Konnor Misalek - Wikipedia
Konnor Mişalek (ing. Connor Michalek; 25 noyabr 2005, Hempton[d], Pensilvaniya – 25 aprel 2014, Pitsburq, Pensilvaniya) – peşəkar güləş fanatı, fenomen. Peşəkar güləşçi Daniel Brayan ilə görüşdükdən və barəsində açıq elan edilən sosial media kompaniyasından sonra medianın diqqətini çəkən uşaq. Daha sonra bir neçə dəfə Brayan və digər peşəkar güləşçilər ilə görüşmüşdür. 2009-cu ildən bəri beyin və onurğa xərçəngi olan Mişalek 25 aprel 2014-cü ildə 8 yaşında vəfat etdi. Peşəkar güləş çempionatının rəhbərləri Pol Leveskyu və Stefeni MakMahon "Konnorun müalicəsi" adlı xeyriyyə təşkilatını onun şərəfinə qurdular. Həmçinin, onlar ölümündən sonra Mişalekə 2015-ci ildə "PGÇ" (Peşəkar Güləş Çempionatı) Şöhrət Salonu mərasimində "Döyüşçü" mükafatını təqdim etdilər. O, bu mükafatın ilk laureatı oldu.
Konnor Mişalek | |
---|---|
ing. Connor Michalek | |
Digər adları | "Daşparçalayan", "Qırıcı" |
Doğum tarixi | 25 noyabr 2005 |
Doğum yeri |
|
Vəfat tarixi | 25 aprel 2014 (8 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | beyin xərçəngi[d] |
Atası | Stiv Mişalek |
Anası | Britteni Kaliquri |
Mükafatları | "Döyüşçü" mükafatı (2015) |
Həyatı
redaktəKonnor Mişalek 25 noyabr[1] 2005-ci ildə[2] Stiv Mişalek və Britteni Kaliqurilərin ailəsində anadan olmuşdur.[3] Peşəkar güləş fanatı olaraq ona "Daşparçalayan"[4] və ya "Qırıcı" ləqəbi verilmişdi.[5]
Mişalekə 3 yaşında ikən 2009-cu ilin sentyabrında xərçəng diaqnozu qoyuldu. Diaqnoz qoyulduqdan sonra bir neçə əməliyyat və çox sayda kimyəvi terapiya keçirdi. Həmçinin, o, sindromdan da əziyyət çəkirdi. 2011-ci ilin mayına qədər xəstəlik sabit qaldı, dəyişiklik olmadı. Daha sonra kimyəvi terapiya və müalicələrə başladı. Həkimlər onun sağ qalma şansının çox az olduğunu deyirdilər. Cərrahiyə bir seçim deyildi və beynindəki və onurğasındakı radiasiya həddən artıq idi.[6]
2012-ci ilin oktyabrında bir video YouTube-a yerləşdirildi. Videoda 6 yaşlı Konnor Mişalek peşəkar güləş ulduzu Daniel Brayan ilə görüşmək istədiyini bildirirdi. Media orqanlarının diqqətini çəkən Konnora sosial media kompaniyası başladıldı. Facebook-da "Konnorun Brayanla görüşməsinə kömək et" qrupu açıldı və yüzlərlə istifadəçi bu qrupun üzvü oldu. 48 saat ərzində peşəkar güləş çempionatının sədri və icraçı direktoru Vins MakMahon Mişalekin Brayanla görüşəcəyini bildirdi.[6] Mişalek Brayanla 18 dekabr 2012-ci ildə və ikinci dəfə 7 oktyabr 2013-cü ildə çempionatın Pitsburqda keçirilən tədbirlərinin birində görüşdü.[7][8] 2014-cü ilin tədbirlərindən birində Konnorun ailəsi Konnorla dostluq edən rinq spikeri Castin Roberts ilə tanış oldu.[9] Mişalekin çox az ömrünün qaldığını eşidən çempionat heyəti onu "WrestleMania XXX" şənliklərinə dəvət etdi.[10] Şənliklərdən bir həftə əvvəlki tədbirlərdən öncə Mişalekin Brayan ilə rinqdə görüşməsini və Pol Leveskyunu udduğunu, peşəkar güləşçilərin onu alqışladığını qeyd etdi.[11] 6 aprel 2014-cü ildə keçirilən "WrestleMania XXX" tədbirinə Mişalek Brayanın çempion olmasını görmək üçün ilk sıralarda tamaşa etdi. Brayan qələbəsindən sonra dərhal Mişaleki qucaqladı.[5]
25 aprel 2014-cü ildə Mişalek beyin və onurğa xərçəngindən 9 yaşına çatmamış, 8 yaşında vəfat etdi.[9]
Ailəsi və məşğuliyyətləri
redaktəKonnor Mişalekin Cekson adlı kiçik qardaşı var idi və Pensilvaniyada yaşayırdı[4][12]. Ana babası Çarlz MakKraken, ana nənəsi Janna Kaliquri, ata babası Stiven Mişalek və ata nənəsi Debra Mişalek idi.[1]
Ölümündən sonra Peşəkar Güləş Çempionatının Şöhrət Zalında
redaktəMişalekin ölümündən sonra həftəsonu çoxsaylı işçiləri ilə əlaqəli bir video yayımladı.[11] 9 mart 2015-ci ildə Mişalekin "PGÇ-nin (Peşəkar Güləş Çempionatı) Məşhurlar Zalı" təqdimat mərasimində ilk "Döyüşçü" mükafatına layiq görüləcəyini açıqladı. Çempionatın heyətinə görə, bu mükafat "sarsılmaz güc və əzm nümayiş etdirən və həyatı "Son Döyüşçü"nün sarsılmaz ruhunu təcəssüm etdirən, cəsarət və şəfqətlə yaşayan" şəxslərə verilir.[13] Daniel Brayan və Dana "Döyüşçü" mükafatını həmin ilin 28 mart tarixində təqdim etdilər[14] və mükafatı atası və qardaşı Mişalekin adından qəbul etdilər.[15]
Cavab
redaktə28 mart 2015-ci ildə Stefani MakMahon tvitində yazırdı[15][16]:
Xeyriyyəçilik marketinqin gələcəyidir. Həmçinin, markaların 2 yol qazanmasıdır. @bizStone (Kristofer Ston (Tvitterin həmtəsisçisi)) @Twitter. Stefani MakMahon (28 mart 2015)
|
Castin Roberts bir məqalə yazdı[17], PGÇ tərəfindən Mişalekin Şöhrət Zalı induksiyasının "strategiyayla yox, səmimiyyətlə idarə olunduğunu" şübhə altına aldı. Mişalek ilə PGÇ-nin əlaqəsi, həmçinin, Mişalekin ailəsi ilə görüşdən ətraflı bəhs etdi. Bir neçə ay əvvəl PGÇ-dən ayrılan Roberts Stefani MakMahonun Mişalekin mükafat alması ilə bağlı tvitindən sonra bu yazını yazmağa məcbur edildi.[15][16][18] İkinci bir tvitdə Robertsin Mişalek ilə birlikdə şəkilləri göstərildi, "bu da vacibdir, xahiş edirik xatırlayasınız" başlığı ilə paylaşıldı.[9][19]
PGÇ Robertslə bağlı verdiyi açıqlamasında "PGÇ-nin Konnoru "Döyüşçü" mükafatı ilə şərəfləndirməsində fədakar niyyətlərin olmadığını düşünməyin təhqiredici olduğunu" bildirdi.[16] Həmçinin, PGÇ açıqlamalarında Pol Leveskyu və Stefani MakMahonun "Konnorun müalicəsi" uşaq xərçəngi araşdırması fondu və Syuzen G. Komenin müalicəsi üçün topladığı 1,5 milyon ABŞ dolları məbləğində pul vəsaitlərini əhatə edən digər ortaqlıqlarını da vurğuladı.[16] "Güləş Müşahidəçisi Bülleteni"nin jurnalisti Devid Biksenspan PGÇ-nin açıqlamasında "həqiqətən Robertsin dediklərinin çoxuna dəyərinə görə müraciət etmədiyini" yazdı.[20]
"Konnorun müalicəsi"
redaktə2014-cü ilin iyun ayında Pol Leveskyu və Stefani MakMahon Pittsburq Vəqfinin Uşaq Xəstəxanası vasitəsilə şəxsən maliyyələşdirdikləri uşaq xərçəngi tədqiqatları üçün qeyri-kommersiya bir xeyriyyə təşkilatı olan "Konnorun müalicəsi" təşkilatını Konnor Mişalekin xatirəsinə qurdular.[21][22] PGÇ 2015-ci ilin aprelində Robertsin tənqidlərinə cavab olaraq "Konnorun müalicəsi" təşkilatının "onsuz da 200 min dollardan çox pul yığdığını" bildirdi.[16] Təşkilatın, 2015-ci ilin sentyabr ayına qədər 630 min dollardan çox,[23] və 2016-cı ilin mart ayına qədər 100 milyondan çox ailəyə kömək edərək təxminən 1 milyon dollar topladığı bildirildi. 2016-cı ilin martında Peşəkar Güləş Çempionatının bu təşkilatı mərhum idman şərhçisi Cim Valvano tərəfindən təsis edilən xərçəng tədqiqatları üçün bir təməl olan "V Vəqfi" ilə birləşdi.
İstinadlar
redaktə- ↑ 1 2 "Konnor Mişalekin məzarı". www.findagrave.com (ingilis). 25.04.2014. 2021-06-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 09.06.2021.
- ↑ WWE. "WWE Konnor Mişaleki şərəfləndirdi". www.youtube.com ( YouTube portalı / "WWE" səhifəsi) (ingilis). 24.06.2014. 2018-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31.05.2021.
- ↑ "Pittsburq xərçənglə mübarizə aparan qəhrəman oğlanla görüşüb". www.wpxi.com (ingilis). 15.12.2020. Archived from the original on 2016-03-03. İstifadə tarixi: 31.05.2021.
- ↑ 1 2 Pittsburq. "Peşəkar güləş ulduzu yerli oğlanın arzularını reallaşdırır". www.pittsburgh.cbslocal.com (ingilis). 18.12.2012. 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31.05.2021.
- ↑ 1 2 Martin Hayns. "Peşəkar güləş çempionatı "Qıran" Konnor Mişalekdən Youtube-də təriflə bəhs etdi". www.independent.co.uk (ingilis). 07.05.2014. 2017-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.06.2021.
- ↑ 1 2 WPXI. "Beyin xərçəngi ilə mübarizə aparan 6 yaşlı oğlana kömək üçün edilən onlayn səylər uğur qazanır". www.wpxi.com (ingilis). 10.10.2012. Archived from the original on 2015-11-18. İstifadə tarixi: 01.06.2021.
- ↑ Houston Mitçell. "Daniel Brayan 7 yaşlı xərçəng xəstəsi Konnor Mişalek ilə görüşür". www.latimes.com (ingilis). 19.12.2012. 2021-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.06.2021.
- ↑ Ceyms Koldvell. "Brayan xərçənglə mübarizə aparan oğlanla yenidən görüşür". www.pwtorch.com (ingilis). 08.10.2013. 2021-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.06.2021.
- ↑ 1 2 3 Marissa Peyn. "Çempionatın keçmiş diktoru çempionat rəhbərliyini Konnorun hekayəsindən marketinqlə bağlı sui-istifadədə günahlandırır". www.washingtonpost.com (ingilis). 03.04.2015. 2021-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.06.2021.
- ↑ Stefani MakMahon. "Yer üzündə bir mələk". www.huffpost.com (ingilis). 28.08.2014. 2021-06-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 08.06.2021.
- ↑ 1 2 Nik Şvartz. "Peşəkar güləş "Qıran" Konnora hörmət edir". www.ftw.usatoday.com (ingilis). 06.05.2014. 2021-06-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 08.06.2021.
- ↑ Sara Medina. "7 yaşlı xərçəng xəstəsi Konnor Mişalek peşəkar güləş qəhrəmanı Daniel Brayanla görüşdü". www.huffpost.com (ingilis). 21.12.2012. 2020-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31.05.2021.
- ↑ "PGÇ fanatı Konnor Mişalek "Şöhrət Zalı"nda "Döyüşçü" mükafatının ilk laureatı olacaq". www.wwe.com (ingilis). 09.03.2015. 11.03.2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 08.06.2021.
- ↑ Cim Varsallon. "PGÇ pərəstişkarı Mişalek "Şöhrət Zalı"nda "Döyüşçü" mükafatının ilk laureatı olacaq". www.miamiherald.com (ingilis). 10.03.2015. 2021-06-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 08.06.2021.
- ↑ 1 2 3 Ceyms Koldvell. "PGÇ Hesabatı 3/28". www.pwtorch.com (ingilis). 28.03.2015. 2021-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20.06.2021.
- ↑ 1 2 3 4 5 Mayk Conson. "PGÇ-nin bəyannaməsi ilə yenilənib: Rinq şərhçisi Roberts PGÇ-nin Konnordan istifadə etməsi iddiasını yazdı". www.pwinsider.com (ingilis). 03.04.2015. 2021-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 08.06.2021.
- ↑ Castin Roberts. "Gördüklərinizin yarısına və eşitdiklərinizin hissələrinə inanın". www.medium.com (ingilis). 02.04.2015. 2021-06-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 08.06.2021.
- ↑ "Keçmiş PGÇ ring şərhçisi Castin Roberts PGÇ-nin Mişalek barədə səmimiyyətini sual altına alır". www.pwtorch.com (ingilis). 02.04.2015. 2021-06-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 08.06.2021.
- ↑ Mayk Conson. "Mişalek Castin Robertsin yazılarında". www.pwinsider.com (ingilis). 06.04.2015. 2018-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 08.06.2021.
- ↑ Devid Biksenspan. "PGÇ Castin Roberts məqaləsinə, yeni UFC Berlin döyüşünə, əfsanəvi güləş arenasını xilas etmək səylərinə və daha çoxuna nəzəri cavab verir". www.f4wonline.com (ingilis). 04.04.2015. 2015-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20.02.2021.
- ↑ Keti Finbou. "PGÇ mərhum fanatı 8 yaşındakı Konnor Mişalekin şərəfinə "Konnorun müalicəsi" xeyriyyə fondunu təşkil edir". www.digitalspy.com (ingilis). 24.06.2014. 2021-06-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 09.06.2021.
- ↑ PGÇ. "Stepani MakMahon və Pol Leveskyu Konnor Mişalekin şərəfinə "Konnorun müalicəsi" xeyriyyə fondunu elan etdi". www.community.wwe.com (ingilis). 15.08.2015. 2015-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 09.06.2021.
- ↑ "Rəqs edən Daniel Brayan, PGÇ-nin təşkilatı". www.miamiherald.com (ingilis). 03.09.2015. 2021-06-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 09.06.2021.
Xarici keçidlər
redaktə- "Konnorun müalicəsi" Pittsburq Vəqfinin Uşaq Xəstəxanası səhifəsində