcı diviziya və planör alayı iştirak edir. Hərəkat minə yaxın alman təyyarəsi tərəfindən dəstəklənir.
General Ştudentin planına görə, ilk hücum hədəfi adanın şimalında strateji cəhətdən əlverişli ərazi olan Maleme olmuşdur. İlk olaraq bu əraziyə endirilən paraşütçülər yaxınlıqda yerləşən aerodromu ələ keçirmiş və əməliyyata sonradan qatılan digər birliklər və təyyarələr döyüşün gedişində həmin yerdən istifadə etmişdir.
Əməliyyat 20 may 1941-ci il tarixində 3 min nəfərə qədər alman paraşütçülərin Krit adasına endirilməsi ilə başlamışdır. Həmin zaman adada təqribən 28,600 nəfərə yaxın müttəfiq qoşunları mövqe tutmuşdu.[6] Almanlar paraşüt və planörlərlə iki minə qədər əsgəri adanın şimalında yerləşən Malemeyə endirir və bunun ardınca qısa zaman çərçivəsində adaya ümumilikdə 22 minə yaxın əlavə qoşun hissələri endirilir. Aerodroma enən paraşütçülər ağır təzyiqlə qarşılaşır.
Zədələnmiş motorlarla hücumu davam etdirməyə çalışan 5-ci dağ-atıcı diviziyanın iki taboru isə gecə qaranlığında ingilis gəmilərinin radarına yaxalanır, nəticədə 4 min nəfərə yaxın itki verərək öz limanlarına doğru geri çəkilmək məcburiyyətində qalır. Bu qayıqlarda olan ağır silahların da artıq adaya enən alman qüvvələrinə çatdırılmaması nəticəsində Vermaxt qoşunu çətin vəziyyətdə qalır və ingilis qoşunları ilə çox çətinliklə mübarizə aparır.
Hərəkatın almanlar üçün ən vacib vaxtı 20 may gecəsi hesab olunur. Belə ki, gün boyu davam edən toqquşmalardan sonra alman qoşunları heç bir vacib ərazini ələ keçirə bilmədiyi üçün əməliyyata başçılıq edən general Ştudent tabeliyində olan ehtiyat qüvvələri Maleme aerodromuna baş tutacaq hücumda istifadə etmək qərarına gəlir. Ertəsi gün həmin ərazini ələ keçirib havadan hücum və dəstək almağa başlamışlar.
26 may günü general Freyberq vəziyyətin ümidsiz olduğunu və müqavimət göstərməyə güclərinin qalmadığını məruzə edir. Müttəfiq qoşunların təxliyəsi 28 may günü başlayır və 31 mayda təxliyə tamamlanır. Bu təxliyənin təmin olunmasında ingilis generalı Kunninqhamın rəhbərliyi altında olan donanma aktiv fəaliyyət göstərmişdir. Alman təyyarələrinin ardıcıl hücumları altında baş tutan təxliyə zamanı ingilis donanmasına məxsus üçü kreyser, altısı mina gəmisi olmaqla ümumilikdə 9 gəmi məhv edilmiş, üç zirehli və ingilislərin Aralıq dənizində olan yeganə təyyarə daşıyıcı gəmisi olmaqla 15 gəmi isə zərər görmüşdür.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Stephen, Martin, Sea Battles in Close Up World War 2, 2, Naval Institute Press, 1988, səh. 53, ISBN 1-55750-758-9,
One way of dealing with Malta would have been an airborne invasion but Hitler would not countenance such a thing, especially after the pyrrhic casualties of the Crete victory.
- ↑ Buell, Thomas; Greiss, Thomas, The Second World War: Europe and the Mediterranean, Square One Publishers, 2002, səh. 101, ISBN 0-7570-0160-2,
The rank and file on both sides fought tenaciously on Crete, and in the end the Germans could claim only a pyrrhic victory.
- ↑ "Battle of Crete: Greece sacrificed much for the greater good". 2015-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-02.
- ↑ Paul Collier. The Second World War (4): The Mediterranean 1940–1945. Bloomsbury Publishing. 6 iyun 2014. səh. 74. ISBN 978-1-4728-0990-2. 2019-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-02.
The first convincing demonstration of this potential in operational conditions came in May 1941, when the entire plan for the German airborne capture of Crete was decrypted two weeks before the invasion took place.
- ↑ Beevor, Antony. Crete : the battle and the resistance. London: Penguin. 1992. ISBN 0-14-016787-0.
- ↑ "New Zealand History online". 2009-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-02.
Xarici keçidlər
redaktə- H.M. Ships Damaged or Sunk by Enemy Action, 1939–1945 Arxivləşdirilib 2016-06-10 at the Wayback Machine
- Stoker Harold Siddall Royal Navy, his capture on Crete and life as a POW
- Australian War Memorial Second World War Official Histories
- New Zealand History Second World War
- Landing in the bay of Sitia 28 May 1941 r. (PL)