Kosmik Yaris - Wikipedia
Kosmik yarış — SSRİ və ABŞ arasında 1957–1975-ci illərdə kosmosun fəthi sahəsində gedən gərgin mübarizə. Bu dövr süni peyklərin buraxılması, kosmosa heyvanların və insanın göndərilməsi, avtomatik stansiyaların Ay, Mars və Veneraya göndərilməsi və insanın Aya ayaq basması ilə xarakterizə olunur.
Kosmik yarış | |||
---|---|---|---|
Soyuq müharibə çərçivəsində | |||
Tarix | 4 oktyabr 1957 — 24 iyul 1975 | ||
Yeri | Kosmik fəza | ||
Nəticəsi |
• ABŞ və SSRİ-nin qələbəsi • ABŞ-nin Aya enməsi |
||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Terminin adı "Silahlanma yarışı"nın adına uyğunlaşdırılmışdır. Kosmik yarış soyuq müharibə dövründə SSRİ və ABŞ arasında mədəni, texnoloji və ideoloji qarşıdurmanın vacib bir hissəsinə çevrilmişdi. Bu onunla əlaqəli idi ki, kosmik tədqiqatlar elmi və hərbi layihələr üçün böyük əhəmiyyət daşımaqla yanaşı, insanlarda ruh yüksəkliyi də yaradırdı.
"Yarış" 4 oktyabr 1957-ci ildə Sovet İttifaqında Yerin ilk süni peyki "Sputnik-1"in kosmosa göndərilməsi ilə başlanmışdır. Kosmik yarış dövründə SSRİ və ABŞ peyklərini orbitə öz daşıyıcı raketləri ilə çıxaran, idarəolunan kosmik uçuşları başladan, Günəş sisteminin digər planetlərini tədqiq edən dünyanın ilk və əsas "kosmik gücünə" çevrildilər.
Kosmosa insan göndərilməsi ətrafında gedən yarış SSRİ-nin qələbəsi ilə başa çatdı. 1961-ci il, aprelin 12-də SSRİ-də "Vostok" gəmisi ilə Yuri Qaqarin yerətrafı orbitə göndərildi. Beləliklə, SSRİ dünyada kosmosa ilk insan göndərən dövlət oldu və bu məsələdə ABŞ-a texniki və ideoloji zərbə endirdi.
Amerika buna 23 gündən sonra cavab verə bildi. ABŞ astronavtı Alan Şepard "Freedom-7" kosmik gəmisi ilə yerətrafı orbitə göndərildi, Şepard kosmosa göndərilən ikinci insan oldu. SSRİ buna növbəti kosmonavtlarını yerətrafı orbitə göndərməklə cavab verdi. SSRİ 1962-ci il avqustun 12–15-də kosmosa iki nəfər göndərdi və bununla Amerikanı yenə də qabaqlamış oldu.
Kosmos uğrunda gedən savaşa qadınlar da cəlb edildilər. Belə ki, 1963-cü il iyunun 16-da "Vostok-5" gəmisi ilə SSRİ ilk qadın kosmonavtı, Valentina Tereşkovanı kosmosa göndərdi. Bu isə ideoloji baxımdan ABŞ-yə vurulan daha bir zərbə oldu.
1966–68-ci illərdə SSRİ-nin kosmosa göndərdiyi kosmik gəmilərin bəziləri qəzaya uğradı. Bundan sonra kosmosda ağalıq etmək uğrunda mübarizədə ABŞ tədricən üstünlüyü ələ almağa başladı. 1969-cu il iyulun 21-də ABŞ-nin Ay proqramı çərçivəsində "Apollon-11" kosmik gəmisi uğurla Ay səthinə ilk astronavtları, Nil Armstronq və Edvin Oldrini çıxardı.
Xronika (1957–1975)
redaktəTarix | Hadisə | Ölkə | Layihə |
---|---|---|---|
21 avqust 1957 | İlk qitələrarası ballistik raket | SSRİ | R-7 |
4 oktyabr 1957 | Yerin ilk süni peyki Kosmosdan ilk siqnal |
SSRİ | "Sputnik-1" |
3 noyabr 1957 | Yerin orbitində ilk canlı, Layka adlı it | SSRİ | "Sputnik-2" |
31 yanvar 1958 | Yerin radiasiya qütblərinin aşkarlanması | ABŞ | "Eksplorer-1" |
17 mart 1958 | Günəş batareyasından qidalanan ilk süni peyk | ABŞ | "Avanqard-1" |
18 dekabr 1958 | İlk rabitə peyki | ABŞ | Project SCORE |
2 yanvar 1959 | Yerin orbitindən ilk çıxış "Günəş küləyi"nin ilk dəfə aşkar olunması Ayın yanından ilk uçuş |
SSRİ | "Luna-1" |
4 yanvar 1959 | Heliosentrik orbitdə ilk obyekt | SSRİ | "Luna-1" |
17 fevral 1959 | İlk meteoroloji peyk | ABŞ | "Avanqard-2" |
28 fevral 1959 | Qütb orbitində ilk süni peyk | ABŞ | "Diskaverer-1" |
7 avqust 1959 | Yerin orbitdən çəkilmiş ilk şəkli | ABŞ | "Eksplorer-6" |
13 sentyabr 1959 | Başqa göy cisminə, Aya enən ilk aparat | SSRİ | "Luna-2" |
4 oktyabr 1959 | Ayın görünməyən tərəfinin ilk şəkli Qravitasiya menvrindən ilk istifadə |
SSRİ | "Luna-3" |
1 aprel 1960 | İlk telekameralı meteoroloji peyk | ABŞ | TIROS-1 |
5 iyul 1960 | İlk kəşfiyyat peyki | ABŞ | GRAB-1 |
11 avqust 1960 | Orbitdən faydalı məlumatlarla (Yer səthinin şəkilləri) qayıdan ilk aparat | ABŞ | "Diskaverer-14" |
12 avqust 1960 | İlk passiv rabitə peyki | ABŞ | "Echo-1A" |
18 avqust 1960 | İlk fotokameralı kəşfiyyat peyki | ABŞ | KH-1 9009 |
1961 | Orbitdən ilk uçuş Uçuş istiqamətinin uçuş vaxtı ilk korreksiyası İlk fırlanma vasitəsilə stabilləşdirmə Veneranın 100 000 km yaxınlığından ilk idarəolunmayan uçuş |
SSRİ | "Venera-1" |
12 aprel 1961 | İlk idarəolunan kosmik uçuş (ilk kosmonavt Yuri Qaqarin) İlk idarəolunan orbital uçuş |
SSRİ | "Vostok-1" |
5 may 1961 | İlk suborbital idarəolunan kosmik uçuş (İdarəolunan ikinci kosmik uçuş) |
ABŞ | "Merkuri-3" |
7 mart 1962 | İlk orbital Günəş observatoriyası | ABŞ | OSO-1 |
12 – 15 avqust 1962 | İdarəolunan kosmik gəmilərin ilk qrup halında uçuşu (birləşməsiz) |
SSRİ | "Vostok-3" və "Vostok-4" |
14 dekabr 1962 | Veneranın 33800 km yaxınlığından ilk idarəolunan uçuş | ABŞ | "Mariner-2" |
16 iyun 1963 | Kosmosda ilk qadın (Valentina Tereşkova) | SSRİ | "Vostok-6" |
19 iyun 1963 | Marsın 197000 km yaxınlığından ilk idarə olunmayan uçuş | SSRİ | "Mars-1" |
19 iyul 1963 | İlk çoxdəfəlik suborbital təyyarə | ABŞ | X-15 Flight 90 |
26 iyul 1963 | Geosinxron orbitdə ilk süni peyk | ABŞ | "Syncom-2" |
5 dekabr 1963 | İlk peyk naviqasiya sistemi | ABŞ | "Transit" |
19 avqust 1964 | Geostasionar orbitdə ilk süni peyk | ABŞ | "Syncom-3" |
12 oktyabr 1964 | İlk çoxyerli kosmik gəmi | SSRİ | "Vosxod-1" |
18 mart 1965 | Kosmonavtın açıq kosmosa ilk çıxışı | SSRİ | "Vosxod-2" |
14 iyul 1965 | Mars ətrafında ilk idarəolunan uçuş | ABŞ | "Mariner-4" |
2 noyabr 1965 | İlk ağır süni peyk (avtomatik stansiya) və ilk ağır daşıyıcı raketin uçuşu | SSRİ | "Proton (KA)" və "Proton (RN)" |
15 dekabr 1965 | İdarəolunan kosmik gəmilərin qrup halında uçuşu zamanı birgə manevrlər (birləşməsiz) | ABŞ | "Gemini-6" / "Gemini-7" |
3 fevral 1966 | Başqa göy cisminə (Aya) ilk yumşaq eniş Başqa göy cisminin səthindən ilk şəkillər |
SSRİ | "Luna-9" |
1 mart 1966 | Veneraya çatmış ilk aparat | SSRİ | "Venera-3" |
16 mart 1966 | İlk orbital birləşmə (idarəolunan gəmi və pilotsuz aparat) | ABŞ | "Gemini-8" / "Agena" |
3 aprel 1966 | Başqa göy cisminin (Ayın) orbitində ilk süni peyk | SSRİ | "Luna-10" |
2 iyun 1966 | Aya ikinci yumşaq eniş (raket dartı qüvvəsi ilə eniş) Aydan şəkillər |
ABŞ | Sörveyor-1 |
23 aprel 1967 | Kosmik uçuş zamanı kosmonavtın ölümü ilə nəticələnən ilk qəza | SSRİ | "Soyuz-1" |
30 oktyabr 1967 | İki pilotsuz kosmik aparatın birləşməsi | SSRİ | "Kosmos-186" / "Kosmos-188" |
9 noyabr 1967 | Çox ağır daşıyıcı raketin ilk uçuşu | ABŞ | "Saturn-5" |
15 – 21 sentyabr 1968 | Ay ətrafında Yerə qayıdışla nəticələnən ilk uçuş Ay ətrafında canlı varlıq tərəfindən ilk uçuş |
SSRİ | "Zond-5" |
21 – 27 dekabr 1968 | İdarəolunan gəmini daşıyan çox ağır daşıyıcı raketin ilk uçuşu və başqa göy cisminin (Ayın) orbitində ilk idarəolunan uçuş | ABŞ | "Saturn-5" və "Apollon-8" |
16 yanvar 1969 | İlk idarəolunan birləşmə və ekipajın yerdəyişməsi | SSRİ | "Soyuz-4" / "Soyuz-5" |
18 – 26 may 1969 | Başqa göy cisminin (Ayın) orbitində ilk ayrılma, manevr və təkrar birləşmə | ABŞ | "Apollon-10" |
21 iyul 1969 | Ayda ilk insan və başqa göy cismindən ilk uçuş | ABŞ | "Apollon-11" |
13 – 16 oktyabr 1969 | İdarə olunan üç kosmik gəminin qrup şəklində ilk uçuşu (birləşməsiz) | SSRİ | "Soyuz-6", "Soyuz-7", "Soyuz-8" |
19 noyabr 1969 | Kosmonavtlarla daha əvvəl enmiş avtomatik stansiyanın Ay səthində görüşü | ABŞ | "Apollon-12" / "Sörveyor-3" |
24 sentyabr 1970 | Ay qruntunun nümunələrinin avtomatik götürülməsi və Yerə çatdırılması | SSRİ | "Luna-16" |
23 noyabr 1970 | Ayda hərəkət edən aparat | SSRİ | "Lunoxod-1" |
12 dekabr 1970 | İlk orbital rentgen teleskopu | ABŞ | Uhuru |
15 dekabr 1970 | Veneranın səthinə ilk yumşaq eniş | SSRİ | "Venera-7" |
23 aprel 1971 | İlk orbital stansiya | SSRİ | "Salyut-1" |
iyun 1971 | İlk orbital observatoriya | SSRİ | "Orion-1" |
14 noyabr 1971 | Marsın ilk süni peyki | ABŞ | "Mariner-9" |
27 noyabr 1971 | Mars səthində ilk aparat | SSRİ | "Mars-2" |
2 dekabr 1971 | Avtomatik stansiyanın Mars səthinə ilk yumşaq enişi | SSRİ | "Mars-3" |
3 mart 1972 | Günəşin cazibə dairəsindən çıxmış ilk aparat | ABŞ | "Pioner-10" |
15 iyul 1972 | Asteroid qurşağına çatmış ilk aparat | ABŞ | "Pioner-10" |
3 dekabr 1973 | Yupiterin yaxınlığından ilk uçuş | ABŞ | "Pioner-10" |
29 mart 1974 | Merkurinin yaxınlığından ilk uçuş | ABŞ | "Mariner-10" |
15 iyul 1975 | İlk beynəlxalq idarəolunan uçuş | SSRİ ABŞ |
"Soyuz-Apollon" |
Xarici keçidlər
redaktə- Scanned letter from Wernher Von Braun to Vice President Johnson
- "America's Space Program: Exploring a New Frontier", a National Park Service Teaching with Historic Places (TwHP) lesson plan
- Why Did the USSR Lose the Moon Race? – Pravda, 2002–12-03
- Space Race Exhibition at the Smithsonian National Air and Space Museum
- TheSpaceRace.com – Mercuri, Gemini və Apollon kosmik proqramları
- Timeline of the Space Race to the Moon 1960 – 1969
- Shadows of the Soviet Space Age, Paul Lucas Arxivləşdirilib 2007-02-12 at the Wayback Machine
- Xronologiya: Ay yarışı – russianspaceweb.com
- Artwork representing the cold war in space